415
30
illiyi
Cəbrayıl rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemi
1983
2013
Cəbrayıl rayon MKS-i 1983-cü ilin
feviral ayında yaranmışdır.
Rayonun erməni silahlı qüvvələri
tərəfindən işğalına qədərki dövrdə
MKS daim inkişaf etmişdir. Rayonda,
1 rayon Mərkəzi kitabxanası, 1 uşaq, 1
şəhər kitabxanası və 75 kənd kitabxana
filialı faliyyət göstərmişdir. Bu kitab-
xanaların fondunda 352 400 nüsxə ki-
tab və digər çap məhsulları olmuşdur.
İşğal nəticəsində kitab fondu məhv ol-
muş və dağıdılmışdır.
İşğaldan sonrakı dövrdə əhalinin
məskunlaşdığı çadır düşərgələrində və
digər yaşayış məntəqələrində kitab-
xanaların fondlarının və fəaliyyətinin
bərpa edilməsi üçün mütəmadi ola-
raq tədbirlər görülmüşdür. Rayon
Mərkəzi kitabxanasının və 30 kitab-
xana filialının fəaliyyəti bərpa edil-
miş, öz iş yerlərini itirmiş kitabxana
işçilərinin bir qismi işlə təmin edil-
mişdir. Əvvəllər çadır düşərgələrində
fəaliyyət göstərən 11 kitabxana filia-
lı, ulu öndər Heydər Əliyevin 13 may
2002-ci il tarixli 700 № li Fərmanına və
Azərbaycan Respulikasının Prezidenti
cənab İlham Əliyevin 01 iyul 2004-cü
il tarixli 298 saylı Sərəncamına əsasən
Biləsuvar rayonu ərazisində Cəbrayıllı
məcburi köçkünlər üçün istifadəyə
verilmiş qəsəbələrdə tikilmiş müasir
tipli, avadanlıq və mebel dəstləri ilə
təchiz olunmuş yeni kitabxana bina-
larına köçürülmüşdür. Hazırda rayon
Mərkəzi Kitabxanasının fondunda 12
063 nüsxə, filialların fondunda 58 580
nüsxə kitab vardır. Bu fondlardan 5
397 nəfər istifadə edir.
Azərbaycan Respublikası Preziden-
tinin “Azərbaycan dilində latın qrafikası
ilə kütləvi nəşrlərin həyata keçirilməsi
haqqında” 12 yanvar 2004-cü il tarixli
və “2005-2006-cı illərdə Azərbaycan
dilində latın qrafikası ilə çapı nəzərdə
tutulan əsərlərin siyahılarının təsdiq
edilməsi haqqında” 27 dekabr 2004-cü
il tarixli Sərəncamları ilə nəşr olunmuş
latın qrafikalı kitablar kitabxana fond-
larını xeyli zənginləşdirmişdir. 2007-
2010-cu illərdə kitabxana fondlarına
latın qrafikalı müxtəlif məzmunlu 15
539 nüsxə kitab daxil edilmişdir.
Mərkəzi Kitabxanada İRBİS-64 Av-
tomatlaşdırılmış Kitabxana İnformasi-
ya Sistemi (Elektron kataloq, Elektron
kitabxana) tətbiq olunur.
Ünvan: Biləsuvar rayonu, qaçqın
şəhərciyi
Dostları ilə paylaş: