18
Milli Qəhrəmanlar
Eldar Məmmədov
1968-1993
Y
ANV
AR
Eldar Harun oğlu Məmmədov
1968-ci il yanvar ayının 10-da Bakı
şəhərində doğulmuşdur. 1982-ci ildə
Bakıdakı 189 saylı məktəbi bitir-
dikdən sonra Cəmşid Naxçıvanski
adına hərbi məktəbə daxil olmuşdur.
1985-ci ildə təhsilini başa vurduqdan
sonra Riqadakı Qırmızı Bayraqlı Ali
Hərbi Siyasi Məktəbində təhsil almış-
dır. Təhsilini bitirən Eldar Məmmədov
SSRİ Silahlı Qüvvələrində hərbi
xidmətə göndərilmişdir. Erməni işğal-
çıları vətənimizə təcavüz edən zaman
o, Azərbaycana qayıtmış və yenicə ya-
radılan Sərhəd Qoşunlarında xidmətə
başlamışdır.
Eldar Məmmədov Azərbaycana
qayıtdıqdan sonra əvvəl raket qoşun-
larında, sonra isə Milli Təhlükəsizlik
Nazirliyi Sərhəd Qoşunları Baş
İdarəsində hərbiçi kimi fəaliyyətini
davam etdirmişdir.
1993-cü ildə Sərhəd Qoşunları
idarəsinin könüllülərdən ibarət ba-
talyonun tərkibində Ağdərə istiqa-
mətində gedən döyüşlərdə iştirak et-
mişdir. Ağdərədə gedən döyüşlərdə
xüsusi fədakarlıq nümayiş etdirən
E.Məmmədov 1993-cü il fevral ayının
24-də qəhrəmancasına həlak olmuş-
dur.
Subay idi.
Azərbaycan Respublikası Prezi-
dentinin 11 dekabr 1994-cü il tarix-
li 247 saylı Fərmanı ilə Eldar Harun
oğlu Məmmədov ölümündən son-
ra “Azərbaycan Milli Qəhrəmanı”
fəxri adına layiq görülmüşdür. Bakı
şəhərindəki Şəhidlər Xiyabanında
dəfn edilmişdir.
Dövlət Sərhəd Xidmətinin
Göytəpə Sərhəd Dəstəsinin 2-ci alayı
E.Məmmədovun adını daşıyır.
Dostları ilə paylaş: