221
Tarixdə bu gün
Milli Mətbuat və Jurnalistika Günü
1875
İYUL
22 iyul - Azərbaycanda Milli Mətbuat
və Jurnalistika Günü kimi qeyd olunur.
Dövrün görkəmli ziyalısı Həsən bəy
Zərdabinin 1875-ci il 22 iyul tarixində
nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası
qoyulmuş Azərbaycan milli mətbuatı
bütün dövrlərdə həqiqət carçısı olmuş,
cəmiyyəti düşündürən problemləri,
dövrün mütərəqqi ideyalarını əks et-
dirmiş, xalqımızın maariflənməsində,
milli və bəşəri dəyərlərin təbliğində
mühüm rol oynamışdır.
XX əsrin əvvəllərində mətbuat or-
qanları Azərbaycanda milli-azadlıq
hərəkatının əsas istiqamətverici qüv-
vəsini təşkil etmiş, milli oyanış, mil-
li özünüdərk proseslərinin aparıcı
vasitələrindən biri olmuşlar. Milli si-
yasi mətbuatın təşəkkül dövrü adlan-
dırılan 1905-1907-ci illərdə KİV-lər
Azərbaycan cəmiyyətinin siyasi və ide-
oloji fəallığının artırılmasında mühüm
rol oynamışlar. “Şərqi-rus”, “Həyat”,
“Füyuzat”, “Tazə həyat”, “Şəlalə”,
“Açıq söz”, “Dirilik” və digər qəzetlər
xalqın milli özünüdərk hissinin forma-
laşmasına çalışmışlar.
Azərbaycan mətbuatı Sovet haki-
miyyəti dövründə kommunist ideolo-
giyasının güclü təsiri altında fəaliyyət
göstərsə də milli varlığını qoruyub
saxlaya bilmiş, respublikanın ictimai-
siyasi həyatında fəal rol oynamışdır.
Ölkədə qəzet və jurnalların şəbəkəsi
genişlənmiş, jurnalistikanın çeşidli
növləri meydana çıxmışdır.
Azərbaycan Respublikası Preziden-
tinin 5 iyul 1991-ci il tarixli Fərmanı
ilə Azərbaycanın ilk milli qəzeti olan
“Əkinçi” qəzetinin birinci nömrəsinin
çapdan çıxdığı gün - 22 iyul Azərbaycan
mətbuatı və jurnalistikası günü elan
edilmişdir.
Müstəqilliyin əldə edilməsindən
sonra Azərbaycanda KİV-lərin sayın-
da önəmli dərçədə irəliləyiş baş ver-
mişdir. Hazırda ölkədə 4500-dən artıq
kütləvi informasiya vasitəsi qeydiyya-
ta alınmışdır. Ölkədə informasiya tex-
nologiyalarının inkişafı Azərbaycan
mətbuatını qlobal informasiya şəbə-
kəsinin bir hissəsinə çevirmişdir. Artıq
Azərbaycan mətbuatı həm kəmiyyət,
həm də keyfiyyət baxımından region
ölkələrini qabaqlamışdır.
Bir çox demokratik ölkələrdə ol-
duğu kimi, Azərbaycanda da Mətbuat
Şurası yaradılmış və “Mətbuat haq-
qında” Qanun qəbul edilmişdir.
Azərbaycan Respublikasının 1995-ci
ilin noyabrında ümumxalq səsverməsi
ilə qəbul edilən Konstitusiyasının
50-ci maddəsində söz, azad məlumat
toplamaq azadlıqları, öz baxışlarının
azad ifadə edilməsi və digər azadlıqlar
möhkəmləndirilmişdir.
Ulu öndər Heydər Əliyevin 1998-
ci il 16 avqust tarixli “Azərbaycan
Respublikasında söz, düşüncə və in-
formasiya azadlığının təmin edilməsi
tədbirləri haqqında” Fərmanı ilə ölkədə
kütləvi informasiya vasitələri üzərində
senzura ləğv edilmişdir.
Dostları ilə paylaş: