Yunanlar ermənilərin törətdikləri vəhşiliklərdən dəhşətə gəlmişlər
“Türk ordusu qarşısında geri çəkilən silahlı ermənilər ətrafdakı müsəlman
kəndlərini yer üzündən silərək hər bir şeyi atəş və qılıncdan keçirir,
təsəvvürəgəlməz bir dəhşət və fəlakət törədirdilər. “Qalib” erməni ordusu
qənimətləri, yəni süngü ucuna taxılmış uşaqlarla keçdikləri yolların ətrafına çılpaq
soyundurulmuş müsəlman qadınlarını düzürdülər. Bu cəhənnəm əzabında ağlını
itirmiş qadın və uşaqların ürəkparçalayan iniltilərini, qocaların ümidsiz nalələrini
dinləmək üçün adamın qəlbi olmalıdır. Səksən iki kənddən ibarət bir sancaq bu
təsvir edilən fəlakətə düçar olmuşdur. İndi bütün Qars vilayəti nəhəng bir
qəbristanlığı xatırladır ki, onun hər bir daşı həmişəlik insan simasını itirmiş erməni
quldurlarının vəhşilikləri, əxlaqsızlıqları və həyasızlıqları barədə şahidlik edə
bilər.Rus qoşunları arasında olan erməni dəstələri bu vilayətdə 5.000 kürd kişiləri,
qadınları və uşaqları qırdılar; süngü ilə onları sürü kimi yüksək Rovanduz
qayalarının zirvəsinə qovub oradan uçuruma itələdilər. Qarşısında köməksiz qurban
dayandığı zaman ermənilərin şirə bəzi oxşarlıqları olur”. (İngilis mayoru Masonun
yazdıqlarından. ADTA -fond s. 1, iş 1, v. 28-29).
Dostları ilə paylaş: |