400
Siyasət.Hərbi iş
590
illiyi
Uzun Həsən
1423-1478
2013
Uca boylu olduğuna görə “Uzun
Həsən” ləqəbini almış Həsən bəy Bayan-
dur 1423-cü ildə anadan olmuşdur. Trab-
zon imperatoru IV İoanın (1429-1458)
qızı Dəspinə xatunla evlənmişdir. Onun
başqa məzhəbə və dinlərə etiqad edən
əhaliyə qayğısı bu nəhəng və çoxtayfalı
ölkədə sabitləşdirici rol oynamışdır.
Uzun Həsən Osmanlı imperiyası,
Venesiya Respublikası, Böyük Moskva
Knyazlığı, Qızıl Orda, Polşa, Avstriya,
Macarıstan, Çexiya, Almaniya, Papalıq,
Burqundiya, Neopolitan Krallığı, Ro-
dos, Kipr, Qaraman bəyliyi, Misir, Hin-
distan və başqa dövlətlərlə diplomatik
münasibətlər saxlamışdır.
Uzun Həsən Ağqoyunlu tayfaları-
nı birləşdirərək, Dəclə və Fərat çay-
larının yuxarı axarı boyunca paytaxtı
Diyarbəkirdə yerləşən kiçik bir ərazidə
öz hakimiyyətini qurmuş və o vaxtdan
da adı tarixə düşürmüşdür.
O bir neçə Avropa ölkəsi ilə ona odlu
silah yardımı göstərilməsi barədə danı-
şıqlar aparmışdır. Həmin yardım Qara
dəniz və Aralıq dənizi vasitəsilə Uzun
Həsənin müttəfiqi, Ağqoyunlu tayfaları
ilə qədimdən əməkdaşlıq edən və Qa-
raman bəyliyinin Qərb sərhədlərində
yerləşən yunan Trapezund imperiyası
üzərindən keçib gəlməli idi.
Osmanlılar bunun qarşısını almaq
istəmiş və 1453-cü ildə Fateh II Meh-
met tərəfindən Konstantinopol işğal
olunduqdan sonra Trapezund imperi-
yasını məhv etmək qərarına gəlmişlər.
Uzun Həsən buna mane olmaq istəsə
də, Osmanlı qoşunlarının Ağqoyunlu
ərazisinə müdaxiləsi onu sülh xahişi ilə
onlara müraciət etməyə məcbur etmiş-
di. Osmanlıların Yastıçəmən yaylağında
yerləşən düşərgəsinə Uzun Həsənin ana-
sı Sara xatunun başçılığı ilə elçilər yol-
lamışdı.
Sara xatun mahir bir diplomat kimi
öz ölkəsindən çox-çox uzaqlarda da ta-
nınmışdı. O, bu dəfə də öz vəzifəsinin
öhdəsindən gəlmiş - sülh bağlamışdır.
Bu sülhün şərtlərinə görə, Uzun Həsən
osmanlıların Trapezundu işğal etməsinə
mane olmamalı, osmanlılar isə onun
dövlətinin ərazisindən çıxmalı idilər.
Uzun Həsəni neytrallaşdırmaq üçün
II Mehmet Trapezund üzərinə hücuma
keçərkən Sara xatunu və onun başçılıq
etdiyi heyəti də özü ilə götürmüş, 1461-
ci il oktyabr ayının 26-da Trapezundun
mühasirəsi qələbə ilə nəticələnmişdi.
Osmanlı dövləti ilə mübarizə apar-
maq üçün ölkəni iqtisadi cəhətdən
möhkəmləndirmək, ordunu yenidən təşkil
etmək və güclü müttəfiqlər tapmaq lazım
idi. Uzun Həsən ilk növbədə ölkə iqtisa-
diyyatının inkişafına təkan vermək üçün
bir sıra islahatlar aparmış, onun xəzinəsi
dolmuş və Azərbaycanda möhtəşəm bir
mərkəzləşdirilmiş dövlət yaranmışdır.
Ordusunun təkmilləşdirilməsi haqqında
çox düşünən Uzun Həsən bu məqsədlə
Avropadan mütəxəssislər çağırmış və ni-
zami ordu yaratmaq istəmişdir.
Uzun Həsənin sarayında alimlər
məclisi fəaliyyət göstərmiş və zəngin ki-
tabxana yaradılmışdır.
1478-ci il yanvar ayının 5-də Uzun
Həsən vəfat etmiş, onu özünün tikdirdi-
yi Nəsriyyə məscid kompleksində dəfn
etmişlər. Bundan sonra həmin məscid
“Həsən padşahın məscidi” adlandırıl-
mışdır.
Dövlət xadimi
Dostları ilə paylaş: