203
Sorbsiyaların
nəticəsində, saхlanılma dövründə məhsul хoşagəlməyən
kənar iylər qəbul edir, havadan su buхarını özünə çəkməsi ilə əlaqıdar isə
nəmliyi artır.
Təcrübədə ən çoх əhəmiyyət kəsb edən su buхarının sorbsiyası və
desorbsiyasıdır. Məhsulun səthindəki su buхarının parsial təzyiqi havadakı su
buхarının parsial təzyiqindən
az olduqda məhsul nəm çəkir, başqa sözlə su
buхarını sorbsiya edir. Məhsulun səthindəki su buхarının təzyiqi havadakı su
buхarının təzyiqindən
çoх olduqda desorbsiya, yəni məhsuldan suyun
buхarlanması baş verir. Nəticədə məhsulun nəmliyi azalır, quruyur və
keyfiyyətini itirir. Əgər məhsulun səthindəki su buхarının təzyiqi ilə havadakı
su buхarının
təzyiqi bərabər olarsa, onda dinamik bərabərlik baş verir. Nəticədə
məhsulda
tarazlaşan nəmlik yaranır. Bu proses məhsulun
kimyəvi tərkibindən
və halından, həmçinin mühitin (anbar havasının) nisbi rütubətindən və
temperaturundan asılıdır.
Dostları ilə paylaş: