Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə512/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   508   509   510   511   512   513   514   515   ...   538
Rəcəb Əfəndizadə

1893-1956 

Ə d ə b i y y a t

Sidqi Məmmədəli Məhəmməd Tağı oğlu [Mətn] //Naxçıvan 

ensiklopediyası.-Bakı, 2002.- S.513-514.

www.anl.az

125 

illiyi

120 

illiyi

Maarif xadimi

Ə d ə b i y y a t 

Əfəndizadə Rəcəb  

Əsədulla oğlu [Mətn]  

//Azərbaycan Xalq 

Cümhuriyyətinin en-

siklopediyası.- Bakı, 

2004.- S.326.

İ n t e r n e t d ə

www.anl.az

www az.wikipedia.org

www.history.az


408

İdman 

95 

illiyi

Zeynəb Rzayeva 

1918

  

  

2013

İlk qadın idmançılarımızdan Zeynəb 

Hüseyn qızı Rzayeva 1918-ci ildə ana-

dan olmuşdur.

1930-cu illərdə gimnastika ilə 

məşğul olmuş və respublika çempionu 

adını qazanmış azərbaycanlı qadındır. 

O, respublikada uşaq idman məktəbinin 

ilk yaradıcılarındandır.

Zeynəb Rzayeva 1934-1938-

ci illərdə  bədən tərbiyəsi və idman 

müəllimi işləmiş ilk qadındır. 

O, 1941-1945-ci illərdə  hərbi hos-

pitalda çalışmış, 1947-ci ildən Bədən 

Tərbiyəsi  İnstitutunda dekan, kafedra 

müdiri və rektor olmuşdur.

O, bədən tərbiyəsi nəzəriyyəsi 

və metodikası kafedrasının dosenti 

vəzifəsində çalışmış, 40-a yaxın elmi 

və metodiki işin müəllifi, bir çox umu-

mittifaq və respublika elmi konfransla-

rının iştirakçısı olmuşdur. 

İdman elmində fədakar əməyinə, ali 

məktəbdə 25 illik uğurlu fəaliyyətinə 

görə 1972-ci ildə Ümumittifaq Ali At-

testasiya komissiyası ona dosent adı 

vermişdir. Zeynəb Rzayeva Bədən 

Tərbiyəsi İnstitutunun fəxri professoru 

olmuşdur.

İran İslam Respublikası və Pakistanın 

İdman nazirlikləri onun təcrübəsindən 

istifadə etmək üçün dəfələrlə öz 

ölkələrinə dəvət etmişdilər.

Zeynəb Rzayeva böyük ictimaiy-

yətçi və vətənpərvər idi. O, sovet ordu-

sunun 1990-cı ilin yanvarında Bakıda 

törətdiyi vəhşiliyə qarşı öz etiraz səsini 

Moskvada ucaltmışdı. 72 yaşlı Zeynəb 

xanım həmin şaxtalı günlərdə Moskva 

Ali Soveti deputatlarının qaldığı meh-

manxananın qarşısında bir ay piket ke-

çirtmişdir.

Zeynəb Rzayeva Azərbaycan Mil-

li Olimpiya Akademiyasının və  İs-

lam ölkələri Qadınlarının Beynəlxalq 

Olimpiya komitəsinin üzvü olmuşdur. 

Elm və  təhsil sahələrində, bədən 

tərbiyəsi və idmanın inkişafın-

da xidmətlərinə görə o, “respublika 

dərəcəli gimnastika hakimi” adını al-

mış, “Qırmızı Əmək Bayrağı”, “Vətən 

müharibəsi ordeni”, 2001-ci ildə 

“Şöhrət” ordeni və bir çox medallarla 

təltif edilmişdir.

Zeynəb xanım müharibə  və  əmək 

veteranı idi. Azərbaycan idman 

ictimaiyyəti böyük iftixarla Zeynəb 

Rzayevanı özünün mənəvi anası ad-

landırmışdır.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   508   509   510   511   512   513   514   515   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin