419
Ə d ə b i y y a t
Rüstəmli, T.
C.Məmmədquluzadənin
ev-muzeyində açıq qapı
günü [Mətn] /T.Rüstəmli
//Xalq qəzeti .-2011.- 29
sentyabr.- S. 7.
İ n t e r n e t d ə
www.anl.az
www.memmedquluzade.az
www.mct.gov.az
Tarixdə bu gün
35
illiyi
Cəlil Məmmədquluzadənin
ev-muzeyi
1978
2013
Azərbaycan xalqının böyük oğlu,
görkəmli yazıçı, qüdrətli dramaturq,
xalq müəllimi, ictimai xadim, de-
mokrat, publisist və fədakar jurna-
list, Şərqdə ilk şəkilli – satirik “Molla
Nəsrəddin” jurnalının yaradıcısı və 25
illik bir dövrdə redaktoru olmuş Cəlil
Məmmədquluzadənin ev-muzeyi
onun 1921-1932-ci illərdə Bakıda
yaşayıb yaratdığı mənzildə (Süley-
man Tağızadə küçəsi 56, tarixi adı
Köhnə Poçt küçəsi, 64) Azərbaycan
Dövlətinin və hökumətinin müvafiq
qərarı ilə 1978-ci ildə yaradılmışdır.
Muzeyin yerləşdiyi bina XIX əsrin
axırları XX əsrin əvvəllərinə aid tarixi
memarlıq və mədəniyyət abidəsidir.
1994-cü il dekabr ayının 28-də
ədibin ev-muzeyinin ekspozisiyasının
açılışı olmuşdur. Açılışda ulu öndər
Heydər Əliyev, hökumət və dövlət
nümayəndələri, görkəmli yazıçılar,
görkəmli mədəniyyət və incəsənət
xadimləri iştirak etmişlər.
Ümumi sahəsi 185 kv.metr olan
muzeyin ekspozisiyası 96 kv.metr
sahədə yerləşdirilmişdir və 5 zaldan
ibarətdir.
Birinci otaq – ədibin uşaqlıq,
gənclik və təhsil illərini, məktəbdarlıq
fəaliyyətini, ilk yaradıcılıq addımla-
rını, ictimai mühitini və jurnalistik
fəaliyyəti – “Molla Nəsrəddin” jurna-
lının nəşrini əks etdirən materiallarla
zəngindir.
İkinci otaq – Memorial
cəhətdən qonaq otağıdır. Bütün
digər otaqlar kimi əsasən memori-
allığı saxlanmışdır. Bu otaq Cəlil
Məmmədquluzadənin ailəsinə aid
olan ev əşyaları ilə bərabər ədibin ilk
jurnalistik fəaliyyətinin, hekayə ya-
radıcılığını əks etdirən materiallarla
zəngindir. Burada, həm də görkəmli
rəssamların C.Məmmədquluzadənin
əsərləri mövzusunda işlədikləri təsviri
sənət nümunələri öz əksini tapmışdır.
Üçüncü otaq – yataq otağıdır. Bu
otaqda ədibin şəxsi əşyaları və ailə
həyatı ilə bağlı materiallar nümayiş
olunur.
Dördüncü otaq - ədibin drama-
turgiyasını, bədii nəsrini, “Molla
Nəsrəddin” jurnalının Tiflis və Təbriz
dövrünü əks etdirən tarixi sənədlər,
fotolar, təsviri əsərlər və digər mate-
riallarla zəngindir.
Beşinci otaq – ədibin iş otağı –
“Molla Nəsrədddin” jurnalının re-
daksiya otağıdır. Bu otaqda nümayiş
olunan materiallar ədibin həyat və ya-
radıcılığının 1922 -1932-ci illər dövrü-
nü əhatə edir. “Molla Nəsrəddin” jur-
nalının bu dövrdəki fəaliyyəti, ədibin
mühiti, mollanəsrəddinçilər, Cəlil
Məmmədquluzadənin tədqiqatçıları
ilə bağlı materiallar öz əksini tapmış-
dır.
Otaqda tamaşaçılar həm də
Cəlil Məmmədquluzadənin dünya
şöhrətini əks etdirən xəritə ilə tanış
ola bilərlər. Muzey fəaliyyətə baş-
ladığı ildən (1978) bu günə qədər
onun əsas fondunda ədibin və digər
mollanəsrəddinçilərin həyat və yara-
dıcılığını əks etdirən 5000-dən yuxarı
eksponat toplanmışdır.
|