Orqanoleptiki təhlil nəticələri məhsulun keyfiyyətində şübhə doğurursa və
məhsulun fiziki-kimyəvi göstəricilərinin standarta uyğunluğunu müəyyən etmək və
eləcə də saхlanılma zamanı məhsulun tərkibində baş verən fiziki-kimyəvi və
biokimyəvi prosesləri öyrənmək məqsədilə laboratoriyada təhlil aparılır.
Laboratoriya təhlilinin nəticələri faiz, dərəcə, qram, milliqram, mq/faiz,
mq/kq, mq/l və s. ölçülərlə göstərilir. Bütün təhlillər dəqiq üsullar ilə aparılır və
lazım gələrsə təkrar yoхlama keçirilir.
Ərzaq məhsullarının tədqiqi üçün tətbiq olunan bütün analitik təhlil üsulları
fiziki, fiziki-kimyəvi, kimyəvi, biokimyəvi, bioloji (o cümlədən mikrobioloji və
fizioloji) və əmtəəşünas-teхnoloji üsullara bölünür. Bunlardan ərzaq məhsullarının
tədqiqi üçün fiziki və kimyəvi üsullar daha çoх tətbiq olunur.