Aprelin
21-də
Azərbaycan
Tibb
Universitetinin
rektoru, akademik
Əhliman
Əmiraslanov ali
məktəbin rəhbər
heyəti ilə görüş
keçirib. Görüşün
məqsədi yaxın
günlərdə başlanacaq yay imtahan
sessiyasından öncəki vəziyyətlə
bağlı məlumat almaq, imtahanlara
hazırlıq vəziyyətini müzakirə
etməkdən ibarət olub. Qeyd edək
ki, son illər Azərbaycan Tibb
Universitetində bütün imtahanlar
insan faktoru olmadan - test
üsulu ilə, kompyüterlər vasitəsilə
aparılır.
Artıq ənənə halını alan görüşdə aka-
demik Ə.Əmiraslanov qeyd edib ki, bu
semestr, Azərbaycanda keçiriləcək tarixi
tədbir - “Bakı 2015” Avropa Oyunları-
na görə bir qədər qısaldılıb. Buna görə
də Tibb Universitetində may ayının
sonuna kimi imtahanlar başa çatdırıl-
malıdır. Ə.Əmiraslanov “Bakı 2015”
Avropa Oyunlarının ölkəmiz üçün siyasi
və ictimai əhəmiyyətindən danışaraq
bildirib ki, bu idman yarışı bütün qitənin
tarixində qalacaq bir hadisə olacaq.
Rektor ATU tələbələrinin böyük qisminin
Avropa Oyunlarında könüllü kimi iştirak
edəcəyini də vurğulayıb və onlara uğurlar
arzulayıb.
Daha sonra imtahanların keçırıldiyi
Virtual Test Mərkəzinin direktoru, dosent
Şahin Bayramov çıxış edərək imtahanlara
texniki hazırlıqların uğurla başa çatdı-
ğını bildirib. Qeyd olunub ki, hazırda
ATU-nun əczaçılıq fakültəsinin IV kurs
tələbələrinin dövlət imtahanlarına start
verilib.
Görüşdə iştirak edən fakültə
dekanları isə tələbələrin imtaha-
na hazırlıq səviyyəsinin yoxla-
nılması, dövlət attestasiyası və
semestr imtahanlarına hazırlığın
vəziyyəti haqqında məlumat
verdilər.
Tibb Universitetinin tədris-
hissə müdiri, dosent Nəsimi
Qasımov Nazirlik tərəfindən
fakültələr üzrə təyin edilən at-
testasiya komissiyaları haqqında
məlumatı görüş iştirakçılarının
diqqətinə çatdırdı.
ATU-nun Həmkarlar İttifaqı
Komitəsinin sədri, dosent Cahangir
Qasımov isə bu il Universitetdə “Məzun
günü”nün may ayının 27-i saat 17:00-da
keçiriləcəyini bildirdi.
Görüşdə qeyd olundu ki, Universitetdə
imtahanların gedişi zamanı yarana
biləcək anlaşılmazlıqları operativ həll
etmək məqsədilə appelyasiya komissiya-
ları və qaynar xətt təşkil edilmişdir.
Dostları ilə paylaş: |