Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə521/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   517   518   519   520   521   522   523   524   ...   538
Ə d ə b i y y a t

Cəbrayıl rayon 

Mərkəzləşdirilmiş Kitab-

xana Sistemi  [Mətn] //

Azərbaycan kitabxanaları 

XXI əsrin informasiya 

məkanında.-Bakı, 2007.-

C.1-2.-S.277.

www.azerbaycan-

kitabxanalari.az

www. cebrayilmks.word-

press.com

www.mct.gov.az

Kitabxanaşünaslıq.Biblioqrafiya


416

10

 illiyi

Prezid

ent Kitabxanası 

2003

2013

2003-cü ildə Azərbaycan xalqının 

ümummilli lideri Heydər  Əliyevin 

təşəbbüsü ilə Bakı  şəhərinin iki ən 

qədim kitabxanasının - Mərkəzi Şəhər 

kitabxanası (keçmiş Lenin adına kitab-

xana) və Azərbaycan Respublikası Pre-

zidenti İşlər İdarəsi Təsərrüfat şöbəsinin 

nəzdində olan kitabxananın (keçmiş 

Siyasi Maarif Evinin kitabxanası) ba-

zasında yaradılmışdır. Azərbaycan 

Respublikası Prezidentinin 22 iyul 

2009-cu il tarixli Sərəncamı ilə Prezi-

dent Kitabxanasına Azərbaycan Res-

publikası Prezidentinin İşlər İdarəsinin 

şöbəsi statusu verilmişdir. Kitabxana 5 

şöbə,  7 bölmə, 5 zal  vasitəsilə fəaliyyət 

göstərir.

 Kitabxananın fondunda XVI - XIX 

əsrlərdə və XX əsrin əvvəllərində nəşr 

olunmuş müxtəlif dillərdə olan na-

dir  ədəbiyyat nümunələri saxlanılır. 

Fondda iqtisadiyyata, siyasətə, dövlət 

quruculuğuna, hüquqa, fəlsəfəyə, sta-

tistikaya, tarixə, ədəbiyyatşünaslığa və 

dilçiliyə dair ədəbiyyat üstünlük təşkil 

edir. Kitabxananın dövri mətbuat fondu-

na respublikamızda və digər ölkələrdə 

çap edilən 250 adda jurnal, qəzet və 

digər dövri nəşrlər daxil olur. Hazırda 

Kitabxanada fondun elektron nəşrlərlə 

komplektləşdirilməsi sahəsinə xüsusi 

diqqət yetirilir.

 Kitabxanada müasir informasiya 

texnologiyalarının tətbiqinə xüsusi 

önəm verilir. Kitabxanada lokal  kom-

püter  şəbəkəsi yaradılmış,  İnternetə 

çıxış  təmin edilmişdir. Kitabxanada 

İRBİS Kitabxana Avtomatlaşdırılma 

Sisteminin son versiyasının (İRBİS 64) 

tam komplekti tətbiq edilmişdir. Bu 

sistem fondun komplektləşməsindən 

tutmuş, kitab verilişinədək bütün kitab-

xana proseslərinin avtomatlaşdırılma-

sını təmin edir. Sistem həm də oxucu-

lara kitabxanada hazırlanmış tammətnli 

verilənlər bazasından istifadə etməyə 

imkan verir. Bundan əlavə, hər bir İn-

ternet istifadəçisi Kitabxananın Web 

səhifəsi vasitəsi ilə onun Elektron kata-

loqundan və digər elektron resursların-

dan istifadə edə bilər.

 Kitabxanada Azərbaycan, rus və 

digər dillərdə olan ədəbiyyatı  əks 

etdirən əlifba və sistemli kataloq tərtib 

edilmişdir. 2003-cü ildən etibarən Ki-

tabxananın aldığı bütün kitablar haq-

qında məlumat Elektron kataloqa 

(EK) daxil edilir. 2004-cü ildən isə 

fonda daxil olan dövri nəşrlərdəki  ən 

əhəmiyyətli materialların biblioqrafik 

təsvirləri də EK-nın tərkibindəki ayrı 

bir verilənlər bazasına daxil edilir. Ki-

tabxanada müxtəlif təyinatlı biblioqra-

fik vəsaitlər də tərtib və nəşr edilir. EK-

dan və biblioqrafik vəsaitlərin elektron 

variantlarından həm də Kitabxana-

nın Web səhifəsi ilə də istifadə etmək 

olar. Kitabxana öz istifadəçilərinə tam 

həcmdə soraq-biblioqrafiya və bibli-

oqrafik informasiya xidməti göstərir. 

Xüsusi oxucu qruplarına elektron poçt 

(E-mail) vasitəsilə  də biblioqrafik in-

formasiya xidməti göstərilir.

Kitabxanada  ənənəvi kitabxana-

biblioqrafiya xidmətləri ilə yana-

şı,  İnternetdən istifadə, müxtəlif 

təqdimatlar və mətbuat konfranslarının 

keçirilməsi, skaner, surətçıxarma, la-

minasiya və s. əlavə xidmətlərdən də 

istifadə edilir

.


Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   517   518   519   520   521   522   523   524   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin