398
Musiqi.Opera.Balet
660
illiyi
Əbdülqədir Marağayi
1353-1436
2013
Əbdülqədir ibn Qeybi əl-Hafiz Əl-
Marağayi 1353-cü ildə Azərbaycanın
məşhur elm və mədəniyyət mərkəz-
lərindən sayılan Marağa şəhərində
anadan olmuşdur.
Orta əsrlərin bir çox digər alimləri
kimi Marağayi də hərtərəfli təhsil al-
mışdı. O, Şərq musiqi nəzəriyyəsini
dərindən mənimsəmiş, gözəl xanəndə,
musiqiçi, bəstəkar, rəssam-xəttat və
şair olmuşdur. Marağayi öz şeirlərini
Azərbaycan türkcəsi, fars və ərəb
dillərində yazmışdır. O, özünün yaz-
dığı kimi, şeirlərinin əksər qismini
Azərbaycanda və İraq türkləri arasında
geniş yayılmış Segah, Üşşaq və Nəva
muğamlarına uyğun vəznlərdə qələmə
almışdır.
Onun atası Mövlana Qeybi tanın-
mış musiqiçi idi.
Əbdülqədir dörd yaşında ikən “Qu-
ranı” əzbərləmiş, on yaşında musiqi el-
minin əsaslarını mənimsəmiş, qramma-
tika, ritorika və üslubiyyatı öyrənmiş
və artıq onu da atası ilə birlikdə alim
və şeyxlərin məclislərinə dəvət etməyə
başlamışlar. O, məclislərdə “Quran”
ayələrini avazla oxumuş və mürəkkəb
musiqi əsərləri ifa etmişdir.
Teymurun Azərbaycana gəlişindən
sonra, bir çox incəsənət xadimləri Sə-
mərqəndə aparılmışdır. 1397-ci ildə
Teymurun çıxardığı edam cəzasından
canını qurtaran Marağayi də bunların
siyahısına düşmüşdü. Elə həmin ildə
Teymur özünün fərmanı ilə başıbəlalı
alimi “bütün musiqi bilicilərinin pad-
şahı” adlandırmışdı.
Marağayi Səmərqənddə də yaradı-
cılığından qalmamış, yeni-yeni musi-
qi əsərləri və musiqişünaslıq risalələri
yazmışdır. Onun “Kənz əl-əlhan”
(“Melodiyalar xəzinəsi”) risaləsindəki
melodiyalar Urməvinin hərfi-ədədi
sistemi ilə verilmişdi. Burada hərflər
səslərin yüksəkliyini, rəqəmlər uzun-
luğunu göstərir, ladın və vəznin adı isə
melodiyanın ritm və quruluşunu bildi-
rirdi.
Marağayi öz musiqi risalələrininin
əksər qismini fars dili və Azərbaycan
türkcəsində yazdığı şeirlərlə tamamla-
mışdır.
O, türk xalqlarının musiqisinə,
xüsusilə aşıq musiqisinə böyük diqqət
yetirmişdir. Alim öz əsərlərində doq-
quz əsas türk ladını və bütün Şərq
xalqları üçün ümumi olmaqla türk
musiqisində daha çox işlənən ladları
müəyyənləşdirərək ayırmışdır.
Marağayi ömrünün son illərini He-
ratda keçirmiş, 1436-cı ildə burada
vəfat etmiş və dəfn olunmuşdur.
Dostları ilə paylaş: