Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə526/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   522   523   524   525   526   527   528   529   ...   538
420

Tarixdə bu gün

15 

illiyi

10 

illiyi

Leopold və Mstislav Rostropoviçlərin 

ev-muzeyi 

1998       

Ağgöl Milli Parkı

 2003      

2013

Ə d ə b i y y a t

İbrahimov, T. Azərbaycan 

qoruqlarının landşaftı 

[Mətn]: iki hissədə /T. İbra-

himov; elmi red. Ş.Göyçaylı; 

BDU, Coğrafiya fakültəsi.- 

Bakı: Mars-Print, 2010.- 

Hissə 1.- 336 s.

www.eco.gov.az 

Leopold və M.Rostropoviçlərin 

ev-muzeyi dünya şöhrətli violonçe-

list, dahi şəxsiyyət M.Rostropoviçin 

anadan olduğu və  uşaqlıq illərini ke-

çirdiyi evdə yerləşir. Muzeyin ekspo-

zisiyasında M.Rostropoviçin uşaqlıq, 

gənclik, həyat və yaradıcılıq illərinin 

çiçəkləndiyi dövrləri əks etdirən maraqlı 

materiallar nümayiş etdirilir. Muzeyin 

ekspozisiyası iki hissədən ibarətdir. Bi-

rinci hissədə Rostropoviçlər  ailəsinin 

yaşadığı evin ab-havası, o dövrkü 

mühit  əks etdirilmişdir. Muzeydə nü-

mayiş olunan eksponatlar arasında L. 

Rostropoviç tərəfindən oğluna yazdı-

ğı (1942-ci il) məktub da vardır. Bu 

məktub M.L Rostropoviç üçün hər bir 

zaman mənəvi dayaq rolunu oynamış-

dır. Ekspozisiyanın ikinci hissəsində 

M.L.Rostropoviçin həyat və yaradı-

cılıq fəaliyyətinin  ən mühüm anları, 

eyni zamanda onun Bakı ilə əlaqələrini 

təsdiqləyən materiallar nümayiş olu-

nur. Muzeydə M.Rostropoviç haqqında 

olan filmlər, maestronun ifası ilə yazıl-

mış audio kassetlər və disklər vardır.

Ağgöl Milli Parkı 2003-cü ildə ya-

radılmış, sahəsi 17, 924 hektardır.

Kür-Araz Ovalığının Mil Düzənliyi

Kür çayının sağ sahili boyu ərazidə 

yerləşən gölə Ağ göl adı çox güman ki, 

yüksək şoranlığa malik olan dayaz su-

bataqlıq  ərazisinin yay mövsümündə 

quruması, duz qatının üzə  çıxması  və 

uzaqdan ağararaq ağ səth effekti yarat-

ması  nəticəsində verilmişdir.  Ərazinin 

qocaman sakinlərinin sözlərinə görə 

əvvəllər yerli sakinlər yay vaxtı bura-

dan xörək duzu hasil edirlərmiş.

Təbiət Qoruğunun yaradılmasın-

da  əsas məqsəd Ağgöl və onun ətraf 

ərazilərində  məskunlaşan yerli və 

köçəri su-bataqlıq quşlarının, xüsusilə

məməli heyvanların və onların yaşa-

yış yerlərinin (biotoplarını) davamlı 

inkişafını  təmin etməkdən ibarətdir. 

Ümumilikdə, 500 mindən çox quşun 

qışladığı bu ərazidə 140 növdən çox 

quş  məskunlaşır, 87 növ quş yumurta 

qoyaraq bala verir. Burada rast gəlinən 

quşların 30 növünün adı “Azərbaycanın 

Qırmızı Kitabı”na salınmışdır.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   522   523   524   525   526   527   528   529   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin