417
260
illiyi
Britaniya muzeyi
1753
2013
Britaniya muzeyi - Böyük Britaniya-
nın və dünyanın ən böyük muzeylərindən
biridir.
Bu muzey 1753-cü ildə təşkil edil-
miş, lakin açılışı 1759-cu ildə edilmiş-
dir. Bina isə 1823 - 1847 ci illərdə ti-
kilmiş, memarı R.Smyork olmuşdur.
XVIII əsrdən etibarən İngiltərənin ən
mühüm mərkəzlərindən birinə çevril-
mişdir. İlk muzey təsis edildiyi dövrdə
Montaqyo (Montagu House) adlandırılan
binada fəaliyyətə başlamış, indiki bina-
sına köçənə qədər bir çox korpuslarda
yerləşdirilmişdir.
Muzeydə məşhur Rozetta daşı,
müxtəlif rəsmlər, qravyura sənətinə aid
olan məmulatlar, medal, qəpik və ki-
tablar saxlanılır. Müxtəlif epoxlara aid
edilən mədəniyyət nümunələri, antik
abidələr, orta əsr dövrlərini əhatə edən,
hətta İntibah dövrünün də nümunələrinə
rast gəlmək mümkündür.
Britaniya muzeyinin kitabxanasında 7
milyondan artıq çap edilmiş kitab vardır,
həmçinin 105 min əlyazma, təxminən
100 min xartiya (1. filol. papirus və ya
perqamentdə qədim əlyazısı; 2. bu yazı-
nın yazıldığı material; 3. ictimai-siyasi
cəhətdən əhəmiyyəti olan bəzi sənədlərin
adı) və məktublar, 3 mindən çox papirus-
lar vardır.
Britaniya muzeyinə edilən girişlərin
hamısı pulsuzdur. 1926-cı ildən etibarən
Britaniya muzeyi “British Museum Qu-
arterly” adlı jurnal dərc edir. Muzey
Bloomsbury-də (London) üç kolleksi-
yanın əsasında fəaliyyətə başlamışdır.
Bunlara britaniyalı məşhur həkim və na-
turalist olan Hensa Slouna (Sir Hans Slo-
ane), qraf Robert Harli (Robert Harley),
həmçinin, kitabxanaçı Robert Kotton (Sir
Robert Cotton) aid edilir. Muzey özündə
10 bölməni birləşdirir, bizim eradan
əvvəl, misir, yunan, roma, britaniya, orta
əsrlər, İntibah, Şərq, numizmatika və Bri-
taniya kitabxanasından təşkil edilmişdir.
Numizmatika bölməsi müxtəlif
ölkələrin və epoxların qəpik və medal-
larından ibarətdir. Hətta kral IV Georgi-
nin də kolleksiyasına burada rast gəlmək
olar.
Britaniya muzeyindəki etnoqrafik kol-
leksiya bölməsində Afrika, Amerika, Oke-
aniya və bir çox xalqların mədəniyyətini
özündə əks etdirən abidələrə rast gəlinir.
Britaniya muzeyi ümumilikdə 94 qa-
lareyadan ibarətdir və uzunluğu 4 km-ə
çatır. Hans Sloun qəpik və antik əşyalarla
yanaşı çoxlu sayda heykəltəraşlıq
nümunələri, müxtəlif heyvan, quş fiqur-
ları, həmçinin herbari və dövlətə xas olan
əşyalar da saxlayırmış.
Muzey binasının əhatə etdiyi sahə 6
hektardan çoxdur və Londonun mərkəz
küçələrindən birində yerləşir. Həmişə ki-
tab oxumaq üçün müraciət edənlərin sa-
yından asılı olaraq 1854-1857 ci illərdə
böyük həcmdə və dairəvi formaya ma-
lik olan oxu zalı tikilmişdi. Burada,
həmçinin, film saxlanılması adlanan yer
də fəaliyyət göstərmişdir. Zalın hündür-
lüyü 32,2 m, diametri isə 42,7 m hesab-
lanmışdır.
1881-1883-cü illərdə bura daxil olan
flora və fauna, geoloji və paleontoloji kol-
leksiyaların çoxluğu nəticəsində Təbiət
Tarixi Muzeyi adlandırılan yeni spesefik
bina ucaldılmışdı. II Dünya müharibəsi
illərində muzeyin bütün eksponatları
ərazidən evoukasiya edilmiş, muzey bi-
nası hava uçuşlarlından çoxsaylı ziyan
görmüşdü. Bir neçə zal, həmçinin oxu
zalının da hissələri dağıdılmışdı. Uzun
illər müddətində muzey özünün tikintisi-
ni və ekspozisiyalarını bərpa etməyi ba-
carmışdı.
Dostları ilə paylaş: