Hacı Nərimanoğlu


Farsların görüb yazdıqları



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə28/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   24   25   26   27   28   29   30   31   ...   70
 

Farsların görüb yazdıqları 

Fars şovinizminin dahi təbliğatçısı kimi tanınan Seyid Əhməd Kəsrəvi “On səkkiz 

illik Azərbaycan tarixi” əsərində yazır: “Van gölü ətrafında assurlar Türkiyə 

kürdlərinə  məğlub olub Cənubi Azərbaycan  ərazisinə  sığınırdılar. Yerli camaatın 

“cilo” adlandırdığı 25 min assuriyalı rusların xristian təəssübkeşliyi ilə Azərbaycan 

ərazisində yerləşdirilir. Onlar bir çox hallarda yerli əhalinin mal-mülkünü zorla 

əlindən alır, müqavimət göstərənləri isə qətlə yetirirlər. Bu işdə ermənilər daha fəal 

mövqe tuturlar, köməksiz və silahsız mülki əhali - azərbaycanlıları qətlə yetirirlər. 

12 min silo (assuriyalı) ailəsi başçıları Marşimonla (ciloların patriarxı) Osmanlı 

ərazilərindən gəldilər. 20 min erməni və assur ailəsi isə “Urmi, Salmas, Sulduz” 

ətrafından onlara qoşuldu. Üstəlik, 5-6 min erməni  İrəvan, Van və Naxçıvandan 

gəlib bunlarla birləşdilər. Bunların 20 mini yaxşı döyüşən döyüşçü idi. 800 rus 

əsgəri isə Rusiyaya getməyib qaldı. 72 fransız sərkərdəsi ilə xristianlara yol 

göstərirdilər. Erməni və assurlardan təşkil olunmuş xristian qoşununun 25 ədəd 

topu da var idi...Müharibə  səhər tezdən başladı. Ermənilər Dialə  və Cühud 

dağlarından  şəhəri top atəşinə tutdular. Əhali xristianların da topunun olduğunu 

görüb qorxuya düşdü. Hər tərəfdən şəhərə  yürüş  etdilər. Əsgərxan, Mehdəlqədər, 

Yurddaş və Seyid Hüseyn bağı küçəsi yürüşə məruz qaldı. Evlər talanıb yandırıldı. 

Həmin gün axşam Qaradağlı silahlıları heç bir iş görmədən Urmiya, Salmas yolu ilə 

qaçdılar.” 

Motemed-Əlvözəra yazır: “Səhərə kimi atışma kəsilmədi. Səhər hökumət 



mərkəzinə  gəldim. Raportlardan məlum oldu ki, gecə  dəhşətli faciələr baş verib. 

Çilolar ermənilər hücum edib təxminən 500 evi odlayıblar, azərbaycanlı  əhalini 

qətlə yetiriblər. Qırğın səhəri gün də davam etdi. Həmin gün qırğında 10 minə 

yaxın günahsız Azərbaycanlı qadın və  uşaq qətlə yetirildi. Səhər tezdən başlandı 




36 

 

qətl-qarət, nahardan sonra Mister Şedin dayanmaq əmrinə məhəl qoymadan davam 



etdirildi. Xristianlar istədikləri azərbaycanlıları öldürürdülər. 

Həmin günlərin qanlı xronikasını  əks etdirən salnaməçi  Əli Dehqaninin “Zərdüşt 



yurdu Urmiya” əsərində axır çərşənbə günü azərbaycanlıların başına gətirələn 

müsibətlər haqqında yazı: “Amerikanın Urmiyadakı konsulu Mister Şedin hiyləsi 

ilə  tərkisilah olunmuş azərbaycanlılarla müzakirədən sonra urmiyalılar 

aldandıqlarını başa düşdülər... Bu günü Günəş ili 1226-cı il, İsfənd ayının 26-sı - 

axır çərşənbə (17 mart, 1918) Urmiya şəhərində erməni daşnaqları və Çiloların 10 

min nəfərə yaxın azərbaycanlı qırğınının şahidiyəm”. 

İranlı fars tacir  Əli Qayımpur:Tehran Milli Arxivində qorunub saxlanılan “Ənzəli 



qovluğu”nun 209–cu səhifəsində 1918–ci ilin aprelin sonunda Şamaxıda gördükləri 

barədə yazırdı: “Şamaxı şəhərinin ətrafında və şəhər mərkəzində insanlar durduqları 

yerdəcə keçinirdilər… Ermənilər hər səhər evlərdən yığılan meyitləri 

yandırırdılar… Bir yandan ermənilər qırırdı, bir yandan da xəstəlik…”  

 


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin