REAL Qarabağ probleminin sülh yolu ilə həll olunması-
na tərəfdardır. Qarabağa Azərbaycan konstitusiyası çərçivəsində
özünüidarə imkanları tanınacaq və erməni əsilli vətəndaşlarımızın
təhlükəsizliyinə və haqlarına tam təminat veriləcək. Bununla ya-
naşı, REAL hesab edir ki, Qarabağ ərazisində hər hansı xari-
ci ölkənin sülhməramlı qüvvələrinin yerləşdirilməsi və Qaraba-
ğın Azərbaycandan ayrılması ilə bağlı hər hansı referendumun
keçirilməsi danışıqların predmeti ola bilməz. Azərbaycan yalnız
Avropa Birliyinin sanksiyalaşdırdığı və bu qurumun öz üzvlərinin
formalaşdırdığı yüngül silahlanmış polis funksiyasını yerinə yetirən
sülhməramlı qüvvələrin Qarabağ ərazisində yerləşdirilməsinə razı
ola bilər. Bu halda da ölkəmiz “sülhməramlı” qüvvələrin bölücülü-
yün təhlükəsizlik çətirinə çevrilməsinə imkan verməyəcək.
Sülh sazişi imzalandıqdan sonra ağır silahlar ərazidən çıxarılacaq,
məcburi köçkünlər daimi qeydiyyat yerlərinə köçürüləcək. Bununla
yanaşı, Qarabağ ərazisində azad iqtisadi zona yaradılacaq, müharibə
nəticəsində dağıdılan infrastrukturu tez bir zamanda bərpasına dövlət
büdcəsindən yetərli maliyyə vəsaiti ayrılacaq, yerli əhaliyə geniş im-
tiyazlar tanınacaq.
Sülh danışıqlarının tərəfdarı olmaqla yanaşı REAL hesab edir ki,
bu danışıqların həm formatı, həm məzmunu dəyişməlidir. ATƏT-in
Minsk qrupu çərçivəsində həyata keçirilən danışıqlar tematik olaraq
bir-birindən ayrılmalı və hər mövzuya görə siyasi cavabdehliyi olan
RESPUBLİKAÇI ALTERNATİV PARTİYASININ PROQRAM LAYİHƏSİ
32
şəxslər təyin edilməlidir. Beləliklə, REAL iqtidarı danışıqların dörd
paralel xətlə aparılmasına çalışacaq.
Dostları ilə paylaş: |