Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə527/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   523   524   525   526   527   528   529   530   ...   538
Ə d ə b i y y a t

İskəndərov, E. Mstislav 

Rostropoviçlə  keçən 

unundulmaz günlər [Mətn] 

//Musiqi dünyası.-№1.-

2011.-S.1.     

www.rostropovich.aznet.or


Kitabxanaçılıq-informasiya fakültəsinin 50 illiyi münasibətilə

Dünya şöhrətli kitabxanaşünas ali

Abuzər Alı oğlu Xələfov

Abuzər Alı oğlu Xələfov 1931-ci il 

dekabrın 25-də  Qərbi Azərbaycanda 

– Göyçə mahalının Cil kəndində 

anadan olmuşdur. O, əvvəlcə Cil 

kənd yeddiillik məktəbində, sonra 

isə Toxluca kənd orta məktəbində 

təhsil almış, eyni zamanda Böyük 

Vətən müharibəsi illərində kolxozda 

işləmişdir.

1950-ci ildə orta təhsilini başa vur-

muş, elə  həmin il Bakı Dövlət Uni-

versitetinin  filologiya fakültəsinin 

Kitabxanaçılıq  şöbəsinə daxil ol-

muşdur. 1955-ci ildə ali təhsilini 

müvəffəqiyyətlə tamamlamış, pers-

pektivli kadr kimi Kitabxanaşünaslıq 

və biblioqrafiya kafedrasında müəllim 

vəzifəsində saxlanılmışdır. 

1962-ci ildə professor A.Xələfovun 

fəal iştirakı  və xidməti sayəsində    

BDU-nun Kitabxanaçılıq  şöbəsi 

müstəqil Kitabxanaçılıq fakültəsinə 

çevrilmiş  və  gənc tarix elmləri 

namizədi, dosent A.Xələfov həmin 

fakültənin ilk dekanı seçilmişdir. O, 

1962-ci ildən 1970-ci ilə  və 1980-

ci ildən 1995-ci ilə  qədər, yəni 25 il 

bu fakültənin dekanı olmuş, onun 

formalaşması  və inkişafı naminə 

mühüm xidmətlər göstərmişdir. 

A.Xələfov eyni zamanda 1963-cü 

ildən indiyədək, yəni yarım  əsrə ya-

xındır ki, Kitabxanaşünaslıq kafedra-

sının müdiri kimi səmərəli faəliyyət 

göstərir.

A.Xələfov ilk dəfə olaraq 1961-ci 

ildə “Sovet Azərbaycanında kitab-

xana işinin tarixindən (1920-1932)” 

mövzusunda namizədlik, 1975-ci ildə 

isə “Azərbaycanda kitabxana işinin 

tarixi (1935-1959)” mövzusunda dok-

torluq dissertasiyası müdafiə edərək 

təkcə Azərbaycanda deyil, eləcə  də 

Sovet  İttifaqı  məkanında kitabxana 

işi sahəsində ilk tarix elmləri doktoru 

alimlik dərəcəsi almışdır. Bu disser-

tasiya ölkəmizdə kitabxana tarixinə 

dair ilk fundamental tədqiqat kimi 

alimə böyük nüfuz qazandırmışdır. 

Professor A.Xələfov bütün ömrünü 

respublikamızda kitabxana işi tari-

xinin öyrənilməsinə  həsr etmiş, san-

ballı monoqrafiyalar, dərsliklər, dərs 

vəsaitləri və s. nəşr etdirmişdir. Bun-

lardan “Sovet Azərbaycanında kitab-

xana işinin tarixindən (1920-1932)” 

(1960); “Azərbaycanda kitabxana işi-

nin tarixindən (1870-1920)” (1960); 

“Azərbaycanda kitabxana işinin tarixi 

(1933-1959)” (1974); “Kitabxanaşü-

naslığa giriş” (3 hissədə; 2001-2003), 

“Heydər Əliyev və Azərbaycanda ki-

tabxana işi” (2006), “Azərbaycanda 

kitabxana işinin tarixi” (2004-2010), 

“Kitabxana və  cəmiyyət” (2011), və 

s. kimi fundamental əsərlər mühüm 

əhəmiyyətə malikdir.

Prоfеssоr  А.Хələfоv kitаbхаnа-

şünаslıq-bibliоqrаfiyа еlmi sаhəsində 

mütəхəssis  еlmi-pеdаqоji kаdrlаrın 

hаzırlığındа dа əvəzsiz rоl оynаmışdır. 

О,  Аzərbаycаndа kitаbхаnаşünаslıq 

еlmi sаhəsində  хüsusi  еlmi məktəb 

yаrаtmış, 1 dоktоrluq və 20 nаmizəd-

lik dissеrtаsiyаsı  məhz  оnun  еlmi 

rəhbərliyi ilə müdаfiə  еdilmişdir. 

Tаnınmış аlim еyni zаmаndа 25 nəfər 

еlmlər nаmizədi və еlmlər dоktоrunun 

hаzırlаnmаsındа  еlmi məsləhətçi 

və  yа  оppоnеnt kimi хüsusi fəаllıq 


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   523   524   525   526   527   528   529   530   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin