Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə508/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   504   505   506   507   508   509   510   511   ...   538
Rüstəm bəy Şıxlinski 

1878-1920 

Ə d ə b i y y a t

Məlik-Yeqanov Cavad bəy Rza bəy oğlu [Mətn]  //Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası: iki cilddə.-Bakı,2004.-C.2. -S.185.

135 

illiyi

135 

illiyi

Hərbi xadim

Ə d ə b i y y a t 

Şıxlinski Rüstəm bəy Məmməd ağa oğlu [Mətn] //Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası: iki cilddə.-Bakı, 2004.- C.II. - S.381.


404

Siyasət.Hərbi iş 

130 

illiyi

Nurməmməd bəy Şahsuvarov

 1883-1958  

2013

Nurməmməd bəy Ədilxan oğlu Şah-

suvarov 1883-cü ildə Azərbaycanın 

Laçın rayonunun Minkənd kəndində 

doğulmuşdur. O, ibtidai təhsilini kənd 

məktəbində alaraq, 1889-1903-cü 

illərdə  Qori müəllimlər seminariya-

sında oxumuşdur. H.Şahsuvarov bir 

müddət Gəncədə rus dili müəllimi 

işlədikdən sonra Tiflis Aleksandr 

Müəllimlər  İnstitutuna daxil olmuş 

və oranı 1912-ci ildə bitirmiş, Kiyev 

Universitetinin hüquq fakültəsinə da-

xil olmuş və həmin ali məktəbi ekstern 

yolu  ilə 1915-ci ildə başa vurmuşdur. 

Dağıstan Vilayəti Xalq Təhsili  İdarəsi 

üzrə Teymurxanşura şəhərinə inspektor 

təyin edilmişdir.

1917-ci ildə Rusiyada fevral – 

burjua inqilabı başlayanda bitərəf 

Nurməmmədbəy  Şahsuvarov siyasi 

hadisələrdə yaxından iştirak etməyə 

başlamışdı.

1918-ci ilin yayında  Şimali Qaf-

qazda yaşayan xalqların milli-azadlıq 

hərəkatı nəticəsində Dağlılar Respubli-

kası yaradılmışdı. N.Şahsuvarov həmin 

respublikanın Xalq Maarif naziri təyin 

olunmuşdu.

1919-cu il iyun ayının əvvəlində Ba-

kıya gələn N.Şahsuvarov Azərbaycan 

Demokratik Respublikası Nazirlər 

Şurasının sədri N.Yusifbəylinin təşkil 

etdiyi birinci hökumət kabinəsində ma-

arif nazirinin müavini vəzifəsini icra 

etməyə başlamışdır. O, həmin dövrdə 

Azərbaycanın şəhər və kəndlərində ana 

dilində məktəb və seminariyaların açıl-

masına və digər mütərəqqi tədbirlərin 

həyata keçirilməsinə böyük əmək sərf 

etmişdir.

Azərbaycanın ilk ali məktəbi Bakı 

Dövlət Universitetinin təşkilində  də 

N.Şahsuvarovun xidmətlərini qeyd 

etmək lazımdır.

İttihad partiyasının üzvü 

N.Şahsuvarov Nazirlər Şurasının sədri 

N.Yusifbəylinin II hökumət kabinə-

sində 1920-ci il martın 5-də istefaya 

çıxan H.Şahtaxtinskinin (1880- 1943) 

yerinə Maarif və Dini Etiqad naziri 

təyin olunmuş, 25 gün sonra – martın 

30-da bütün kabinə ilə birlikdə istefaya 

çıxmışdır.

1920-ci il aprel ayının 27-də baş 

verən hadisələrdən sonra N.Şahsuvarov 

Azərbaycan SSR Xalq Maarif Ko-

missiyasının müavini təyin olun-

muşdur. O, həmin dövrlərdə Bakıda   

S.Ağamalıoğlu adına Torpaq və Geo-

deziya Texnikumlarında rus dilindən 

dərs demişdir. Sonralar isə Bakı Dövlət 

Universitetində Rus dili kafedrasının 

müdiri, Azərbaycan Neft İnstitutun-

da isə rus dili müəllimi vəzifəsində 

işləmişdir.

1940-cı ildə  həbs olunan və Kras-

nodar diyarına sürgünə göndərilən 

Nurməmməd  Şahsuvarov orada da öz 

ixtisası üzrə dərs demişdir. Üç il sonra 

1943-cü ildə sürgündən Bakıya qayıdan 

N.Şahsuvarov Azərbaycan Tibb İnsti-

tutunda Rus dili kafedrasının müdiri və 

müəllimi işləmişdir. O, Azərbaycanda 

rus dili sahəsində bir mütəxəssis kimi 

məşhur olmuşdur.

Nurməmməd Şahsuvarov 1958-ci il 

avqustun 11-də Bakıda vəfat etmişdir. 




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   504   505   506   507   508   509   510   511   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin