Rəqabət Məcəlləsi qəbul ediləcək və haqsız rəqabətin bütün
formaları aradan qaldırılacaq. Cəmiyyətdə rəqabət mədəniyyətinin
(yəni “hər bir uğur ədalətli rəqabət və yarışma şəraitində əldə olu-
nur” düşüncəsinin) formalaşması və inkişafına diqqət artırılacaq.
Antiinhisar siyasəti müasir Avropa standartlarına uyğun qurulacaq.
Lisenziyalaşdırılan iqtisadi fəaliyyətlərin sayı məhdudlaşdırılacaq,
lizenziyaların əldə edilməsi vahid pəncərə (o cümlədən elektron)
mexanizmi ilə həyata keçiriləcək.
Dostları ilə paylaş: |