236
Teatr.Kino
65
illiyi
Rasim Balayev
1948
AV
Q
U
S
T
Rasim Əhməd oğlu Balayev 1948-ci
il avqust ayının 8-də Ağsu rayonunda
anadan olmuşdur. 1964-1969-cu illərdə
Azərbaycan Dövlət İncəsənət İnstitu-
tunda (indiki ADMİU) təhsil almışdır.
1972-ci ildən “Azərbaycanfilm” ki-
nostudiyasında çalışmışdır. Rasim Ba-
layev ilk dəfə Bakı kinostudiyasında
“Ulduzlar sönmür” əsərində kiçik bir
rolda çəkilmişdir. Aktyorun kinoda ilk
uğurlu rolu 1973-cü ildə lentə alınmış
“Nəsimi” filmində olmuşdur. Rasim
Balayevin ulduzu da məhz, “Nəsimi”
rolundan sonra parlamağa başlamışdır.
1974-cü ildə keçirilən 7-ci Ümumitti-
faq kino festivalında “Nəsimi” roluna
görə Rasim Balayev “Kişi rolunun ən
yaxşı ifaçısı” mükafatına layiq görül-
müşdür. Sonralar o, “Ömrün ilk anı”
(1974), “Qatır Məmməd” (1974), “Dədə
Qorqud” (1975), “Arxadan vurulan
zərbə” (1977), “Babək” (1979), “Atları
yəhərləyin” (1982), , “İlıq dənizdə buz
parçası” (1983), “Gözlə məni”, “Həm
ziyarət, həm ticarət”, “Otel otağı” kimi
filmlərdə yaddaqalan obrazlar yaratmış-
dır. Böyük və çətin rollardan əlavə Ra-
sim Balayev kiçik rolları da məharətlə
ifa etmişdir. “Bu şirin söz, azadlıq”,
“Sənin birinci saatın”, “Xoşbəxtlik
səhnəsi”, “Mən hələ qayıdacağam”,
“Birisigün gecəyarısı” kimi filmlərdə o,
epizodik rollarda oynamışdır.
Görkəmli aktyor R.Balayev xarici
kinostudiyaların çəkdiyi “Azadlıq şirin
sözdür” (1972, “Mosfilm”), “Əli şimşəkli
atlı” (1974, M.Qorki ad. kinostudiya,
Moskva), “Pusqu” (1977, “Tacikfilm”),
“Oyanma” (1982,“Özbəkfilm”), “Əgər
Yer kürəsi dəyirmi olsaydı” (1980,
“DEFA”, ADR) və başqa filmlərdə də
rol almışdır.
Azərbaycan Kinematoqrafçılar İtti-
faqının birinci katibidir. Bir sıra orden
və medallarla, “Şərəf nişanı” ordeni
ilə təltif edilmişdir. 1982-ci ildə “Xalq
artisti” fəxri adını almış, 1986-cı ildə
Dövlət mükafatı laureatı olmuşdur.
70-ə yaxın filmə çəkilən Azərbay-
canın görkəmli aktyoru Rasim Balaye-
vin bu gün 65 yaşı tamam olur.
Dostları ilə paylaş: