410
Kitabxanaşünaslıq.Biblioqrafiya
110
illiyi
Salyan rayon ilk ictimai qiraətxanası
1903
2013
Salyanda ilk ictimai qiraətxana 1903-cü ildə,
xalq müəllimlərindən Mirzə Əziz Babazadə və
Mirzə Yaqub Ələkbər oğlu Əlizadənin təşəbbüsü
və zəhməti ilə yaradılmışdır.
Əslində ilk qiraətxananın yaradılması 1880-ci
ildə Salyanda təhsil müəssisəsinin yaradılmasına
təsadüf edir. Salyan məktəbinin təsisi xalq təhsili
ilə bərabər mədəni-maarif işlərinin də inkişafı-
na xeyli təsir etmişdi. Bu məktəbin açılması ilə
Salyanda ilk dəfə ictimai kitabxana yaradılmışdı.
Belə ki, məktəbin açılması mərasimi münasibətilə
oraya toplaşanlar “məktəb ictimaiyyət kitabxana-
sı” adlı bir kitabxana təşkil etməyi qərara almış
və bu məqsədlə könüllü olaraq pul toplamış və
qısa müddət ərzində 342 man. 40 qəp. toplanmış-
dı. Beləliklə, ictimaiyyətin köməyilə 1881-ci il
oktyabrın 1-də Salyan normal məktəbi nəzdində
ilk məktəb-ictimaiyyət kitabxanası açılmışdı. La-
kin camaatdan toplanan kitab və dövri mətbuat
məktəb şagirdlərinin təlabatını qismən ödəmişdi.
Burada toplanılan təcrübə müstəqil ictimai
qiraətxananın açılmasında mühüm rol oynamışdı.
1903-cü ildə ilk ictimai qiraətxananın təşkil olun-
masını bütün tərəqqipərvər adamlar sevinclə qar-
şılamışdılar. Çünki xalqı qəflət yuxusundan oyat-
maq, maarifləndirmək lazım idi. Qiraətxana üçün
ilk bina “Muğan” mehmanxanası ilə yanaşı olan
köhnə dükanlardan biri kirayə edilmişdi. Hazır-
da həmin yerdə şəhid adını daşıyan bağ yerləşir.
Qiraətxanaya 420 manat 60 qəpik məbləğində ki-
tab və dövri mətbuat bağışlanmışdı. Qiraətxanadan
istifadə üçün oxu haqqı da müəyyən edilmişdi.
Oxu haqqı və ianə vasitəsi ilə toplanan pul fondun
zənginləşməsinə xərclənirdi.
Bura Salyanda qabaqcıl ideyaların təbliği
mərkəzinə çevrilmişdi. İnqilabi ruhlu əsərlərin
müzakirəsi keçirilərkən M.Ə.Babazadənin və
M.Y.Əlizadənin şagirdləri keşikdə dayanmışdılar.
Sonradan bu ictimai qiraətxana hər il kitab fon-
du ilə zənginləşmiş və nəhayət, kütləvi kitabxana-
ya çevrilmişdi. Kitabxanaların müxtəlif idarələrə
məxsus olması, onların fondlarının əlaqəli şəkildə
komplektləşdirilməsi kitabdan daha geniş istifadə
etmək məqsədilə respublikada gedən mərkəzləşmə
zamanı 1975-ci ildə Salyan rayon Kitabxanası da
Mərkəzləşdirilmiş Kitabxana Sisteminə çevrildi.
1978-ci ildə kitabxana nümunəvi xüsusi layihə
əsasında istifadəyə verilmiş yeni yaraşıqlı binaya
köçmüşdü. Hazırda Nizami Gəncəvi adına Salyan
rayon Mərkəzi Kitabxanası özündə 5 şöbə, 54 fi-
lialı (1- Uşaq kitabxanası, 1- Gənclər kitabxanası,
47- Kənd kitabxana filialları, 5 -Şəhər kitabxana-
sı) birləşdirir.
Hazırda Kitabxananın fondunda 527.339
nüsxədən çox kitab vardır. 2009-cu ildə Nizami
Gəncəvi adına Mərkəzi Kitabxanada Elektron
Kitabxananın yaradılması üçün 11 kompyuter və
digər avadanlıqlar alınmışdır. “Azərbaycan Res-
publikasında kitabxana-informasiya sahəsinin
2008-2013-cü illərdə inkişafı üzrə Dövlət
Proqramı”ndan irəli gələn tədbirlər sırasında ki-
tabxanaların avtomatlaşdırılması, elektron kitab-
xana, elektron kataloq yaradılması üçün kitab-
xanada İRBİS 64 Avtomatlaşdırılmış Kitabxana
İnformasiya Sistemi tətbiq edilmişdir.
Dostları ilə paylaş: