47
Milli ədəbiyyat
100
illiyi
Ənvər Məmmədxanlı
1913-1990
FEVRAL
Ənvər Qafar oğlu Məmmədxanlı
1913-cü il fevral ayının 28-də Göy-
çay şəhərində doğulmuşdur. Bura-
da ibtidai məktəbi bitirdikdən sonra
Bakıda N.Nərimanov adına Sənaye
Texnikumunda təhsil almışdır (1926-
1931). 1931-1934-cü illərdə Bakı-
da mexaniki zavodda, energetika və
elektrikləşdirmə idarəsində texnik,
Azərbaycan Neft İnstitutu nəzdində
olan elmi-tədqiqat institutunda texnik-
elektrik işləmişdir. Eyni zamanda
Azərbaycan Neft İnstitutunda iki il
qiyabi təhsil almışdır. 1934-1936-cı
illərdə “Azərnəşr”in bədii şöbəsində
redaktor və tərcüməçi, 1936-1938-ci
illərdə Moskvada Ali Kinematoqrafi-
ya İnstitutunda müdavim, 1941-1942-
ci illərdə “Azərbaycanfilm” kino-
studiyasında ssenari şöbəsinin rəisi
olmuşdur. İkinci Dünya müharibəsi
dövründə cənub-qərb cəbhəsində “Qı-
zıl Ordu” cəbhə qəzetinin Azərbaycan
redaksiyasının xüsusi müxbiri olmuş-
dur. Sonra redaksiya ilə birlikdə Sta-
linqrada göndərilmişdir. 1942-ci ilin
axırlarında bir qrup Azərbaycan ya-
zıçısı ilə Şimali Qafqaz cəbhəsində,
416-cı diviziyada olmuşdur. 1943-
1944-cü illərdə Bakıda Azərbaycan
Radio Verilişləri Komitəsində redak-
tor kimi çalışmışdır. Yenidən Zaqaf-
qaziya cəbhəsinə, oradan İrana hərbi
xidmətə göndərilmişdir. Təbrizdə nəşr
olunan “Vətən yolunda” ordu qəzeti
redaksiyasında xüsusi müxbir kimi ça-
lışmışdır (1944-1946). Ordudan tərxis
ediləndən sonra 1946-1964-cü illərdə
“Azərbaycanfilm” kinostudiyasının
ssenari redaksiya heyətinin baş redak-
toru olmuşdur.
Ədəbi fəaliyyətə 1930-cu illərdən
başlamışdır. Əsərləri keçmiş SSRİ
və xarici ölkə xalqlarının dillərinə
tərcümə olunmuşdur. “Şərqin səhəri”
(1947), “Od içində” (1951) pyesləri
və “Şirvan gözəli” (1957) lirik kome-
diyası tamaşaya qoyulmuşdur. “Şirvan
gözəli” Zaqafqaziya teatr baharında
birinci dərəcəli diploma layiq görül-
müşdür. 1957-ci ildə onun Akademik
Dram Teatrında tamaşaya qoyulan
“Şərqin səhəri” əsəri SSRİ Dövlət mü-
kafatına layiq görülmüş, amma müka-
fat alanların siyahısında müəllifin adı
olmamışdır.
Ə.Məmmədxanlı Avropa və rus
klassik yazıçılarından tərcümələr et-
mişdir. Kuba (1967), Türkiyə (1968),
İspaniyada (1980) Sovet nümayəndə
heyəti tərkibində səfərdə olmuşdur.
Xidmətlərinə görə Azərbaycanın
Əməkdar İncəsənət xadimi (1963),
Azərbaycan Xalq yazıçısı (1987)
iki dəfə “Şərəf nişanı” (1946-1949),
“Qırmızı Əmək bayrağı” (1980-1983)
və “İkinci Dünya müharibəsi” (ikinci
dərəcəli) ordenləri, döyüş medalları
ilə təltif olunmuşdur.
Ənvər Məmmədxanlı 1990-cı il de-
kabr ayının 19-da Bakıda vəfat etmiş,
Fəxri Xiyabanda dəfn edilmişdir.
Dostları ilə paylaş: