397
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
140
illiyi
Zivər bəy Əhmədbəyov
1873-1925
2013
Zivər bəy Əhmədbəyov 1873-cü
ildə Şamaxı şəhərində doğulmuşdur.
Orta təhsilini Şamaxıda almış, 1902-
ci ildə Peterburq İnşaat Mühəndisləri
İnstitutunu bitirmişdir.
İlk ali təhsilli, diplomlu - azərbay-
canlı memardır.
1910-cu ildən Bakı şəhərində
yaşamışdır. 1902-1917-ci illərdə
Z.Əhmədbəyov Bakı Quberniya-
sının İdarəsində, sonra isə Bakı
şəhər İdarəsində memar işləmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti elan
olunduqdan sonra, 1922-ci ilə kimi
Bakı şəhərinin Baş memarı olmuşdur.
Şamaxıda Cümə məscidi, İmam
məscidi, Bakıda Təzə Pir məscidi,
Əmircanda Murtuza Muxtarov məscidi
(1908) (məscidi Kərbəlayı Əhməd ti-
kib) və Vladiqafqazda bir sıra yaşayış
və məişət binaları onun layihəsilə ti-
kilmişdir.
Əmircanda layihəsini verdiyi
məscid isə Şərq memarlığının ən yaxşı
incilərindən biri kimi UNESCO-nun
tarixi abidələr siyahısına salınaraq qo-
runur.
Zivər bəy Əhmədbəyov öz layihə-
lərində Qərbi Avropa və Şərq me-
marlıq ənənələrini böyük məharətlə
birləşdirmişdir. Bakıda Oftalmologiya
İnstitutunun binası və onun layihəsilə
tikilən bir sıra yaşayış binaları bu gün
də göz oxşayır.
1917-ci ildə Z.Əhmədbəyov “İs-
lam mədəniyyət abidələrini qoruyan”,
1919-cu ildə isə Şamaxıda mədəniyyət
abidələrinin öyrənilməsi ilə məşğul
olan “Yeni Şirvan” cəmiyyətlərini ya-
ratmışdır.
Zivər bəy Əhmədbəyov 1925-ci
ildə Bakıda vəfat etmişdir.
2011-ci il may ayının 26-da, Ba-
kıda “Nizami” metro stansiyasının
qarşısında Zivər bəy Əhmədbəyovun
heykəlinin və onun adını daşıyan par-
kın açılışı olmuşdur. Prezident İlham
Əliyev mərasimdə iştirak etmişdir.
Parkla üzbəüz bina Zivər bəy
Əhmədbəyovun layihəsi əsasında inşa
edilmişdir.
Dostları ilə paylaş: