Teqvim2013. pdf



Yüklə 23,15 Mb.
Pdf görüntüsü
səhifə506/538
tarix25.12.2016
ölçüsü23,15 Mb.
#2868
1   ...   502   503   504   505   506   507   508   509   ...   538
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

sonra  İran hökmdarı Ağa Məhəmməd  Şah Qacar 

Azərbaycanın  şimalına cəza yürüşünə  çıxmış-

dır. O, Şuşanı tutmuş  və Bakı xanı Hüseynqulu-

nu silah altında buraya gətizdirmiş, Cavad xan da 

buraya gəlmişdir. 1797-ci ilin 5 iyun günü şahın 

öz xidmətçiləri tərəfindən qətlə yetirilməsi Ca-

vad xanı mühakimə olunmaqdan xilas etmişdir. 

1799-cu ildə rus qoşunları Gürcüstana girmiş, bir 

ildən sonra isə Gürcüstanın Rusiyaya birləşməsi 

haqqında manifest verilmişdir. 1803-cü ilin 22 

noyabrında ruslar Tiflisdən Gəncə istiqamətində 

hərəkət etmiş, şəhərin yaxınlığında dayanan Sisi-

yanov yenidən Cavad xana məktub yazaraq, şəhəri 

təslim etmək barədə ultimatum vermişdir. Cavad 

xan Gəncəni döyüşərək müdafiə edəcəyini bildir-

mişdir. Azərbaycan tarixçisi Mirzə Adıgözəl bəyin 

də yazdığı kimi, Cavad xan öz qoşununu və yaxın 

adamlarını başına yığaraq, düşmənin üzərinə ye-

rimişdir. Döyüş dahi şairimiz Nizami Gəncəvinin 

məqbərəsi yaxınlığında, Quru qobu adlanan yerdə 

baş vermişdir. Qüvvələr nisbəti bərabər olmadığı 

üçün gəncəlilər ağır itkilər verdikdən sonra geri 

çəkilərək qalanın darvazalarını bağlamışlar. Onları 

təqib edən ruslar da şəhərə girərək, qalanı dörd bir 

tərəfdən mühasirəyə almış, düz bir ay Sisiyanovun 

ultimatumlarına Cavad xan eyni cür cavab ver-

mişdir: “Şəhəri verməyə gəlincə, bu niyyətinizdən 

çəkin, çünki bu olan iş deyil. Sən Gəncəyə yalnız 

mənim meyitimin üzərindən girə bilərsən. Başa 

düşürsənmi? Ancaq mən öləndən sonra, başqa heç 

cür.”


Sisiyanov 1804-cü il yanvar ayının 3-də qa-

laya hücum etmiş, gəncəlilərin qəhrəmancasına 

müqavimət göstər-mələrinə baxmayaraq, ruslar 

qalanın əsas qüllələrini ələ keçirmişlər. 

Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən 

mürəkkəb hadisələr fonunda öz siyasi fəaliyyəti 

ilə digər Azərbaycan xanlarından seçilmişdi. Ya-

xınlaşan təhlükə qarşısında Azərbaycan, Dağıstan 

və Gürcüstan hakimlərinin vahid cəbhədən çıxış 

etmək meyllərindən məharətlə istifadə edən Gəncə 

xanı antirus koalisiya yaratmağa çalışmış, hətta 

buna müəyyən qədər müvəffəq olmuşdur. Gəncə, 

Qarabağ,  Şəki xanları, ləzgi  şamxalları  və gürcü 

şahzadəsi Aleksandr Rusiyaya qarşı birgə mübarizə 

aparacaqlarına and içmişlər. Lakin həlledici anda 

Gəncə xanına heç kim kömək etməmiş və o, güclü 

düşmən qarşısında tək qalmışdır.

Cavad xanın başçılığı ilə gəncəlilər təcavüzkara 

qarşı 1 aydan artıq müddətdə mübarizə aparmışlar. 

Düşmənlərinin belə etiraf etdiyi bir qəhrəmanlıqla 

Cavad xan 1804-cü il yanvar ayının 3-dən 4-nə 

keçən gecə, səhər saat 4-də düşmən gülləsindən 

həlak olmuş, Gəncədə Şah I Abbas tərəfindən tikil-

miş məşhur Cümə məscidində dəfn olunmuşdur.




Yüklə 23,15 Mb.

Dostları ilə paylaş:
1   ...   502   503   504   505   506   507   508   509   ...   538




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin