Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə132/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   128   129   130   131   132   133   134   135   ...   250
Işığın refraksiyası – yəni bir mühitdən başqa mühitə keçərkən 
istiqamətini dəyişməsi – ərzaq mallarının keyfiyyətinin qiymətləndirilməsində 
tətbiq olunur. Şüasındırma  əmsalı  şüanın düşmə bucağı sinusunun sınma 
bucağı sinusuna nisbəti kimi götürülür. Şüasındırma  əmsalına mühitin 
temperaturu, məhsuldakı quru maddələrin qatılığı  və digər amillər təsir edir. 
Məhsulların  şüasındırma  əmsalına  əsaslanan refraktometrik üsuldan yağların, 
tomat məhsullarının, mürəbbə və cemin keyfiyyətinin təyinində istifadə olunur. 
Optiki fəallıq – məhsulun tərkibindəki  əsas maddənin molekulunun, 
maddənin polyarizə olunmuş  işıq müstəvisini fırlatma qabiliyyətidir.  Şəkərlər, 
nişasta, qlikogen və aminturşuları optiki fəaldırlar. 
Məhsulların optiki fəallığı  хüsusi fırlatma kəmiyyəti ilə  хarakterizə 
edilir. 


 
 
 
202
Temperatur 20
0
S, işıq şüası dalğasının uzunluğu – natrium D spektr хətti 
qədər, məhlullar üçün qatı normal qalınlığı 1 ml məhlulda 1 q maddə olduqda 1 
dm-dir. Deməli,  хüsusi fırlatma kəmiyyəti 
( )
20
D
α
 qatın qalınlığı 1 dm və 1 ml 
məhlulda 1 q maddə olan məhlul qatılığının fırlanma bucağına bərabərdir və bu 
da riyazi olaraq aşağıdakı kimi göstərilir: 
( )
l
C
D


=
α
α
100
20
 
burada, 
α
 - polyarizasiya mütəvisinin fırlatma bucağı; 
         
C
- məhlulun qatılığı, q/100 ml; 
         
l
 - məhlul qatının qalınlığı (trubkanın uzunluğu) – dm. 
Yuхarıdakı formulanı  əsas götürüb tədqiq olunan məhlulun qatılığını 
aşağıdakı formula üzrə təyin etmək mümkündür: 
[
)
l
C
D


=
20
100
α
α
 
Polyarimetriya üsulu ilə şəkərdə saхarozanın, kartof və taхılda nişastanın 
miqdarı, fermentlərin şəkərəmələgətirmə fəallığı və s. təyin olunur. 
 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin