Hacı Nərimanoğlu



Yüklə 0,91 Mb.
Pdf görüntüsü
səhifə33/70
tarix31.12.2021
ölçüsü0,91 Mb.
#29007
1   ...   29   30   31   32   33   34   35   36   ...   70
 Erməni alimi Zaven Korkodyan: “1883-cü ildə Ermənistanın hazırkı paytaxtı 

İrəvan  şəhərinin 18.766 nəfər  əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 

nəfərindən 23.626 nəfəri, yəni 85,2 % azərbaycanlı olmuşdur”. 

 



Livanda yaşayan yazıçı-jurnalist David Xerdiyan Xocalıda ermənilərin 

Azərbaycan türklərinin başına gətirdikləri müsibətləri "Xaç uğrunda" kitabında 

fəxrlə xatırlayır. "Xaç uğrunda" kitabının 19-76-cı  səhifələrində    müəllif yazır: 

"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün 

ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu 

görən polkovnik-leytnant Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-

11 yaşlı qız meyidinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və 

şalvarım qan içində idi. Və mən beləcə 1200 meyidin üstündən keçdim. Martın 2-də 

"Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq 



44 

 

monqolun (türklərin) cəsədini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 km-liyində 



yandırdı. Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 

10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs 

alır. Soyuq, aclıq və  ağır yaralanmasına baxmayaraq, o hələ  də sağ idi. Ölümlə 

mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra 

Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut 

tökülmüş  cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan 

ağlamaq və imdad səsləri gəlirdi". 

 



Erməni yazıcısı Boryan: "Daşnak komitəsi Rusiyanın imperialist əməllərinə 

xidmət etmək üçün yaradılmışdır.” 

 

 Şamaxının poçt–teleqrafına rəhbərlik edən erməni Ambarsumovun “Milli Erməni 



Bürosu”nun liderlərindən olan Doktor Zarviqarova məktubundan: “Şamaxıda əhali 

artıq boşalır. Bir yandan birdən–birə yayılan xəstəliklər, o biri yandan da 

dəstəmiz… müsəlmanların axırına çıxdı. Generalımız Stepan Lalayan yüzdən artıq 

sağlam hesab etdiyimiz uşağı İrana göndərdi. Erməni ailələrini isə Göyçay–Şamaxı 

sərhəddində topladıq ki, xəstəliyə tutulmasınlar. Onlara əlavə  dərmanlar 

paylanıldı…” 

 

 Erməni tarixçisi B.İşxanyan 1916-cı ildə Petroqradda çap etdirdiyi "Qafqaz 



xalqları" kitabında yazırdı: "Antik dövrdə ermənilərin  əsl vətəni olan "böyük 

Ermənistan" Kiçik Asiyadan, yeni Rusiyadan kənarda yerləşirdi. Tarixçilərin 

araşdırmalarına görə  Fərad çayının yuxarı qolu olan Qaraçay sahilində yaşayan 

ermənilər artıb çoxalandan sonra torpaq iştahasına düşüblər. Onlar Ağbaba, Çuxur 

Sədd,  Şərur mahallarına sonradan gəliblər. Van gölündən başlayaraq Urmiya, 

Göyçə gölünə  qədər məsafəni işğal ediblər". B.İşxanyan: “Tarixi qədimlik 

təsəvvürünə görə, ermənilərin Böyük Ermənistan hesab edilən həqiqi vətəni Rusiya 

hüdudlarından kənarda, daha doğrusu Kiçik Asiyada yerləşir. Dağlıq Qarabağda 

yaşayan ermənilərə  gəlincə, onların bir hissəsi aborigen olub, xristian dinini 

qoruyub saxlayan qədim albanların nəslindəndir. Bir hissəsi təqib və hücumlardan 

qurtarmaq üçün Azərbaycan torpaqlarında sığınacaq tapan İran və Türkiyə 

qaçqınlarıdır”. 

 

Erməni alimi Zaven Korkodyan:“1883-cü ildə  İrəvan  şəhərinin 18.766 nəfər 



əhalisinin 15.992 nəfəri, 1866-cı ildə isə 27.246 nəfərindən 23.626 nəfəri, yəni 85,2 

% azərbaycanlı olmuşdur”. 

 

Erməni tarixçisi Qaraqaşyan: “Erməni xalqının  əsli nədir, necə  və  nə vaxt, 



haradan və hansı yollarla bu yerlərə gəlmişlər, erməni olmamışdan əvvəl və sonra 

hansı tayfalarla əlaqədar olmuşlar, onların dilinə  və etnik tərkibinə kimlər, necə 

təsir göstərib?… Bizim əlimizdə bu məsələləri təsdiq edən mötəbər və dəqiq dəlillər 

yoxdur”. 

 

Akademik Ulubabyan: “Erməni üçün ailə qurmaq vətən qurmaqdı, harada olursa 



erməni kimi yaşamaq lazımdır, erməni kimi yaşamaq o deməkdir ki, erməni 

dövlətində yaşamaq deməkdir, hər nəyin varsa, bu işə qurban verməlisən. Erməni 

harada yaşayırsa, orada izi qalmalıdır, bir tək əlifbanın olması millət üçün dövlətin 

olmasından dəyərlidir. Erməni  əlifbasıyla erməni adını yaz, ermənilik sənin 

proqramındı, proqramını da özünlə götür, yerə qoyma, o, sənin silahındır. Türk kimi 

yaşamaq məcburiyyətində qalsan belə,ermənisən, erməni olduğunu bil”. 

 

Anastas Mikoyanın  22.05.1919-də Leninə yazdığı  məktubdan:“Erməni 



hökumətinin daşnak agentləri Qarabağı Ermənistana birləşdirməyə çalışırlar. Bu, 


45 

 

Qarabağ əhalisinin Bakıdakı həyat mənbəyindən məhrum olmaq, heç zaman heç nə 



ilə  əlaqəsi olmayan İrəvanla bağlanmaq deməkdir. Erməni kəndliləri 5-ci 

qurultayda Azərbaycanı tanımağı və ona birləşməyi qərara aldılar”. 

 

A.Astvasatryan: “Azərbaycanla qonşu olmaq Ermənistan üçün başdan-başa 



bədbəxtlik idi. O ölkə öz milli və siyasi istəklərinə çatmaq, öz tələbləri baxımından 

Ermənistan respublikası üçün ölümcül təhlükə idi . Zaqafqaziyada erməni və tatar 

xalqları mənafeyini barışdırmaq mümkün deyil , çünki bu xalqlar öz daxili və xarici 

siyasətləri ilə barışmaz düşmənlər kimi qarşı-qarşıya durmuşlar”. 

 

Torqom Stepanyan , yazıçı: “Dünya ictimaiyyəti qarşısında məmnunluqla ifadə 



edə bilərik ki , biz ermənilər yüz illər boyunca türklərlə qardaş kimi yaşamışıq. 

Adət-ənənələrimiz, yeməklərimiz ,mahnılarımız baxımından bir-birimizə o qədər 

qaynayıb qarışmışıq ki, sanki bir cəmiyyət olmuşduq. Türk-erməni qardaşlığı XI 

əsrdən başlanır.1064-cü ildə bizanslılar erməniləri qırıb çatmaq istəyəndə biz 

türklərin himayəsinə sığındıq, türklər bizi qorudular… Reallıq budur ki, biz burada 

Türkiyədə kilsə  və  məktəblərimizdə  hər cür mənasız kinlərdən uzaq,azad bir 

cəmiyyətdə yaşayırdıq”. 

 



 Levon  Dobbağyan, jurnalist: “Biz ermənilər din qardaşlarımız olan xristianların 

zəhərli vədlərinə inanaraq böyük türk düvlətinə qarşı üsyan etdik , daha doğrusu 

vətənə  xəyanət etdik...Unutmayaq ki , türklərin düşmənləri bizim də 

düşmənimizdir”. 

 

Erməni akademiki Manuk Abeqyan: “Erməni dili hibrit (calaq) dildir. O biri 



yandan erməni qəbiləsi də hibritdir. Onları Urartu və başqa qonşular assimilyasiya 

etmişdir”. 

 

Tarixçi K.Patkanyanın "Yaxın Asiya tarixində Van yazıçılarının rolu" kitabından: 



"Ermənistan heç bir zaman bəşər tarixində xüsusi rol oynamamışdı. "Böyük 

Ermənistan" ermənilərin yayılıb səpələndikləri bir regionun coğrafi adıdır". 

 

Qaregin Njdenin xatirələrindən: “1919-cu ildə italyanlar faşizmi yaratdılar. Amma 



istəklərinə nail ola bilmədilər. 1923-cü ildə nasizm yarandı  və 1933-cü ildə isə 

hakimiyyətə gəldi. Faşizm istəyinə çata bilmədi. Ermənilərin də bir siyasi kursu var. 

Bu siyasi kursun uğur qazanması üçün, dünyadakı bütün türklər məhv edilməlidir. 

Hər bir erməni ömrünün sonuna qədər türklərə nifrət ruhunda tərbiyə olunmalıdır. 

Və bu nifrət bütün türklərin məhv edilməsinə yönəlməlidir”. 

 




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   70




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin