Ərəb tacirin gördükləri, yazdıqları
Ərəb taciri və səyyahı Ləl Üzeyir 1918-ci il aprelin 2-də Şamaxıda gördüyü
dəhşətləri “Ənzəli Qovluğu” adlı məktubunda belə təsvir edir: “..Burda insanları
dilsiz-ağızsız və köməksiz gördüm. Şamaxı tənhalıqda yanırdı. Ermənilər az güllə
atırdılar. Onları qorxudaraq və hay-küylə adamları bir yerə yığır...və sonra onlardan
ocaq qalayırdılar. Mən ilk dəfə idi ki, insanların, uşaq və qocaların, hamilə
qadınların diri-diri yandıqlarını görürdüm.”
Malakan İvan Vasilyeviç Kalmıkov:
“Şamaxı qəzasının Astraxanka kəndində yaşayıram. “Şamaxı qəzasındakı hadisələr
haqqında mənim yanıma məsləhət üçün gələn molokanların söhbətlərindən də
bilirəm. Bu qəzada molokanların məskunlaşdığı Mərəzə kəndi, ona bitişik isə
müsəlman Mərəzəli kəndi var. Tatevos Əmirov və Stepan Lalayev erməni dəstələri
ilə Mərəzəyə gəlmiş və pulemyotlardan güllələyəcəkləri ilə hədələyərək,
molokanları onlara qoşulmağa və Mərəzəli kəndinə getməyə məcbur etmişlər.
Mərəzəli kənd sakinlərinin göndərdiyi müsəlman nümayəndələr güllələnmiş, kəndin
özündə isə məscid və bir çox ev yandırılmışdır.”
Dostları ilə paylaş: |