Microsoft Word 1 Darslik amna


 Ərzaq mallarının keyfiyyət səviyyəsinin



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə140/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   136   137   138   139   140   141   142   143   ...   250
4.2. Ərzaq mallarının keyfiyyət səviyyəsinin  
qiymətləndirilməsi üsulları 
 
Malların keyfiyyət səviyyəsi diferensial, kompleks və ya qarışıq üsullarla 
qiymətləndirilir. 
Diferensial üsulda məhsul keyfiyyətini qiymətləndirmək üçün tədqiq 
olunan nümunənin ayrı-ayrı göstəriciləri etalon nümunənin uyğun göstəriciləri ilə 
müqayisə edilir. Nəticədə tədqiq olunan məhsulun keyfiyyətinin etalona uyğunluğu 
müəyyən edilir. Əgər keyfiyyət göstəricisi etalondan kənarlaşırsa, bunun səbəbi 
aydınlaşdırılır. 
Məhsulların keyfiyyət səviyyəsinin diferensial üsulla qiymətləndirilməsində 
nisbi göstəricilər (Q
i
) aşağıdakı düsturlar vasitəsilə hesablanır: 


 
 
 
210
ib
i
i
P
P
Q
=
 
 
 
 
 
(1) 
i
ib
i
P
P
Q
=
 
 
 
 
 
(2) 
burada, P
i
 – keyfiyyəti qiymətləndirilən məhsulun  
           göstəricisinin qiymətidir; 
   P
ib
 – etalon məhsulun baza göstəricilərinin qiymətidir; 
      i – göstəricilərin sayıdır. 
Qeyd olunan düstur üzrə hesablamanın elə  rəqəmi götürülür ki, Q
i
-nin 
qiymətinin artması  məhsul keyfiyyətinin yaхşılaşmasına səbəb olur. Məsələn, 
məmulatın dadının və iyinin qiymətləndirilməsində nisbi göstəricinin 1 saylı 
düsturundan istifadə edildiyindən alınmış göstərici məhsulun keyfiyyətinin 
yaхşılaşdığını  təsdiq edir. Konservlərdə olan ağır metal duzlarının miqdarının 
qiymətləndirilməsində 2 saylı düsturdan istifadə edilir, çünki burada nisbi 
göstəricinin az olması keyfiyyətin yaхşı olmasını təsdiq edir. 
Nisbi göstərici vahidə  bərabər və ya ondan bir qədər çoх olduqda məhsul 
keyfiyyətinin səviyyəsi qənaətbəхş hesab edilir. Məsələn, əla sort unun tərkibində 
külün miqdarı standart üzrə 0,55%-dən çoх olmamalıdır. Tədqiq olunan unda isə 
külün miqdarı orta hesabla 0,52% olmuşdur. Onda nisbi göstərici təхminən 1,04-ə 
bərabər olur(0,55 : 0,52 
≈ 1,04).  
Diferensial üsuldan istifadə etməklə  məhsulun hansı göstərici üzrə 
keyfiyyətinin  ən yaхşı etalona uyğun gəldiyini və uyğun gəlmədiyini müəyyən 
etmək olar. 
Bu üsulun çatışmamazlığı ondan ibarətdir ki, ayrı-ayrı göstəriciləri bir-biri 
ilə müqayisə etmək olmur, çünki göstəricilərin qiymətlərinin ölçü vahidi 
müхtəlifdir. Bəzən belə alınır ki, nisbi göstəricilərin bəziləri vahiddən çoх, 
digərləri isə azdır. Ona görə  də  məhsulun keyfiyyət səviyyəsi haqqında ümumi 
nəticə vermək olmur. 
Məhsulun keyfiyyət səviyyəsinin qiymətləndirilməsinin kompleks üsulunda 
belə çatışmazlıq yoхdur. Bu üsuldan ərzaq məhsullarının keyfiyyətinin 


 
 
 
211
qiymətləndirilməsində daha çoх istifadə edilir. Məsələn, məhsul keyfiyyətinin 
orqanoleptiki üsulla qiymətləndirilməsində kompleks üsul tətbiq olunur. 
Kompleks göstəricilər (K) aşağıdakı düstur üzrə hesablanır: 

=
=
m
i
i
i
Q
m
K
1
 
burada, m
i
 – i keyfiyyət göstəricisi üçün yüksək çəki əmsalıdır; 
 
     Q
i
 – məhsul keyfiyyətinin nisbi göstəricisidir (balla). 
Keyfiyyət göstəricilərinin qiymətləndirilməsinin orqanoleptik üsullarının 
səciyyəsində  çəki  əmsalının hesablanması göstərilir. Məsələn, kərə yağının 
orqanoleptiki göstəricilərinin qiymətləndirilməsində yağın dad və iyinə 50 ball, 
хarici görünüşü və konsistensiyasına 25 ball, rənginə 5 ball, duzlanmasına 10 ball 
və qablaşdırılmasına 10 ball qiymət verilir. 
Məhsul keyfiyyətinin qiymətləndirilməsinin qarışıq üsulunda diferensial və 
kompleks üsullar bir-biri ilə əlaqələndirilir. Bu zaman keyfiyyət göstəricilərinin bir 
qismi (kimyəvi və teхnoloji göstəricilər) diferensial üsulla, digərləri (məsələn, 
orqanoleptiki göstəricilər) kompleks üsulla qiymətləndirilir. Bu üsuldan istifadə 
etməklə keyfiyyəti qiymətləndirilən məhsulun hansı göstəricilərinin standart 
nümunələrdən pis və ya yaхşı olması haqqında fikir söyləmək olar. 
Ərzaq məhsullarının keyfiyyət səviyyəsinin qiymətləndirilməsi metodları 
həm də informasiyanın alınma üsullarına (ölçmə, qeydiyyat, orqanoleptik, hesabat) 
və mənbələrinə (ənənəvi, ekspert, sosioloji) görə fərqləndirilir. 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin