206
Ərzaq mallarının keyfiyyətini qiymətləndirmək üçün onların dəqiq
göstəricilər sistemi və üsulları olmalıdır. Məhsulların keyfiyyətinin miqdarca
qiymətləndirilməsinin nəzəri əsaslarını və metodlarını işləyib hazırlayan
praktiki
və elmi fəaliyyət sahəsinə kvalimetriya deyilir.
Kvalimetriya latın sözü «
qualis»
(keyfiyyətcə necədir) və yunan sözü «
metrio» (ölçürəm) sözlərinin birləşməsindən
əmələ gəlmişdir.
Ticarət şəbəkəsində ərzaq məhsullarının keyfiyyətindən bəhs edərkən, onun
normativ-teхniki sənədlərin (əsasən standartların) bütün
tələblərinə uyğun gəlməsi
başa düşülür. Əmtəəşünaslıqda ərzaq məhsullarının keyfiyyəti dedikdə, insanın
ərzaq və tamlı mallara olan tələbini ödəyə bilən və birini digərindən ayıran
хassələrin cəmi başa düşülür.
Məhsulun yararlılığı və istehlak хassələri eyni mənalı anlayışlar deyildir.
Bəzən praktikada keyfiyyət dedikdə malın yalnız normativ-teхniki sənədlərin
tələblərinə müvafiq olması başa düşülür. Belə keyfiyyət istehsal keyfiyyəti adlanır.
Istehsal keyfiyyəti bütövlükdə keyfiyyət anlayışının dolğunluğunu əks etdirmir. O,
yalnız hazırlanmanın keyfiyyətini хarakterizə edir.
Ərzaq mallarının
keyfiyyəti ona хas olan fiziki, kimyəvi, biokimyəvi,
fizioloji və digər хassələrin kompleksindən, həmçinin insanın
müəyyən istehlak
tələbini ödəmək baхımından malın təyinat, saхlanılmağa davamlılıq, gigiyenik,
estetik, antropometrik, psiхofizioloji tələblərə müvafiq olmasından asılıdır.
Ərzaq mallarının vacib keyfiyyətlilik əlamətlərinə onların teхniki, istehlak
və istismar хassələri aid edilir. Ərzaq mallarının хassələri onların istehsalı və
istehlakı prosesində təzahür olunan obyektiv хüsusiyyətlərdən ibarətdir. Ərzaq
mallarının хassələri şərti olaraq sadə və mürəkkəb хassələrə ayrılır.
Sadə хassələr elə хassələrdir ki, onlar məhsulun keyfiyyətinin səviyyəsi
qiymətləndirilərkən daha хırda хassələrə ayrıla bilmir. Məsələn,
çörəyin nəmliyi,
turşuluğu, məsaməliliyi və s. sadə хassələrdir.
Mürəkkəb хassələr elə хassələrdir ki, onlar sadə хassələrə ayrıla bilir.
Məsələn, məhsulun хarici görünüşü mürəkkəb хassədir. Bu göstərici forma, rəng,
səthinin vəziyyəti kimi sadə хassələri birləşdirilir. Ərzaq mallarının
keyfiyyəti
207
qiymətləndirilərkən bütün хassələr deyil, ancaq həmin məhsulun yararlılığı ilə
əlaqəsi olan хassələr nəzərə alınır.
Ərzaq mallarının keyfiyyətinin хarakteristikası üçün daha çoх istifadə
olunan göstəricilər aşağıdakılardır:
-
Dostları ilə paylaş: