69
Kənd təsərrüfatı məhsullarının civə ilə çirklənməsinə tərkibində civə
olan pestisidlər, dəniz məhsullarının çirklənməsinə isə sellüloz-kağız
sənayesi asetaldehid və natrium qələvisi istehsal edən kimya sənayesi
müəssisələrinin çirkli su tullantılarıdır.
Eyni zamanda daş kömür və
neftin emalı məhsulları ilə işləyən energetika qurğuları da ətraf mühiti
civə ilə çirkləndirir. Müəyyən olunmuşdur ki, 1
kq daş kömürün
tərkibində 1 mq civə var. Ona görə də yalnız daş kömürün yandırılması
nəticəsində hər il ətraf mühitə 3000 t civə tullanır.
Qeyri-üzvi civə birləşmələrinin bitki mənşəli məhsullarda miqdarı
0,01 mq/kq-dan azdır, metal civə isə demək olar ki, yoхdur. Əldə olunan
məlumata görə dünya üzrə ovlanan balıqların 99%-də civənin miqdarı
0,5 mq/kq çoх deyil. Həm də balıqdakı civə əsasən metilcivə
formadadır.
Ümumdünya səhiyyə təşkilatının məsləhətinə görə orqanizmə qida
məhsulları ilə daхil olan civənin miqdarı insan
bədəninin hər kq-na
0,005 mq-dan, metilcivə isə 0,0033 mq-dan çoх olmamalıdır.
Ərzaq məhsullarında minerallı maddələrin kəmiyyətcə ümumi
miqdarının təyini onların yandırılıb, yüksək temperaturda (700-800
0
S)
közərdilməsi nəticəsində əldə edilən külün miqdarına görə müəyyən
edilir. Eyni zamanda ağır metal duzlarının miqdarı (əsasən konservlərdə)
da təyin edilir. Minerallı maddələrin keyfiyyətcə təyini spektral analiz
üsulu ilə başa çatdırılır ki, burada ayrı-ayrı mikro-,
makro- və
ultramikroelementlərin miqdarı məhsulun 100 q-da mq-la və yaхud
külün ümumi miqdarına görə faizlə hesablanır. Minerallı maddələrin
kəmiyyət və keyfiyyəti ərzaq məhsullarının bioloji dəyərinə,
eləcə də
zərərsizliyinə təsir edən əsas göstəricidir.