49
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
85
illiyi
Nazim Hacıbəyov
1928
FEVRAL
Nazim Məmməd oğlu Hacıbəyov 1928-ci il
fevral ayının 8-də Bakıda anadan olmuşdur.
1951-ci ildə Daşkənddə Orta Asiya Politexnik
İnstitutunu (Daşkənd Politexnik İnstitutu) bitir-
mişdir. 1950-1960-cı illərdə Özbəkistan SSR-də
işləmiş, onun layihəsi ilə Daşkənddə “Cağatay”
istirahət evi, Fərqanədə “Fərqanə” mehmanxana-
sı, Kislovodskda “Özbəkistan” sanatoriyası və s.
binalar tikilmişdir.
XX əsrin 60-cı illərinin axırlarından Bakıda
işləmişdir. 1970-1983-cü illərdə Bakı şəhərinin
planlaşdırılması və Mülki-Mənzil Tikintilərinin
Layihə İnstitutunun (“Bakıdövlətlayihə”) di-
rektoru, 1983-cü ildən Azərbaycan Memarlar
İttifaqı İdarə Heyəti sədrinin birinci müavini ol-
muşdur. Əhmədli yaşayış massivinin tikintisi
(müştərək layihə;1970-1972), Bakıda “Gülüstan”
sarayı kompleksi (müştərək layihə;1980) əsas
işlərindəndir.
1979-cu ildə Azərbaycanın Əməkdar memarı
adına layiq görülmüşdür. 1982-ci ildə Dövlət mü-
kafatı laureatı, 2000-ci ildə Azərbaycan memar-
lığının inkişafındakı xidmətlərinə görə “Şöhrət”
ordeni ilə təltif edilmişdir.
2003-cü ildən Azərbaycan Respublikası Prezi-
dentinin fərdi təqaüdçüsüdür.
Dostları ilə paylaş: