Hacı Nərimanoğlu


Amerikalıların gördükləri və yazdıqları



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə17/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   13   14   15   16   17   18   19   20   ...   70
Amerikalıların gördükləri və yazdıqları 

 

Amerika Birləşmiş Ştatları Loisville Universitetinin müəllimi, tarixçi yazar Prof. 



Dr. Justin Mccarthy: "Erməni soyqırımı” deyilən bir şeyin olması mümkün deyil. O 

dövrdə yaşayan 1,5 milyon erməni yox idi. Bu rəqəmin cəmi erməni  əhalisindən 

daha çoxdur. Bu tamamilə səhv. Bu “soyqırım”ın həqiqət olması vəziyyətində hər 

bir erməninin iki dəfə ölmüş olması lazımdır. 1912 - 1921 illər arasında 3 milyon 

müsəlman və 100 min erməni ölüb. Aclıqdan, susuzluqdan və ya xəstəlikdən 

ölənlər də oldu.  Bütün ölənlərin türklər tərəfindən öldürüldüyü deyilir, amma bu 

xəstəlik ayrı-seçkilik etmədən hər kəsi öldürdü….Tarixçilərin araşdırmalarını 

sərbəst  şəkildə etmələri, mübahisələrin, tapıntıların müqayisə edilməsi lazımdır. 

Ancaq bu şəkildə tarixi məlumatın doğruluğuna əmin ola bilərik." 

 



1898-ci ildə Doğu Anadolunu gəzən Amerikalı  qəzetçi George H. Hepwort, 

ermənilərin bu sözlərini eşidib qələmə almışdı: "Ah!... Biz öncələrdə çox xoşbəxt 

bir xalq idik. Vergilərimizi ödər, işimizlə, gücümüzlə ilgilənir, huzur və rifah 

içərisində yaşardıq... Fəqət Berlin Anldlaşması, İngiltərənin işi qarışdırması bizi pis 

günlərə qoydu, əgər Avropa bizi öz halımıza buraxsaydı, yaxşı bir gələcəyə sahib 

ola bilirdik. Fəqət  xalq olaraq pis günə düşdüyümüz görünür, zavallı ermənilər... 

Avropalılar bizi türklərə  qarşı pis rəftara  təhrik  etdilər!... Yazıqlar olsun, 

məmləkətimiz xarab oldu." 

 

25 sentyabr 1919-cu ildə  Ərzuruma Amerikadan general Harbord başqanlığında 



bir incələmə heyəti gəlmişdi. Bu ABŞ heyət Yanıkdərədə Karskapısında, Ezirmikli 

Osman Ağa və Mürsəl Paşa Konaklarında türklərə yönəlik qətliamlara  şahid 

olduqlarında yazmışdılar: “Hz. İsanın qulları necə belə bir qətliam törədə 

bildilər!!!" General Harbord  Ərzurum və çevrəsində gördüyü vəhşət qarşısında 

dəhşətə düşmüş  və o qədər  üzülmüşdür ki, İrəvanda daşnak qatillərinin ona 

uzatdıqları əllərini boş buraxma cəsarətini göstərmişdir.”. 

 

Amerikalı general Harbordun Ərzurumdakı dialoqu həmin günlərdə çox sayda 



şahidlərin də gündəliklərinə düşmüşdü. O, türklərdən soruşur:- "Daha öncədən 

Ərzurumda erməni çoxluğu varmıdı?" Bu soruyu alan Ərzurum Bələdiyyə Başqanı 

Zakir Gürbüz bəy Amerikalı generalı pəncərə önünə çağıraraq açıq görünən Gez və 

Kavak məzarlıqlarını göstərib deyir: "Bunlar gördüyünüz kimi müsəlman-türk 

məzarlarıdır. Şəhərin ötəki yerlərində də bunların on qatı türk məzarlığı daha vardır. 

İndi yaxşı baxın, çevrəsi divarlarla  hörülü o kiçik məzarlığı da görürsüzmü? Bax o 

da ermənilərin məzarlığıdır. Özünüz deyin, ermənilərmi, ya türklərmi çoxluqda? 

Ermənilər ölülərini yemədilər ki! Əzurumun ölüsü də Türk, dirisi də Türk!" deyə 

tarixi cavab vermişdir.” 

 



Amerikalı  məşhur tarixçi və Osmanlı mütəxəssisi professor Justin McCarthy 

Londonda (Scholl of Oriental and African Studies) verdiyi konfransda “erməni 

soyqırımı” ilə  əlaqədar bu sözləri demişdir: "Birinci Dünya müharibəsi baş 

verdiyində 12 sentyabr 1914-cü ildə Wellington Houseda gizli bir təbliğat vahidi 

quruldu. Bu bölmənin məqsədi,  İngiltərənin düşmənlərini qaralamaq və Amerika 

nəzdində,İngilis görüşünə dəstək təmin edə bilmək, və İngiltərədə döyüş əsnasında 

əhvalları yüksək tutmaq idi. 

Wellington Housedaki təşkilatın başında Charles Msterman adlı bir liberal millət 

vəkili və türk düşməni Lloyd Corc vardı. Bu büroda çalışanlar arasında İngiltərənin 

ABŞ-dakı səfiri işləyən və ABŞ-da çox sayda tərəfdarı olan  Viscount Bryce adlı 

bir intellektual da vardı.Onun köməkçilərinin biri də Arnold Toynbee adında gənc 

bir tarixçi idi.Döyüş sonunda Wellington Housenin iş qeydləri məhv edildi və hətta 




20 

 

belə bir quruluşun var olduğu belə 1935-ci ilədək gizli qaldı. Ancaq həmin 



qaynaqlarla əlaqədar bir dəftərin məhv edilməsi unuduldu. Bu günümüzə gəlib çata 

bilməsi sayəsində biz bu həqiqətləri öyrənə bildik.Ayrıca burada emal edilən yalana 

söykənən çoxlu nəşrlərin  olduğu və o zamanın texnologiyası ilə inanılmaz bir səylə 

ABŞ-a göndərilən 7 milyon ədəd sənədin varlığını ortaya çıxardıq."  

 

ABŞ-ın Prinston Universitetindən məşhur tarixçi Bernard Levis və Norman 



İtzkovits, Kaliforniya Universitetindən Stenford Şav, Lusvill Universitetindən 

Justin Makkarti, Massaçusets Universitetindən Günter Levi və Brayan Uilyams, 

Boston Universitetindən David Fromkin, Brandis Universitetindən Aviqdor Levi, 

Tennessi Texniki Universitetindən Maykl Günter, Corc Vaşinqton Universitetindən 

Roderik Davidson, “Hunter” Kollecindən Pyer Oberlinq, Xarici Siyasət 

Araşdırmaları İnstitutundan Maykl Radu və hərbi tarixçi Edvard Erikson kimi elm 

adamları, bir sıra nüfuzlu alimləri də apardıqları araşdırmalardan sonar 1915-ci ildə 

baş vermiş faciəvi hadisələr üçün “soyqırım” ifadəsinin istifadəsinin doğru 

olmadığını bəyan ediblər. 

 



ABŞ-ın  İstanbuldakı  səfiri Morgentaunun  general Harborda yazdığı 

məktubundan: “750 min erməni faktiki olaraq Zaqafqaziyada yerləşdirilmişdir.”  

 

Konyadakı Amerika yardımı direktoru Meri Küşmən: “1915-ci ildə yarım milyon 



erməni köçkün sağ-salamat bu şəhərdən keçib getdilər.” 

 



Amerika konsulu Cessi B.Cəkson  Kilikiya katalikosu II Sakal-Xakayanın və 

arxiyepiskop Muşeq Serokyan və digər yerli erməni icması üzvlərinin ifadələrinə 

əsaslanaraq yazırdı: “Cənuba köçürülmüş bir milyon erməninin təxminən 100 mini 

Suriya və Mesopotomiyanın ərazisində yaşayır”. 

 

Doktor Henri Riqqz: “Türkiyənin Xarput vilayətində yaşayan 175 min erməninin 



25 mini yerlərindən tərpənməmişlər, hazırda da burda yaşamağa davam edirlər.”  

 




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin