Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə524/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   520   521   522   523   524   525   526   527   ...   538
Ə d ə b i y y a t

Britaniya Milli Muze-

yi. Dünya muzeyləri 

[Mətn] //Mədəniyyət.- 

2010.- 14 iyul.- S. 12.

www.az.wikipedia.org

Tarixdə bu gün


418

Ə d ə b i y y a t

Azərbaycan qadını-

nın səadəti [Mətn] : 

“Azərbaycan qadını” 

jurnalının 50 illiyinə 

həsr olunmuş təntənəli 

yubiley iclasının 

materialları : 14 may 

1974-cü il /burax. məs. 

Ə. Əhmədova.-Bakı: 

Azərnəşr , 1974. - 76

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.qadin.net 

Tarixdə bu gün

90

 illiyi

“Şərq qadını”

 1923     

2013

1923-cü ilin noyabr ayında 

Azərbaycan Qadınlar  Şurasının orqanı 

olan “Şərq qadını” (indiki “Azərbaycan 

qadını”) jurnalının ilk sayı çap olunmuş-

dur.


Ayna Sultanova jurnalın ilk redakto-

ru olmuşdur.  Ərəb  əlifbası ilə çap olu-

nan “Şərq qadını” qadınlara azadlıq, 

bərabərlik ideyaları  aşılayır, maarif və 

mədəniyyətdən yazırdı. Amma bütün 

bunların hamısı kommunizm ideologi-

yasının süzgəcindən keçirilib oxuculara 

təqdim olunurdu.

“Şərq qadını” tərəqqipərvər 

müəllimlərin və ictimai xadimlərin 

qüvvəsinə   arxalanaraq qadın təhsilinin, 

məktəbəqədər tərbiyənin mühüm 

problemlərinin həllində görkəmli rol oy-

namışdı. Azərbaycanda qadınların, qız-

ların təhsili, qız məktəblərinin, kursların 

təşkili, burada aparılan təlim-tərbiyə 

işi məsələlərinə jurnal səhifələrində 

müntəzəm yer verilmişdi. 

“Şərq qadını”nın bir tarixi rolu 

da odur ki, o azad nəfəsli, xoş 

məramlı  mətbuat orqanının  ətrafında 

Azərbaycanın bütün savadlı, oxumuş, 

mübariz qadınları toplaşmışdılar. Jurnal 

qadın publisistlərin,  şair və yazıçıların 

yetişməsi üçün bir məktəb rolunu oy-

namış, elmə, mədəniyyətə, incəsənətə, 

təbabətə marağı olan qadınların, qızların 

ilk məqalələri jurnalın səhifələrində dərc 

edilmişdi. Azərbaycanın ilk yazıçı  və 

jurnalist qadınları ilə  bərabər görkəmli 

bədii söz ustaları  - C.Məmmədquluzadə, 

S.S.Axundov, A.Şaiq, S.Hüseyn, 

Y.V.Çəmənzəminli, T.Şahbazi, H.Cavid, 

Qantəmir, B.Talıblı, H.Nəzərli və baş-

qa yazıçıların öz hüquqları  uğrunda 

mübarizəyə qoşulan qadınlarımızın 

həyatlarına həsr etdikləri hekayə  və 

şeirləri tez-tez çap olunurdu.

Bundan  sonra, 1938-ci ilin fevra-

lından etibarən “Şərq qadını”nın adı 

da dəyişdirilərək “Azərbaycan qadını” 

adı ilə  nəşr olunmağa başlamışdı. O 

Azərbaycan KP Mərkəzi Komitəsinin 

ictimai-siyasi və ədəbi-bədii aylıq jurna-

lı olmuşdu.

Jurnal 2009-cu ilin mayından təzə 

tərtibatla nəşrinə davam edib. 

Hazırda böyük ənənəsi və geniş oxu-

cu auditoriyası olan “Azərbaycan qadı-

nı” jurnalı Prezident Administrasiyası-

nın humanitar siyasət şöbəsinin rəhbəri 

Fatma Abdullazadənin baş redaktorlu-

ğu ilə  işıq üzü görür. Ölkənin ictimai 

həyatında mühüm rol oynayan, elmimi-

zin, mədəniyyətimizin inkişafına təkan 

verən tədbirlər, eləcə  də müasirlərimiz 

haqqında maraqlı müsahibələr  jurnalın 

səhifələrini bəzəyir. 

İndi ildə dörd dəfə oxucuların 

görüşünə  gələn jurnal hər nömrəsi 

5000 tiraj olmaqla Azərbaycan və rus 

dillərində nəşr olunur. 

Bu gün 90 yaşlı və olduqca cazibədar 

“Azərbaycan qadını” yoluna davam edir. 

Bu uzun yolun əvvəlində onu daha çox 

zərif cinsin nümayəndələrinin saysız-

hesabsız problemləri düşündürürdüsə, 

indi jurnal müasir Azərbaycan qadınının 

simasını, uğurlarını, qabaqcıl təcrübəsini 

geniş auditoriyaya təqdim etməyə can 

atır.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   520   521   522   523   524   525   526   527   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin