53
Teatr.Kino
75
illiyi
Rafiq Əzimov
1938
FEVRAL
Rafiq Əşrəf oğlu Əzimov 1938-ci il
fevral ayının 6-da Bakıda anadan ol-
muşdur. Burada 44 saylı orta məktəbdə
təhsil almışdır.
1958-ci ildə Mirzağa Əliyev adı-
na Azərbaycan Dövlət Teatr İnsti-
tutunun dram bədii kino aktyorluğu
fakültəsinə daxil olmuşdur. İxtisas
təhsilini görkəmli rejissor, Xalq artisti
Məhərrəm Haşımovdan almışdır.
1962-ci il sentyabr ayının 10-da
Akademik Milli Dram Teatrının trup-
pasına qəbul olunmuşdur. O, qırx ildən
çoxdur ki, fasiləsiz olaraq bu teatrın
səhnəsində çalışır.
Aktyor uzun illər Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Mədəniyyət
Evinin nəzdindəki “Damğa” teatrının
rəhbəri olmuşdur. Burada məsxərə,
məzhəkə, səhnə felyetonu, qəzet-
publisistika janrında kiçik həcmli,
satirik tamaşalar hazırlamışdır. Eyni
zamanda Şıxəli Qurbanovun “Sənsiz”,
İlyas Əfəndiyevin “Məhv olmuş
gündəliklər”, Nahid Hacızadənin
“Məhəbbət yaşadır” dramlarına səhnə
quruluşu vermişdir.
Rafiq Əzimov Azərbaycan Dövlət
Televiziyasında “Ömrün kino səhi-
fələri” silsilə verilişlərinin aparıcısı ol-
muşdur. “Lider” televiziyasında Seyid
Əzim Şirvani haqqında “Aləmdə qalan
səs”, “Mirzə Ələkbər Sabir”, “Aşıq
Molla Cümə”, “Səməd Mənsur”, Ab-
basqulu ağa Bakıxanov barədə “So-
nuncu orden” telefilmlərində aparıcı
rollarına çəkilmişdir.
Rafıq Əzimov əsasən epizodik rollar
ifa etsə də, hər təzə teatr mövsümündə
repertuarla daha çox məşğul olan akt-
yorlardan sayılır. Tələbə vaxtı Aka-
demik teatrın tamaşalarının kütləvi
səhnələrində oynayan aktyor kollektivə
üzv olanda əvvəlcə repertuardakı hazır
tamaşalara əlavə ifaçı kimi daxil edil-
miş, 14 iyun 1963-cü ildə ilk müstəqil
rolunu - Kalandarionu (“Dəlilər” ta-
maşasında) oynamışdır.
Teatr aktyoru olan Rafiq Əzimov
eyni zamanda “Azərbaycanfılm” ki-
nostudiyasında “Yeddi oğul istərəm”
(Şahsuvar), “Xatirələr sahili” (Vəli),
“Qızıl qaz” (Gündüz), “Ömrün ilk
günü” (Sadıq), “1001 -ci qastrol”, “Ar-
xadan vurulan zərbə” (müstəntiq Hü-
seynov), “Babək” (Saray şairi), “Ad
günü” (Səlim), “Lenfılm”də “Mənim
əziz atam” (Əli dayı) və s. fılmlərə
çəkilmişdir.
Azərbaycan Dövlət Televiziyasında
hazırlanan Süleyman Saninin “Dibdat
bəy” (Dibdat bəy), İslam Səfərlinin
“Göz həkimi” (İvanov), Üzeyir bəy
Hacıbəylinin felyetonları əsasında
“Ordan-burdan” (İsmayıl) teletamaşa-
larında oynamışdır.
Sənətdə qazandığı nailiyyətlərə
görə Rafiq Əzimov 1982-ci ildə
Azərbaycan Respublikasının Əməkdar
artisti, 2000-ci ildə Xalq artisti fəxri
adlarına layiq görülmüşdür.
Prezident təqaüdçüsüdür.
Dostları ilə paylaş: