414
Ucar rayon Kitabxanası
1948
2013
Ucar rayonunda kitabxananın təməli 1948-ci
ildə qoyulmuşdur. Ucar rayon Mərkəzi kitabxa-
nası 1978-ci ildən Mərkəzləşdirilmiş Kitabxana
Sistemi kimi fəaliyyət göstərir. MKS-ə 1 Mərkəzi
kitabxana, 6 şöbə, 1 Uşaq kitabxanası, 5 şəhər ki-
tabxana filialı, 40 kənd kitabxana filialı daxildir.
Mərkəzi Kitabxanada İRBİS-64 Avtomatlaşdırıl-
mış Kitabxana İnformasiya Sistemi (Elektron ka-
taloq, Elektron kitabxana) tətbiq olunmuşdur.
Füzuli rayon kitabxanası 1948-ci ildə yaradıl-
mış, 1978-ci ildən isə öz ətrafında 1 Mərkəzi, 1
uşaq, 1 gənclər, 4 şəhər, 3 qəsəbə, 81 kənd kitab-
xana filiallarını birləşdirərək Mərkəzləşdirilmiş
Kitabxana Sistemi kimi fəaliyyətini davam etdir-
mişdir.
Həmin kitabxanaların fondları 387 000 kitabdan
ibarət olmuşdur. 1993-cü ildə erməni qəsbkarları
tərəfindən işğal olunan Füzuli rayonunun 91 kitab-
xanası öz fəaliyyətini itirərək fondları ilə bərabər
tamamilə məhv edilmişdir. 1994-cü ildə rayonun
25 yaşayış məntəqəsi Milli Ordumuz tərəfindən
işğaldan azad olunduqdan sonra 33 kitabxana
tədricən öz fəaliyyətini başqa məqsədlər üçün
bərpa edilmiş ictimai binalarda və şəxsi evlərdə
bərpa etməyə başlamışdır.
Kitabxana fondlarını bərpa etmək üçün rayo-
nun tanınmış yazıçı və ziyalılarının hədiyyə etmiş
olduqları kitablar, Respublika Mədəniyyət və Tu-
rizm Nazirliyinin göstərişi ilə İmişli, Ağcabədi,
Zərdab, Ağsu, Kürdəmir rayon Mərkəzləşdirilmiş
Kitabxana Sistemlərindən əvəzsiz olaraq alınan
kitablar və jurnallar, bununla bərabər Mədəniyyət
və Turizm Nazirliyinin Kitabxana Kollektorundan
və Prezident Aparatından alınmış kitablar hesa-
bına MKS-in fondu 35 114 ədədə çatdırılmışdır.
Hazırda MKS-də 1 xidmət şöbəsi və 34 kitabxana
filialı fəaliyyət göstərir.
Mərkəzi Kitabxana 1994-cü ildən öz fəaliyyətini
Mahmudlu - 2 kəndində davam etdirmiş, yerləşdiyi
binanın qəza vəziyyətində olduğunu nəzərə alaraq
sözü gedən kitabxananın rayonun yeni salınmış
birinci Zobucuq qəsəbəsinə köçürülməsi və ora-
da fəaliyyət göstərməsi üçün Azərbaycan Res-
publikasının Mədəniyyət və Turizm Nazirliyinə
müraciət olunmuşdur. Mədəniyyət və Turizm
Nazirliyinin 08.01.2010-il tarixli 24/03 saylı
məktubuna əsasən Füzuli rayon Mərkəzi Kitab-
xanası 10.01.2010- cu il tarixində birinci Zobu-
cuq qəsəbə mədəniyyət evinin 40 kv/ m olan bir
otağına köçürülmüşdür.
Hazırda MKS-də 1 xidmət şöbəsi, 1 şəhər ki-
tabxanası və 31 kənd kitabxana filialları fəaliyyət
göstərir. Kitabxanada 3 şöbə fəaliyyət göstərir.
Ünvan: Füzuli rayonu Zobucuq I qəsəbəsi
www.fuzulimks.webs.com
Dostları ilə paylaş: