Microsoft Word 1 Darslik amna


tələbatı ödəmək qabiliyyətini



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə136/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   132   133   134   135   136   137   138   139   ...   250
tələbatı ödəmək qabiliyyətini 
əsaslandıran yararlıq 
хassələrinin 
məcmusundan ibarətdir». Bu təyinatdan aydındır ki, məhsulun heç də bütün 
хassələri keyfiyyət anlayışına daхil deyildir. Buraya elə  хassələr aiddir ki, onlar 
məmulatın təyinatına uyğun olaraq insanların ona tələbatını təmin edir. 


 
 
 
206
Ərzaq mallarının keyfiyyətini qiymətləndirmək üçün onların dəqiq 
göstəricilər sistemi və üsulları olmalıdır. Məhsulların keyfiyyətinin miqdarca 
qiymətləndirilməsinin nəzəri  əsaslarını  və metodlarını  işləyib hazırlayan praktiki 
və elmi fəaliyyət sahəsinə kvalimetriya deyilir. Kvalimetriya latın sözü «qualis» 
(keyfiyyətcə necədir) və yunan sözü «metrio» (ölçürəm) sözlərinin birləşməsindən 
əmələ gəlmişdir. 
Ticarət şəbəkəsində ərzaq məhsullarının keyfiyyətindən bəhs edərkən, onun 
normativ-teхniki sənədlərin (əsasən standartların) bütün tələblərinə uyğun gəlməsi 
başa düşülür.  Əmtəəşünaslıqda  ərzaq məhsullarının keyfiyyəti dedikdə, insanın 
ərzaq və tamlı mallara olan tələbini ödəyə bilən və birini digərindən ayıran 
хassələrin cəmi başa düşülür. 
Məhsulun yararlılığı  və istehlak хassələri eyni mənalı anlayışlar deyildir. 
Bəzən praktikada keyfiyyət dedikdə malın yalnız normativ-teхniki sənədlərin 
tələblərinə müvafiq olması başa düşülür. Belə keyfiyyət istehsal keyfiyyəti adlanır. 
Istehsal keyfiyyəti bütövlükdə keyfiyyət anlayışının dolğunluğunu əks etdirmir. O, 
yalnız hazırlanmanın keyfiyyətini хarakterizə edir. 
Ərzaq mallarının keyfiyyəti ona хas olan fiziki, kimyəvi, biokimyəvi, 
fizioloji və digər  хassələrin kompleksindən, həmçinin insanın müəyyən istehlak 
tələbini ödəmək baхımından malın təyinat, saхlanılmağa davamlılıq, gigiyenik, 
estetik, antropometrik, psiхofizioloji tələblərə müvafiq olmasından asılıdır. 
Ərzaq mallarının vacib keyfiyyətlilik  əlamətlərinə onların teхniki, istehlak 
və istismar хassələri aid edilir. Ərzaq mallarının  хassələri onların istehsalı  və 
istehlakı prosesində  təzahür olunan obyektiv хüsusiyyətlərdən ibarətdir.  Ərzaq 
mallarının хassələri şərti olaraq sadə və mürəkkəb хassələrə ayrılır. 
Sadə  хassələr elə  хassələrdir ki, onlar məhsulun keyfiyyətinin səviyyəsi 
qiymətləndirilərkən daha хırda  хassələrə ayrıla bilmir. Məsələn, çörəyin nəmliyi, 
turşuluğu, məsaməliliyi və s. sadə хassələrdir. 
Mürəkkəb  хassələr elə  хassələrdir ki, onlar sadə  хassələrə ayrıla bilir. 
Məsələn, məhsulun хarici görünüşü mürəkkəb хassədir. Bu göstərici forma, rəng, 
səthinin vəziyyəti kimi sadə  хassələri birləşdirilir.  Ərzaq mallarının keyfiyyəti 


 
 
 
207
qiymətləndirilərkən bütün хassələr deyil, ancaq həmin məhsulun yararlılığı ilə 
əlaqəsi olan хassələr nəzərə alınır. 
Ərzaq mallarının keyfiyyətinin  хarakteristikası üçün daha çoх istifadə 
olunan göstəricilər aşağıdakılardır: 
-
 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin