403
5
Dövlət xadimi
Siyasət.Hərbi iş
Cavad bəy Məlik-Yeqanov
1878-1942
2013
Cavad bəy Rza bəy oğlu Məlik-Yeqanov 1878-
ci ildə Qarabağın Tuğ kəndində anadan olmuşdur.
İbtidai təhsilini Mir Mehdi Xəzaninin ev
məktəbində almış, sonra texniki məktəbi bitir-
mişdir. 1903-cü ildə Bakının neft mədənlərində
işləmiş, inqilabi hərəkatda iştirak etmişdir.
“Hümmət” təşkilatının üzvü olmuşdur. ADR-in
görkəmli dövlət xadimi, Müsəlman Fəhlələrinin
Həmkarlar İttifaqının yaradıcısı, ADR Həmkarlar
İttifaqları Təşkilatının banilərindən biri olmuşdur.
1909-cu ildə Bakıdan sürgün edilmiş, 1914-
də yenidən Bakıya qayıtmış, neft mədənlərində
işləmişdir. 1917-ci ildə “Müsavat” partiyasına üzv
olmuşdur. Zaqafqaziya seyminin Müsəlman frak-
siyasının və Azərbaycan Milli Şurasının İstiqlal
bəyannaməsini qəbul edən 26 üzvündən biri olmuş-
dur.Palamentdə fəhlə məsələsi ilə məşğul olmuş,
1919-cu ildə Lənkərannın general-qubernatoru
təyin olunmuşdur.
Aprel işğalından sonra 1920-ci il mayın 11-də
həbs edilmiş, iyulun 19-da azad olunmuşdur.
Sonra dəfələrlə həbs edilmiş, yenidən buraxıl-
mışdır.
Sovet hakimiyyəti illərində tikinti trestində,
əmək birjasında çalışmışdır.
Azərbaycan SSR Xalq Əmək Komissarlığı qaç-
qınlar şöbəsinin rəisi, 1927-1928-ci illərdə Neft
Məhsulları Satışı İdarəsinin rəisi vəzifəsində çalış-
mışdır.
“Gizli Müsavat” partiyasının üzvü itihamı ilə
1932-ci ildə həbs olunmuş, 10 il müddətinə uzaq
şimala sürgün edilmişdir. Rza bəy Məlik-Yeqanov
1942-ci ildə sürgündə vəfat etmişdir.
20
Rüstəm bəy Məmməd ağa oğlu Şıxlinski 1878-
ci ildə Qazax qəzasının Qazaxlı kəndində dünyaya
gəlmişdir. Qardaşı ilə birlikdə Tiflisdə zadəganlar
üçün kadet korpusunda, sonra isə Peterburqda Mi-
xaylov adınaTopçuluq Məktəbində oxumuşdur. Bir
müddət çar ordusunda xidmət etmiş, Birinci Dün-
ya Müharibəsi illərində tatar polkunun tərkibində
vuruşmuş, “Müqəddəs Georgi” və “Müqəddəs
Vladimir” ordenləri ilə təltif edilmişdir.
Azərbaycan Demokratik Cümhuriyyəti za-
manında Milli Ordumuzun təşkilində mühüm
xidmətləri olmuşdur. 1918-ci ildə Ağdamda pu-
lemyot bölüyünə məxsus hazırlıq məktəbi açıl-
mış, miralay (polkovnik) Rüstəm bəy Şıxlinskinin
idarəsi altında topçu hissəsi təşkil edilmişdir.
1920-ci ildə Gəncədəki may üsyanının fəal
təşkilatçılarından olmuş və həmin il bolşeviklər
tərəfindən güllələnmişdir.
Dostları ilə paylaş: