399
Teatr.Kino
130
illiyi
Rza Darablı
1883 -1942
2013
Rza Nəcəfəli oğlu Hüseynov (Da-
rablı) 1883-cü ildə Bakıda doğul-
muşdur. Əvvəlcə mədrəsədə, sonra
türk-rus məktəbində təhsil almışdır. Sa-
vadını ölkə xaricində ali məktəbdə da-
vam etdirməyə çalışmış, lakin buna nail
ola bilməmişdir.
Mədəniyyətin müxtəlif sahələrinə
maraq göstərmiş, 1911-ci ildən ara-sıra
“Nicat” mədəni-maarif cəmiyyətinin
truppasında epizodik, sözsüz surətlər
oynamış və üç il sonra isə müntəzəm
şəkildə teatr tamaşalarında iştirak et-
mişdir. Azərbaycanın ilk parodiyaçı akt-
yorlarından sayılır.
Rza Darablı “Nicat”, “Səfa”, “Zül-
füqar bəy və Üzeyir bəy Hacıbəyli qar-
daşlarının müdiriyyəti” truppalarında
dram, faciə, komediya, opera və ope-
retta tamaşalarında maraqlı rollar oyna-
mış, Üzeyir bəy Hacıbəyli “Şah Abbas
və Xurşidbanu” operasındakı Məstavər
obrazının yaxşı ifaçısı olmuşdur.
1919-cü ildən bugünkü Milli Dram
Teatrının truppasında aparıcı aktyorlar-
dan biri kimi çıxışlar etmişdir.
1925-1928-ci illərdə Moskvada
Mərkəzi Teatr Sənəti Texnikumunda
təhsil almış, yenidən doğma kollektivə
qayıtmışdır.
Komediya və dram aktyoru Rza Da-
rablının yaradıcılığını iki dövrə ayırmaq
olar: 1919-cu ilə qədərki dövr və ondan
sonraki illərdəki fəaliyyəti.
Birinci dövrdəki əsas rolları: Vəli,
Hambal (“Arşın mal alan” və “Məşədi
İbad”, Üzeyir bəy Hacıbəyli), Qacar,
Həmzə bəy, İblis (“Ağa Məhəmməd Şah
Qacar”, “Dağılan tifaq” və “Pəri cadu”,
Əbdürrəhim bəy Haqverdiyev), Məşədi
Oruc və Şeyx Nəsrulla (“Ölülər”, Cəlil
Məmmədquluzadə), Şamdan bəy, Şah
Təhmasib (“Dilin bəlası” və “Nadir
şah”, Nəriman Nərimanov), Tofiq bəy,
Mustafa paşa, Haris (“Bakı müharibəsi”,
“Ədirnə fəthi” və “Trablis müharibəsi”,
Cəfər Cabbarlı), İsmayıl bəy və İbra-
him (“Keçmişdə qaçaqlar”, Nəcəf bəy
Vəzirov).
Teatr dövlət statusu alandan sonra
Rza Darablı daha uğurla Ənvər bəy, Be-
lokurov, Yanardağ, İbad (“Yulduz, ya-
xud Trablis müharibəsi”, “Yaşar”, “Od
gəlini” və “Almaz”, Cəfər Cabbarlı),
İbn Yəmin və İblis, Şeyx Sənan, Knyaz
(“İblis”, “Şeyx Sənan” və “Knyaz”, Hü-
seyn Cavid), Qəhtan (“Dəmirçi Gavə”,
Şəmsəddin Sami), Mixail Petroviç
(“Qaçaq Kərəm”, Vano Mçedaşvili),
Əlimərdan (“Eşq və intiqam”, Süleyman
Sani Axundov), Arsini (“Nei qülləsinin
sirri”, Aleksandr Düma), və s. rollarını
ifa etmişdir.
“Darablı” onun səhnə təxəllüsüdür.
Bir müddət tamaşalarda təxəllüsünü
“Darablinski” yazdırmışdır. Əsasən akt-
yorluqla, müəyyən illərdə isə rejissor-
luqla da məşğul olmuşdur.
1933-cü ildə “Azərbaycan Respubl-
kasının Əməkdar artisti” fəxri adı ilə
təltif edilmişdir.
1940-cı il oktyabrın 24-də Pyer
Bomarşenin “Fiqaronun toyu” kome-
diyasında oynadığı Antonio rolu Rza
Darablının teatrda son səhnə obrazı-
dır. Səhnə fəaliyyəti ilə yanaşı, Bakı
Teatr Məktəbində dərs demiş, filmlərə
çəkilmişdir.
Rza Darablı 1942-ci il mart ayının 23
- də Bakıda vəfat etmişdir.
Aktyor
Dostları ilə paylaş: