413
85
illiyi
C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanası
1928
2013
C.Cabbarlı adına Respublika Gənclər Ki-
tabxanası Mədəniyyət və Turizm Nazirliyinin
(MTN) tabeliyindədir. Kitabxana ölkəmizdə
Sovet hakimiyyəti bərqərar olandan az son-
ra yaranmış ilk kitabxanalardan biridir. 1928-ci
ildən fəaliyyətə başlayan kitabxana ilk illər çox
çətinliklərlə üzləşmiş, onun fondu, müvafiq bi-
nası, kadrları demək olar ki, olmamışdır. Çünki o
zaman əhalinin az hissəsi savadlı olmuşdu. Qadın-
ların, qızların kitabxanaya gəlişi təsadüfi xarakter
daşıyırdı. Qiraətxana kimi fəaliyyətə başlayan
kitabxana ilk illər evlərə kitab vermək imkanına
belə malik deyildi. Müvafiq ədəbiyyatı toplamaq,
kitab fondu yaratmaq, geniş oxucu kütləsini cəlb
etmək - 30-cu illərdə onun qarşısında duran ən
ciddi problem olmuşdur.
1957-ci ildə kitabxana üçün daha əlverişli bina
verilmişdir. İllər keçdikcə, müəssisənin struktur
quruluşunda da xeyli dəyişikliklər baş vermiş,
qiraətxana kimi fəaliyyətə başlayan kitabxanada
sonralar kitab fondu, oxu zalı, abonement söbələri
təşkil olunmuş, 1968-ci ildə 4 söbə, 3 filial yara-
dılmışdır.
1972-ci ildə kitabxananın binası əsaslı təmir
olunmuş, genişləndirilmiş, ona yeni otaqlar, oxu
zalları əlavə edilmişdir. Bütün bunlar kitabxana-
çıları daha yaxşı işləməyə, oxucuların sorğularını
operativ ödəməyə imkan yaratmışdır.
C.Cabbarlı adına kütləvi kitabxana Respub-
lika Gənclər Kitabxanasına çevrildikdən sonra
onun fəaliyyət dairəsi genişləndirilmişdir, ha-
zırda ölkəmizdə 50-dən çox gənclər kitabxanası
fəaliyyət göstərir.
C.Cabbarlı adına Gənclər Kitabxanasının XX
əsrin 80-ci illərində apardığı mədəni-kütləvi işlərin
əsas məqsədi gənclərin elmi dünyagörüşünün for-
malaşması istiqamətində siyasi, fəlsəfi, iqtisadi,
bədii ədəbiyyatı təbliğ etməkdən ibarət olmuşdur.
Kitabxananın 8 söbəsi vardır.
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin
06 oktyabr 2008-ci il tarixli
Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respub-
likasında kitabxana-informasiya sahəsinin 2008-
2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na
uyğun olaraq kitabxanada həyata keçirilən
proseslərin avtomatlaşdırılmasına başlanmış,
elektron kitabxana, elektron kataloqun yaradılma-
sı həyata keçirilmişdir. Bu məqsədlə İRBİS 64 Av-
tomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi
2009-cu il mart ayından tətbiq edilir.
Kitabxanada 2007-ci ilin fevral ayından
Azərbaycan Respublikasının Mədəniyyət və Tu-
rizm Nazirliyi “İnformasiya hamı üçün” YUNES-
KO Proqramının Rusiya Komitəsi ilə Rusiyanın
hüquqi bazasına açıq, ödənişsiz daxil olmaq razılığı
əldə edilmişdir. Bununla əlaqədar Mədəniyyət və
Turizm Nazirliyi “İnkişaf naminə təşəbbüs - Qlo-
bal” qeyri hökumət təşkilatı ilə birlikdə C.Cabbarlı
adına Respublika Gənclər Kitabxanasında respub-
likada ilk İctimai Hüquqi İnformasiya Mərkəzi
(İHIM) yaratmışdır. Hal-hazırda mərkəzdə Rusiya
Federasiyasının “Qanunvericilik toplusu”, “Rusi-
ya imperiyasının qanunlar toplusu” və “Hüquqi
informasiyaların ictimai və dövri nəşrləri elektron
variantda” proqramları ilə işləmək imkanı vardır.
Sözügedən bazaya Federal və regional qanunlar,
sərəncam və bələdiyyələrin sənədləri daxil edil-
mişdir.
Dostları ilə paylaş: