237
Teatr.Kino
AV
Q
U
S
T
Şahmar Ələkbərov
1943-1992
70
illiyi
Aktyor
23
Şahmar Zülfüqar oğlu Ələkbərov
1943-cü il avqust ayının 23-də Gəncədə
anadan olmuşdur. 9 yaşında ikən ailəsi ilə
birlikdə Gəncədən Bakıya köçmüşdür.
Teatr İnstitutunun aktyorluq fakültəsinə
qəbul olmuş, Rza Təhmasibin kursun-
da təhsil almışdır. Hələ III kursda təhsil
alarkən Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrına işə götürülmüşdür.
Teatrda ilk dəfə Şekspirin “Lope de
Veqa” tamaşasında çıxış etmişdir. “Us-
talar” tamaşasında qazandığı uğurdan
sоnra böyük tamaşaçı auditоriyasının
rəğbətini qazanmışdır. Bundan sоnra
məşhur sənətkar Adil İsgəndərоv оnu
kinоstudiyanın nəzdində özünün yarat-
dığı “kinо aktyоrluğu” studiyasına dəvət
etmişdir. “Azərbaycanfilm” kinostudi-
yasında aktyor və rejissor kimi fəaliyyət
göstərmişdir. Şahmar Ələkbərov kino-
da ilk aktyor karyerasına 1967-ci ildə
kinorejissor Kamil Rüstəmbəyovun
yazıçı-jurnalist Əhmədağa Qurbanovun
“Tikanlı məftillər” povestinin motivləri
əsasında ekranlaşdırdığı “Dağlarda dö-
yüş” filmindəki Fərrux obrazı ilə başla-
mışdır.
Təhsilini başa vurduqdan sonra
müəllim-assistent kimi institutda sax-
lanılmışdır. Şahmar Ələkbərоv оnlarca
televiziya tamaşasında yadda qalan
оbrazlar yaratmışdır. Bundan başqa
teleradiо sahəsində də fəal оlmuşdur. О,
radiоda ilk dəfə “Ulduz” prоqramının
aparıcısı kimi çıхış etmişdir. “Mоlla
Nəsrəddin” radiо verilişinin də aparıcısı
оlmuş, bir çох filmlərin dublyajında işti-
rak etmişdir.
Ümumiyyətlə, 20 illik yaradıcılığı
dövründə Şahmar Ələkbərov - Qəzənfər
(“Yeddi oğul istərəm”), Oğul (“İntizar”),
İman (“Axırıncı aşırım”), Arif (“Həyat
bizi sınayır”), Rizvan (“Qızıl qaz”),
Azad (“Bakıda küləklər əsir”), Qa-
tır Məmməd (“Gəncəbasarlı qisasçı”),
Feyzi (“Firəngiz”), Gündüz Kərimli
(“Arxadan vurulan zərbə”), Cavidan
(“Babək”), Nuru (“Qəribə adam”), Tahir
(“Gözlə məni”), Xaliq (“Qocalar, qo-
calar...”), Cümşüd (“Avqust gələndə”),
İbrahim (“Atları yəhərləyin”) kimi ob-
razlarda bir-birindən fərqli, xarakter və
dünyagörüşcə müxtəlif insanları can-
landırmışdır. O, nəinki özünün çəkildiyi
30-a yaxın filmdə, eyni zamanda dubl-
yajdan səsləndirdiyi onlarla personajla-
rın xarakterlərini də tam dolğunluğu ilə
tamaşaçıya çatdırmağı bacarmışdı. Ya-
radıcılığındakı amplua çərçivəsizliyini
o, dublyajlarda səs artikulyasiyasına
istinadən səsləndirərək yaratdığı obraz-
larla da sübut etmişdi. Aktyorun filmoq-
rafiyasına daxil olan 100-dək dublyaj
filmlərindən “O qızı tapın”, “Uşaqlığın
son gecəsi”, “Şərikli çörək” və “Moza-
lan” studiyasında istehsal olunmuş çox
sayda filmlərin adlarını çəkmək olar.
Şahmar Ələkbərov kinoya bağlı-
lığını rejissoru olduğu filmləri ilə də
təsdiqləmişdi. O, 1987-ci ildə ilk olaraq
G. Əzimzadə ilə birlikdə “İmtahan” bədii
televiziya filmini ekranlaşdırdıqdan son-
ra müstəqil olaraq “Sahilsiz gecə” və
Azərbaycanın görkəmli şairi Əliağa Va-
hidin həyat və yaradıcılığına həsr olun-
muş “Qəzəlxan” filmlərini çəkmişdi.
Xalq artisti, dövlət mükafatı laure-
atı Şahmar Ələkbərov ağır xəstəlikdən
əziyyət çəkmiş və 1992-ci ilin sonunda
vəfat etmişdir.
Dostları ilə paylaş: