Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə514/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   510   511   512   513   514   515   516   517   ...   538
Ə d ə b i y y a t

Axundov Mirzə 

Əbdülxalıq Hacı 

Abdulla oğlu [Mətn]  

//Azərbaycan Xalq 

Cümhuriyyəti ensiklo-

pediyası: iki cilddə.-

Bakı,2004.-C.1. 

-S.108-109.

İ n t e r n e t d ə

www.anl.az

www.medekspert.az

Həkim

Kimya.Biologiya.Tibb


410

Kitabxanaşünaslıq.Biblioqrafiya

110

 illiyi

Salyan rayon ilk ictimai qiraətxanası

1903   

2013

Salyanda ilk ictimai qiraətxana 1903-cü ildə, 

xalq müəllimlərindən Mirzə  Əziz Babazadə  və 

Mirzə Yaqub Ələkbər oğlu Əlizadənin təşəbbüsü 

və zəhməti ilə yaradılmışdır.

Əslində ilk qiraətxananın yaradılması 1880-ci 

ildə Salyanda təhsil müəssisəsinin yaradılmasına 

təsadüf edir. Salyan məktəbinin təsisi xalq təhsili 

ilə  bərabər mədəni-maarif işlərinin də inkişafı-

na xeyli təsir etmişdi. Bu məktəbin açılması ilə 

Salyanda ilk dəfə ictimai kitabxana yaradılmışdı. 

Belə ki, məktəbin açılması mərasimi münasibətilə 

oraya toplaşanlar “məktəb ictimaiyyət kitabxana-

sı” adlı bir kitabxana təşkil etməyi qərara almış 

və bu məqsədlə könüllü olaraq pul toplamış  və  

qısa müddət ərzində 342 man. 40 qəp. toplanmış-

dı. Beləliklə, ictimaiyyətin köməyilə 1881-ci il 

oktyabrın 1-də Salyan normal məktəbi nəzdində 

ilk məktəb-ictimaiyyət kitabxanası açılmışdı. La-

kin camaatdan toplanan kitab və dövri mətbuat 

məktəb şagirdlərinin təlabatını qismən ödəmişdi. 

Burada toplanılan təcrübə müstəqil ictimai 

qiraətxananın açılmasında mühüm rol oynamışdı. 

1903-cü ildə ilk ictimai qiraətxananın təşkil olun-

masını bütün tərəqqipərvər adamlar sevinclə qar-

şılamışdılar. Çünki xalqı qəflət yuxusundan  oyat-

maq,  maarifləndirmək lazım idi. Qiraətxana üçün 

ilk bina “Muğan” mehmanxanası ilə yanaşı olan 

köhnə dükanlardan biri kirayə edilmişdi. Hazır-

da həmin yerdə şəhid adını daşıyan bağ yerləşir. 

Qiraətxanaya 420 manat 60 qəpik məbləğində ki-

tab və dövri mətbuat bağışlanmışdı. Qiraətxanadan 

istifadə üçün oxu haqqı da müəyyən edilmişdi. 

Oxu haqqı və ianə vasitəsi ilə toplanan pul fondun 

zənginləşməsinə xərclənirdi.

Bura Salyanda qabaqcıl ideyaların təbliği 

mərkəzinə çevrilmişdi.  İnqilabi ruhlu əsərlərin 

müzakirəsi keçirilərkən M.Ə.Babazadənin və 

M.Y.Əlizadənin şagirdləri keşikdə dayanmışdılar.

Sonradan bu ictimai qiraətxana hər il kitab fon-

du ilə zənginləşmiş və nəhayət, kütləvi kitabxana-

ya çevrilmişdi. Kitabxanaların müxtəlif idarələrə 

məxsus olması, onların fondlarının əlaqəli şəkildə 

komplektləşdirilməsi kitabdan daha geniş istifadə 

etmək  məqsədilə respublikada gedən mərkəzləşmə 

zamanı 1975-ci ildə Salyan rayon Kitabxanası da 

Mərkəzləşdirilmiş Kitabxana Sisteminə çevrildi. 

1978-ci ildə  kitabxana nümunəvi xüsusi layihə 

əsasında istifadəyə verilmiş yeni yaraşıqlı binaya 

köçmüşdü. Hazırda Nizami Gəncəvi adına Salyan 

rayon Mərkəzi Kitabxanası özündə 5 şöbə, 54 fi-

lialı (1- Uşaq kitabxanası, 1- Gənclər kitabxanası, 

47- Kənd kitabxana filialları, 5 -Şəhər kitabxana-

sı) birləşdirir.  

Hazırda Kitabxananın fondunda  527.339 

nüsxədən çox kitab vardır. 2009-cu ildə Nizami 

Gəncəvi adına Mərkəzi Kitabxanada Elektron 

Kitabxananın yaradılması üçün 11 kompyuter və 

digər avadanlıqlar alınmışdır. “Azərbaycan Res-

publikasında kitabxana-informasiya sahəsinin 

2008-2013-cü illərdə inkişafı üzrə Dövlət 

Proqramı”ndan irəli gələn tədbirlər sırasında ki-

tabxanaların avtomatlaşdırılması, elektron kitab-

xana, elektron kataloq yaradılması üçün kitab-

xanada  İRBİS 64 Avtomatlaşdırılmış Kitabxana 

İnformasiya Sistemi tətbiq edilmişdir. 




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   510   511   512   513   514   515   516   517   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin