90. Münaqişənin həllində Qondarma “Dağlıq Qarabağ
Respublikası”nın mövqeyi necədir?
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tərəfləri
ATƏT-in Minsk qrupu çərçivəsində “Beyker qaydaları” ilə tanınmış
və tənzimləməyə görə, Dağlıq Qarabağ erməniləri münaqişənin “ma-
759 “Why Armenia Cannot Recognize Abkhazia, South Ossetia Independence”, Press.am; (http://www.
epress.am/en/2011/01/27/why-armenia-cannot-recognize-abkhazia-south-ossetia-independence.html).
Accessed on January 1, 2014.
760 a.k.ə. “Kocharyan: Armenia should not recognize NKR’s independence at this stage”.
761 “By recognizing Karabakh’s independence, Yerevan would pass the red line–experts”, NEWS.AZ, 13
November 2013; (http://news.az/articles/politics/84285). Accessed on January 1, 2014.
303
QARABAĞ
99 SUALDA
raqlı tərəfi” kimi qəbul edilmişdir. Lakin,
məsələnin həlli prosesinin başlanğıcında
qondarma “Dağlıq Qarabağ Respublika-
sı” danışıqlarda bilavasitə iştirakının təmin
olunmasında israr edirdi. “Dağlıq Qarabağ
Respublikası” iddia edir ki, bütün tərəflərin
iştirakı olmadan münaqişənin həllində
heç bir nailiyyət əldə etmək mümkün ol-
mayacaqdır.
762
Bundan əlavə, tanınmamış
respublika 1997-ci ilədək danışıqlarda iştirak edib və Azərbaycan və
Ermənistanla birgə 1994-cü ildə atəşkəs haqqında sazişi imzalayıb. 1998-ci
ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nın keçmiş prezidenti Ro-
bert Koçaryan Ermənistan Respublikasının presidenti seçildikdən bəyan
etmişdi ki, Ermənistan prezidenti kimi o da Dağlıq Qarabağın erməni ic-
masının maraqlarını təmsil edəcək və bundan sonra tanınmamış respub-
lika danışıqlar masasından uzaqlaşdırılmışdı. Hal-hazırda, Ermənistan
qondarma “Dağlıq Qarabağ Respublikası”nın danışıqlara daxil olunma
niyyətini dəstəkləyir, Azərbaycan isə hələ də sülh yaradılmasının ilkin
mərhələlərində onun iştirakını rədd edir, lakin tərəflər Əsas Prinsiplər
barədə razılığa gəlsələr növbəti mərhələdə onun iştirakını istisna etmir.
763
“Dağlıq Qarabağ Respublikası”nın ehtimal olunan muxtariyyətin hər
hansı bir forması çərçivəsində Azərbaycanın tərkibində olmağı rədd edir
və Dağlıq Qarabağ xalqının 1991-ci il referendumu ilə öz suverenliyini
müəyyən etdiyini vurğulayır.
764
Qondarma respublikanın rəsmiləri refe-
rendum və müstəqilliyin elan olunması ilə bağlı bütün proseslərin Sovet
İttifaqı və Beynəlxalq hüquq qanunvericiliyinə əsaslandığını iddia edir.
765
Ermənilərin iddiasına görə, son iyirmi ildə qondarma “Dağlıq Qarabağ
Respublikası” de-fakto mövcudluğunu saxlayaraq müstəqil dövlət kimi
762 Sahakyan, Bako, “Artsakh will never be a part of Azerbaijan”, PanARMENIAN.Net, 4 February
2009; (http://www.panarmenian.net/eng/world/interviews/43148/). Accessed on January 1, 2014.
763 a.k.ə. Pashayeva, Gulshan & Göksel, Nigar (2011), p. 23.
764 a.k.ə. “Declaration on State Independence: Proclamation of the Nagorno Karabakh Republic”.
765 “Independence or Reunification?”, Office of “NKR” in Washington D.C.; (http://www.nkrusa.org/
nk_conflict/independence_or_reunification.shtml). Accessed on January 1, 2014.
Qondarma respublikanın
rəsmiləri referendum və
müstəqilliyin elan olunması
ilə bağlı bütün proseslərin
Sovet İttifaqı və Beynəlxalq
hüquq qanunvericiliyinə
əsaslandığını iddia edir.
304
QARABAĞ
99 SUALDA
fəaliyyət göstərir və heç vaxt Azərbaycan suverenliyi çərçivəsində yaşa-
mamış yeni erməni nəsli meydana gəlib. Buna görə də, sülh prosesində
hər hansı bir nailiyyətə nail olmaq üçün ərazi bütövlüyü prinsipləri
münaqişənin həllində ilkin şərt ola bilməz.
766
Qondarma “Dağlıq Qara-
bağ Respublikası” rəsmi olaraq keçmiş DQMV və Şaumyan rayonunun
əraziləri üzərində suverenliyini iddia edir, Azərbaycanın işğal olunmuş
yeddi rayonunun torpaqları isə “təhlükəsizlik kəmər”i kimi müəyyən olu-
nub və bu ərazilərin Azərbaycana qaytarılmaq məsələsi var.
767
Danışıqlar prosesinə gəlincə, məsələnin həlli prosesində ATƏT-in
Minsk qrupunun təşəbbüsləri uğursuz olmasına baxmayaraq, qondarma
“Dağlıq Qarabağ Respublikası” hələ də bu təşkilatın vasitəçilik rolunu
dəstəkləyir.
768
Bundan başqa, icmalar arasında düşmənçiliyi yumşaltmaq
üçün, tanınmamış dövlət müxtəlif proqramlar təşkil etməklə potensialı-
nın artırılması üçün tədbirlər görmək niyyətindədir.
769
Lakin, separatçı
dövlət rəsmi səviyyədə münaqişənin yalnız sülh yolu ilə həlli üçün bü-
tün imkanlardan istifadə edəcəyini vurğulayır.
770
Tanınmamış respubli-
ka hərbi potensialını gücləndirməkdə davam edir. Müharibənin birinci
mərhələsindəki qələbə qondarma “Dağlıq Qarabağ Respublikası”nın güc
mənbəyi olsa da qətiyyətsizlik və müharibənin yenidən başlama qorxusu
rəsmi orqanları qələbəyə şübhə ilə yanaşmağa məcbur edir.
771
Əslində, se-
paratçı dövləti militarist olaraq xarakterizə etmək düzgün olmasada, onun
hərbiləşməyə meyilli olduğunu da vurğulamaq lazımdır.
772
Nəticə olaraq, ümumiləşdirərək demək olar ki, qondarma “Dağlıq Qara-
bağ Respublikası” məsələnin həlli prosesində vilayətin statusunun müəyyən
edilməsini ilkin vəzifə kimi önə çəkir. Bundan başqa, qondarma respubli-
kanın rəhbərliyi danışıqlarda birbaşa iştirak etmədən münaqişənin həlli
766 a.k.ə. Sahakyan, Bako (2009).
767 a.k.ə. “Declaration on State Independence: Proclamation of the Nagorno Karabakh Republic”.
768 “Prospects for Peace”, The Office of “NKR” to Washington D.C.; (http://www.nkrusa.org/nk_
conflict/prospects_peace.shtml). Accessed on January 2, 2014.
769 a.k.ə. “Prospects for Peace”.
770 a.k.ə. Sahakyan, Bako (2009).
771 Lynch, Dov, “Separatist States and post Soviet conflicts”, International Affairs, Vol. 78, No. 4, 2002,
p. 840.
772 a.k.ə. Lynch, Dov (2002), p. 839.
305
QARABAĞ
99 SUALDA
prosesində hər hansı bir naliyyətin əldə olunmasını mümkünsüz hesab edir.
Qondarma respublikanın rəhbərliyi beynəlxalq hüquq normalarına məhəl
qoymadan təkid edir ki, Azərbaycanın ərazi bütövlüyü münaqişənin həlli
üçün ilkin şərt ola bilməz, çünki Qarabağ erməniləri heç vaxt Azərbaycanın
suverenliyi altında yaşamağa razı olmayacaqlar.
91. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsində erməni diasporasının rolu nədir?
Sayı təxminən 7 milyon olan dünya Erməni diyasporasının,
773
Dağlıq
Qarabağ münaqişəsinin lap əvvəlindən münaqişəyə cəlb olunmuş siyasi
və ictimai cəhətdən daha fəal qrupları ABŞ və Fransada
774
məskunlaşıblar
və qondarma erməni soyqırımı ilə birlikdə bu məsələni öz lobbiçilik
fəaliyyətlərinin əsas məsələləri sırasına daxil ediblər.
775
ABŞ-dakı erməni diasporu bu ölkənin siyasi mühitindən lazımınca
yararlanmaq üçün öz mənbələrindən istifadə etməkdə kifayət qədər ba-
carıqlıdırlar. Ermənilər ABŞ-da əsasən Kaliforniya və Massaçusets ştat-
larında məskunlaşmışlar. Burada onların sayı təxminən bir milyondan
artıqdır. Amerikadakı digər etnik qrupların diasporları, məs: yəhudi,
irland və yunanlar kimi erməni diasporu da maraq qruplarının xeyrinə
lobbiçilik fəaliyyətinə imkan verən qanunvericilikdən faydalanır.
776
Qon-
darma “erməni soyqırımı”nın tanınması üçün Vaşinqtonda, xüsusilə Ka-
pitolada lobbiçilik fəaliyyəti ilə məşğul olan və Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsində Ermənistan Respublikası üçün əlverişli
mövqe tutan erməni diaspora təşkilatları fəaliyyət göstərir. Bu erməni
diaspora təşkilatlarının ən güclüsü Amerika Erməni Assambleyasıdır.
Bir qayda olaraq, tarixi vətən münaqişəyə cəlb olunanda diasporanın
dəstəyi dövlətin yaşaması üçün həlledici amil olur. Erməni diasporasının
773 “Armenian Population in The World”; (http://www.armeniadiaspora.com/population.html). Accessed
on January 2, 2014.
774 Cohen, Robin, Global Diasporas: An Introduction (Rutledge, 2008), p. 53.
775 Shain, Yossi, & Barth, Aharon, “Diasporas and International Relations Theory”, International
Organization, Vol. 57, No. 3, Summer 2003, pp. 468-471.
776 a.k.ə. Shain, Yossi, & Barth, Aharon (2003), pp. 455-457.
306
QARABAĞ
99 SUALDA
Ermənistan dövlətinə dəstəyi aşağıdakı for-
malarla təmin olunur: maliyyə və silah yardı-
mı; əlavə mənbələrin cəlb olunması; təbliğat
platforması kimi fəaliyyət göstərmək və ev
sahibi olan ölkələrin hökumət və beynəlxalq
təşkilatlarına lobbiçilik təsiri göstərmək.
777
ABŞ-dakı erməni diasporasının Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ münaqişəsində
Ermənistana maliyyə yardımı göstərən əsas mənbə olduğu bir fakt-
dır.
778
Bundan başqa, diaspora lobbiçilik fəaliyyəti vasitəsilə demokra-
tik təsisatların qurulması üçün keçmiş Sovet İttifaqının yeni müstəqil
dövlətlərə maliyyə yardımı göstərən “Azadlığa Dəstək Aktı” vasitəsilə
ABŞ hökuməti tərəfindən ən böyük yardım büdcəsinin ayrılmasına nail
olub.
779
Bundan əlavə, münaqişədə erməni diasporası Ermənistanı si-
lahla, həmçinin müharibənin davam etdirilməsi üçün onu döyüşçülərlə
təmin edib.
780
Diasporanın lobbiçilik fəaliyyətinin əsas nailiyyəti “Azad-
lığa Dəstək Aktı” proqramı vasitəsilə Azərbaycanı ABŞ-ın birbaşa dövlət
dəstəyindən məhrum edən 907-ci düzəlişin qəbul edilməsi olmuşdur.
781
Əslində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində
Azərbaycan Ermənistanı “təcrid” etməsinə görə 2002-ci ilədək birbaşa
ABŞ hökumətinin maliyyə yardımını almayan yeganə keçmiş sovet res-
publikası idi.
Erməni diasporası həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qa-
rabağ münaqişəsində Ermənistanın mövqeyini təbliğ edən əsas
mənbə olmuşdur.
782
O, öz fəaliyyətini yalnız mövcud olduğu ölkə ilə
məhdudlaşdırmayaraq müstəqilliyindən istifadə edərək Ermənistanın si-
yasi strukturuna da təsir edərək Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həllinə dair qərar qəbul edilməsi prosesində də mühüm rol
777 Shain, Yossi, “The Role of Diasporas in Conflict Perpetuation or Resolution”, SAIS Review, Vol. 22,
No. 2, Summer-Fall 2002, p. 109.
778 a.k.ə. Cohen, Robin (2008), p. 57.
779 a.k.ə. Heather, Gregg (2002), p. 36.
780 a.k.ə. De Waal, Thomas (2003), p. 207.
781 a.k.ə. Heather, Gregg (2002), p. 27.
782 a.k.ə. Shain, Yossi, & Barth, Aharon (2003), p. 469.
ABŞ-dakı erməni
diasporasının Ermənistan-
Azərbaycan Dağlıq Qarabağ
münaqişəsində Ermənistana
maliyyə yardımı göstərən
əsas mənbə olduğu
bir faktdır.
307
QARABAĞ
99 SUALDA
oynayır. Belə ki, münaqişənin həllində diasporanın mövqeyi Ermənistanın
keçmiş prezidenti Levon Ter-Petrosyanın mövqeyi ilə uyğun gəlməyəndə
onu prezident vəzifəsindən istefa verməyə məcbur etdi.
783
1900-cü ilin əvvəllərində, xüsusilə I dünya müharibəsindən son-
ra Türkiyə və Yaxın Şərq ölkələrindən ABŞ-a köçmüş erməni di-
asporası ilə müqayisədə Fransadakı erməni diasporasının orada
məskunlaşmasının daha uzun tarixi var. Fransadakı erməni diasporası
öz etnik mənsubiyyətini qorumaqla fransız cəmiyyətinə həddindən ar-
tıq inteqrasiya olunub və onlar Ermənistan dövlətinin xeyrinə Fransa-
nın xarici siyasətinə təsir etmək iqtidarında olan fəal etnik qruplarından
biri kimi qəbul edilirlər. 1988-ci ildə Sovet Ermənistanında zəlzələdən
sonra Fransadakı erməni diasporası ona yardım və pul göndərmək üçün
səfərbər olmuşdu. Sovet İttifaqı dağıldıqdan sonra onlar səylərini daha
da səfərbər etərək
784
və yalnız maliyyə yardımı ilə məhdudlaşmayaraq,
həm də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində
Fransa hökumətinin Ermənistana siyasi dəstək verməsinə çalışmışdı-
lar. Həqiqətən də, NATO-da Fransanın partnyoru olan Türkiyənin etira-
zına baxmayaraq Fransa Parlamenti tərəfindən qondarma erməni soyqı-
rımının tanınması açıq-aydın bu ölkədə erməni diasporasının lobbiçilik
səyləri ilə həyata keçirilmişdir.
785
92. Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını
təyin etmək hüququ varmı?
Ermənistan və Dağlıq Qarabağ erməniləri münaqişənin həllinin xalqın
öz müqəddəratını təyinetmə hüququ prinsipinə əsaslanaraq tam müstəqil
şəklində həll olunmasını tələb edirlər. Bundan əlavə, onlar təkidlə
bildirirlər ki, “Azərbaycanın Dağlıq Qarabağ üzərində nə hüquqi, nə siyasi,
783 a.k.ə. Shain, Yossi, & Barth, Aharon (2003), p. 470.
784 a.k.ə. Cohen, Robin (2008), p. 55.
785 “How will Armenian genocide bill affect France-Turkey relations?”, CNN, 24 January 2012; (http://
edition.cnn.com/2012/01/23/world/europe/turkey-france-genocide-bill-q-and-a/). Accessed on January 2,
2014.
308
QARABAĞ
99 SUALDA
nə də mənəvi iddia etməyə əsası yoxdur”.
786
Azərbaycan isə əksinə, onun
suverenliyi altında Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin
etmək hüququnu rədd etmir və problemin suveren dövlətin ərazi bütövlü-
yü prinsipi çərçivəsində həlli ilə bağlı praktikada mümkün olan ən yüksək
muxtariyyət statusuna zəmanət verdiyini bəyan edir.
787
Aydındır ki, mübahisəli bölgənin gələcək statusu ilə bağlı münaqişə
tərəfləri arasında mövcud fikir ayrılığı münaqişənin həllində əsas
maneədir. Hər iki tərəf problemin beynəlxalq ictimaiyyət tərəfindən
qəbul olunan beynəlxalq hüquq prinsipləri əsasında həllini iddia edirlər.
Beynəlxalq hüququn iki çox mühüm “ərazi bütövlüyünə” hörmət və “öz
müqəddəratını təyinetmə” hüququ prinsipi var ki, hər bir sülhsevər dövlət
bunu gözləməyə borcludur. Dağlıq Qarabağın statusu ilə bağlı tərəflərin
mövqeyini anlamaq üçün “öz müqəddəratını təyinetmə” prinsipinin tari-
xi, hüquqi və praktiki baxımdan həyata keçirilməsini təhlil etmək lazımdır.
Tarixdə xalqların öz müqəddəratını təyin etməsi ideyası xüsusilə Fran-
sa Burjua inqilabından sonra
788
“milliyyətçilik” ideologiyası üzərində
formalaşıb. Bu ilk dəfə ABŞ prezidenti Vudro Vilson tərəfindən Birinci
Dünya müharibəsinin mübahisəli məsələlərinin həlli ilə bağlı keçiril-
miş Paris Sülh Konfransında təklif və müzakirə edilib. Müharibədən
sonra çar Rusiyası, Osmanlı, Alman, və Avstriya-Macarıstan kimi Avro-
pa imperiyaları dağıldı və Avropanın bir sıra xalqları öz müqəddəratını
təyinetmə prinsipindən yararlanaraq öz müstəqilliyini elan etdi. Lakin, öz
müqəddəratını təyinetmənin və onun beynəlxalq hüquq normalarına daxil
edilməsinin leqallaşdırılması İkinci Dünya müharibəsindən sonra BMT-
nin yaradılması ilə mümkün oldu. Lakin, BMT-nin Nizamnaməsində
“öz müqəddəratını təyinetmə”
789
prinsipi ilə bağlı məsələlər ətraflı ola-
raq qeyd edilməsə də, bu prinsipin əsas anlayışlarını müəyyən edən
maddələr Baş Assambleya tərəfindən hazırlanaraq 1966-cı ildə qəbul
786 a.k.ə. “Position of Armenia on Nagorno-Karabakh conflict”.
787 a.k.ə. “Head of State Committee: After solving Nagorno-Karabakh conflict Armenians can become
Azerbaijani equal citizens”.
788 Hroch, Miroslav, “National Self-Determination from a Historical Perspective”, Canadian Slavonic Papers
/ Revue Canadienne des Slavistes, Vol. 37, No. 3-4, September-December 1995, p. 283.
789 Van Dyke, Vernon, “Self-Determination and Minority Rights”, International Studies Quarterly, Vol.
13, No. 3, September 1969, p. 223.
309
QARABAĞ
99 SUALDA
edilmiş Mülki və Siyasi Hüquqlar haqqında
Beynəlxalq Pakta daxi edilmişdir.
790
1960-
cı ildə İkinci Dünya müharibəsindən sonra
müstəmləkə sisteminin dağılması prosesinin
tənzimlənməsi üçün BMT-nin Baş Assamb-
leyası da “öz müqəddaratını təyinetmə” hü-
ququ anlayışı və onun həyata keçirilməsi
ilə bağlı məsələlər daxil olan Müstəmləkə
ölkələrinə və xalqlarına müstəqillik
verilməsi barədə Bəyannamə qəbul etdi.
791
“Öz müqəddəratını təyinetmə” prinsipinin
həyata keçirilməsi təcrübəsi baxımından, bu
ifadənin çox mənaları olduğunu qeyd etmək
lazımdır. Həqiqətən, öz müqəddəratını
təyinetmə, həmçinin “daxildə müqəddəratın
təyinedilməsi”, “asılı ərazilərin xalqlarının öz müqəddəratını təyinetməsi”
və “azlıqların öz müqəddəratını təyinetməsi” kimi təsnif edilirdi. Nəzərə
almaq lazımdır ki, beynəlxalq hüquqa görə, “öz müqəddəratını təyinetmə”
ayrılmaq hüququ demək deyil.
792
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə gəldikdə,
Ermənistan qondarma “Dağlıq Qarabağ Respublikası”nın Sovet qanun-
vericiliyi və mövcud beynəlxalq hüquq normalarına uyğun olaraq öz
müstəqilliyini elan etməsini və mövcud beynəlxalq hüquq normalarının
Dağlıq Qarabağa tam müstəqillik şəklində öz müqəddəratını təyinetmə
imkanı verdiyini iddia edir.
793
1991-ci ildə Dağlıq Qarabağın erməni əhalisi
Azərbaycandan ayrılmaq üçün referendum keçirdi və bunun nəticəsi ola-
raq 1992-ci ildə öz müstəqilliyini elan etdi. Belə ki, artıq iyirmi ildən artıq-
790 “Article 1”, International Covenant on Civil and Political Rights, 1966.
791 “Declaration on the Granting of Independence to Colonial Countries and Peoples”, The United
Nations and Decolonization, 14 December 1960; (http://www.un.org/en/decolonization/declaration.
shtml). Accessed on January 2, 2014.
792 Borge, Christopher J., “Is Kosovo a precedent? Secession, Self-determination, and Conflict
Resolution, Wilson Center; (http://www.wilsoncenter.org/publication/350-kosovo-precedent-secession-
self-determination-and-conflict-resolution). Accessed on January 2, 2014.
793 a.k.ə. Avakian, Shahen (2010), p. 25.
Ermənistan qondarma
“Dağlıq Qarabağ
Respublikası”nın Sovet
qanunvericiliyi və mövcud
beynəlxalq hüquq
normalarına uyğun olaraq öz
müstəqilliyini elan etməsini
və mövcud beynəlxalq
hüquq normalarının Dağlıq
Qarabağa tam müstəqillik
şəklində öz müqəddəratını
təyinetmə imkanı
verdiyini iddia edir.
310
QARABAĞ
99 SUALDA
dır ki, Dağlıq Qarabağ müstəqil bir dövlət olaraq Ermənistan da daxil ol-
maqla heç bir müstəqil dövlət tərəfindən de-yure tanınmasa da, bir dövlət
kimi de-fakto mövcuddur. Ermənistan və qondarma “Dağlıq Qarabağ
Respublikası” öz mövqelərinə haqq qazandırmaq üçün Dağlıq Qarabağın
heç vaxt müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmadığını
iddia edirlər. Amma, bu bir faktdır ki, Müttəfiq Dövlətləri təmsil edən ge-
neral V.Tomson 1918-ci ildə Bakıya daxil olarkən Qarabağ və Zəngəzuru
Azərbaycanın inzibati-idarəçilik strukturuna daxil olan ərazilər kimi ta-
nıyıb.
794
Bundan başqa, 1919-cu ildə Qarabağın erməni Assambleyası da
Azərbaycanın hakimiyyətini rəsmən tanımışdı.
795
Ermənistanın digər bir
arqumenti DQMV-nin erməni əhalisinin öz müstəqilliyini elan etməsinə
imkan verən “Müttəfiq respublikanın SSRİ-dən çıxması ilə əlaqədar
məsələlərin həlli qaydası haqqında” 3 aprel 1990-cı il tarixli SSRİ Qanu-
nudur.
796
Lakin, Sovet Konstitusiyasının 78 maddəsində göstərilir ki, müttəfiq
respublikaların sərhədləri yalnız ittifaq dövlətlərinin qarşılıqlı razılığı
əsasında SSRİ hökumətinin bunu qəbul etməsindən sonra dəyişdirilə
bilər.
797
Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi və ya onun
Azərbaycanın tərkibindən çıxmasına dair Azərbaycan tərəfindən hər
hansı bir razılıq olmadığından erməni iddialarının heç bir hüquqi əsası
yoxdur. Mövcud beynəlxalq hüquq normaları da erməni əhalisinin
Azərbaycandan ayrılaraq tam müstəqil olaraq öz müqəddəratını müəyyən
etməsinə imkan vermir. Yuxarıda qeyd olunduğu kimi, müstəqillik hüqu-
qu müstəmləkə altında olan xalqlara öz müqəddəratını təyin etmək üçün
verilib. Amma Dağlıq Qarabağ ermənilərinin Azərbaycanın müstəmləkə
hakimiyyəti altında deyil, ittifaq dövləti daxilində muxtariyyət statusu ilə
yaşadığı faktdır. Bundan başqa, təcrübədən məlumdur ki, müstəqilliklə
794 “Legal Aspects Of The Nagorny Karabakh Conflict”, Embassy of Azerbaijan Republic to Korea;
(http://www.azembassy.co.kr/v1/legal-aspects-of-the-conflict/). Accessed on January 2, 2014.
795 Swietochowski, Tadeusz, Russia and Azerbaijan: A Borderland in Transition (Columbia University
Press, 1995), pp. 75-76.
796 “Law on Procedures for Resolving Questions Related to the Secession of Union Republics from
the USSR (3 April 1990)”, in Hurst Hannum ed., Basic Documents on Autonomy and Minority Rights
(Martinus Nijhoff Press, 1993), pp. 753-760.
797 “Article 78”, Constitution of USSR, 1977.
311
QARABAĞ
99 SUALDA
öz müqəddəratını təyinetmə hüququ ayrı-seçkiliyə məruz qalmış etnik
qruplara verilə bilər.
798
Ermənistan tərəfin DQMV-dəki etnik qrupları-
nın ayrı-seçkiliyə məruz qalmaları barədə iddialarına baxmayaraq, bunu
təsdiq edən hər hansı real sübut yoxdur. Bundan əlavə, Azərbaycan insan
hüquqları və azlıqların hüquqlarının qorunması üzrə beynəlxalq konven-
siyalara qoşulduğundan bu normaları 1995-ci ildə qəbul edilmiş Kons-
titusiyasına daxil edib. Azərbaycan Respublikasının Konstitusiyası öz
vətəndaşlarının hüquq və bərabərliyini tanıyır və xüsusi olaraq bəyan edir
ki, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən,
əqidəsindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq şəxsin
hüquq və azadlıqlarını məhdudlaşdırıla bilməz.
799
Digər tərəfdən,
Azərbaycan Dağlıq Qarabağ ermənilərinin bu prinsipin daxili ölçülərinə
əsaslanaraq öz müqəddəratını təyin etmək hüququnu rədd etməyərək
bölgəyə praktikada mövcud olan ən yüksək muxtariyyət statusu verməyə
hazır olduğunu elan edib.
800
Nəzərə almaq lazımdır ki, beynəlxalq hüquqa əsasən, “öz müqəddəratını
təyinetmə” ayrılmaq hüququ demək deyil. BMT Təhlükəsizlik Şurası da
“öz müqəddəratını təyinetmə” hüququnu ayrılma hüququ olmadığını
qəbul edir.
801
Beynəlxalq hüquq dövlətlərin beynəlxalq birlik tərəfindən
tanınan ərazi bütövlüyünü müdafiə etdiyindən etnik qrupun öz
müqəddəratını təyinetmə iddiaları dövlətlərin sərhədləri daxilində həyata
keçirilməlidir. Əslində, Azərbaycan beynəlxalq ictimaiyyət tərəfindən
DQMV-nin də daxil olduğu keçmiş Azərbaycan SSR-in inzibati sərhədləri
daxilində tanınıb. Bundan başqa, Azərbaycan ərazilərinin işğalı ilə bağlı
BMT Təhlükəsizlik Şurasının qətnamələri və bir sıra digər beynəlxalq
sənədlər də bu ölkənin ərazi bütövlüyünü təsdiq edib. Buna görə də, Dağ-
lıq Qarabağ ermənilərinin öz müqəddəratını təyinetmə hüququ yalnız
Azərbaycanın sərhədləri çərçivəsində mümkündür.
798 a.k.ə. Borge, Christopher J..
799 “Article 24”, The Constitution of AzerbaijanRepublic.
800 Tchilingirian, Hratch, “Nagorno Karabakh: transition and the elite”, Central Asian Survey, 1999, Vol.
18 (4), p. 448.
801 a.k.ə. Van Dyke, Vernon (1969), p. 236.
312
QARABAĞ
99 SUALDA
Dostları ilə paylaş: |