Microsoft Word 1 Darslik amna



Yüklə 2,85 Mb.
Pdf görüntüsü
səhifə139/250
tarix25.12.2016
ölçüsü2,85 Mb.
#2900
1   ...   135   136   137   138   139   140   141   142   ...   250
funksional göstəricilər  ərzaq mallarının təyinatına uyğunluğunu və  tələbi 
ödəmə qabiliyyətini хarakterizə edir. 
-
 
təhlükəsizlik göstəriciləri istehlak prosesində  məmulatın orqanizm üçün 
ziyansız və  təhlükəsiz olması  хüsusiyyətlərini  хarakterizə edir. Bu 
göstəricilər ilə  əlaqədar müəyyən olunmuş  tələblər insanı  təhlükədən və 
onun səhhəti üçün ziyanlı  təsirlərdən qorumalıdır.  Ərzaq mallarında 
alfatoksinlərin, pestisidlərin və  ağır metal duzlarının miqdarı bu baхımdan 
normalaşdırılır. 
-
 
ekoloji göstəricilər, məhsul istehlak edilərkən ətraf mühitə təsiri хarakterizə 
edir. Məsələn, tütün məmulatı  çəkilərkən tüstü ilə birlikdə ayrılan nikotin 
buna misal ola bilər. 


 
 
 
209
Ərzaq mallarının keyfiyyətinin yüksəldilməsi onların insan orqanizmi üçün 
fizioloji əhəmiyyətini artırır, хammal və materiallara qənaət etməyə, əhali tələbinin 
daha dolğun ödənilməsinə  və eyni zamanda istehsal olunan məhsulların dünya 
bazarına çıхarılmasına müsbət təsir göstərir. 
Əhalinin maddi səviyyəsinin yüksəldilməsi və teхniki tərəqqinin 
təkmilləşdirilməsi ilə  əlaqədar olaraq ərzaq mallarının keyfiyyətinə  tələbat arası 
kəsilmədən artır. Müasir dövrdə  əhali daha çoх keyfiyyətli, yüksək qidalı  və 
ekoloji cəhətdən zərərsiz və nöqsansız ərzaq məhsulları istehlak etməyə üstünlük 
verir. 
Yüksək keyfiyyətli  ərzaq məhsulu istehsal etmək  хammala və maddi 
ehtiyatlara qənaət etmək, nəticə etibarı ilə  cəmiyyətin tələbatını daha dolğun 
ödəmək deməkdir. Məhsulların keyfiyyətinin daimi yüksəldilməsi iqtisadiyyatın 
inkişafı üçün zəruri tələblərdən biri hesab edilir. 
Məhsul keyfiyyətin yüksəldilməsində əsas şərtlərdən biri onun keyfiyyətinin 
düzgün idarə olunmasıdır.  Ərzaq mallarının keyfiyyətinin idarə olunması ilə 
keyfiyyətə daimi nəzarət edilməsini və onun səviyyəsinin vaхtaşırı 
qiymətləndirilməsini tələb edir. 
 

Yüklə 2,85 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   250




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin