AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat


Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə19/36
tarix06.09.2017
ölçüsü2,72 Mb.
#29050
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma 
323.1. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və 
layaqətini  kütləvi  çıxışda,  kütləvi  nümayiş  etdirilən  əsərdə  və  ya  kütləvi  informasiya 
vasitəsində ləkələmə və ya alçaltma — 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
549
 
323.2. Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə — 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:  Azərbaycan  dövlətinin  başçısının  —  Azərbaycan  Respublikası  Prezidentinin  fəaliyyəti,  habelə  onun 
rəhbərliyi altında yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil 
edilmir.   
 M a d d ə   3 2 4 .   Azərbaycan  Respublikasının  Dövlət  bayrağı  və  ya  Azərbaycan 
Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər 
Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi 
barədə təhqiredici hərəkətlər— 
iki  ilədək  müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya  bir  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
550
 
 M a d d ə   3 2 5 .  Dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satma 
Hüquq  verən  və  ya  vəzifədən  azad  edən  rəsmi  sənədləri,  habelə  Azərbaycan 
Respublikasının dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma— 
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
551
   
 M a d d ə   3 2 6 .  Rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə 
326.1. Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə 
oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə— 

beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək 
müddətə  azadlığın  məhdudlaşdırılması  və  ya  altı  ayadək  müddətə  azadlıqdan  məhrum  etmə 
ilə cəzalandırılır.
552
 
326.2.  Dənizçinin  şəxsiyyət  sənədini,  vətəndaşın  şəxsiyyət  vəsiqəsini,  pasportunu  və  ya 
digər mühüm şəxsi sənədini oğurlama— 
üç  yüz  manatadək  miqdarda  cərimə  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  eyni 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
553
   
 
ON IKINCI BÖLMƏ 
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR 
35-ci fəsil 
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
 
 M a d d ə   3 2 7 .  Hərbi xidmət əleyhinə olan cinayətlər anlayışı 
327.1.  Çağırış  və  ya  kontrakt  üzrə  Azərbaycan  Respublikası  Silahlı  Qüvvələrində,  digər 
qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş 
qaydada  hərbi  qulluqçu  statusuna  malik  olan  başqa  şəxslərin,  habelə  təlim  və  ya  yoxlama 
toplanışlarına  cəlb  edilmiş  hərbi  vəzifəlilərin  hərbi  qulluğun  müəyyən  edilmiş  qaydaları 
əleyhinə  yönələn  və  bu  fəsildə  nəzərdə  tutulmuş  cinayətləri  hərbi  xidmət  əleyhinə  olan 
cinayətlər hesab olunur. 
327.2. Bu maddədə göstərilməmiş şəxslərin hərbi xidmət əleyhinə olan cinayətlərdə iştirakı 
bu fəslin müvafiq maddələri üzrə məsuliyyətə səbəb olur. 
 M a d d ə   3 2 8 .  Əmri icra etməmə 
328.1.  Rəisin  qanunla  müəyyən  edilmiş  qaydada  verdiyi  əmri  tabelikdə  olan  şəxsin  yerinə 
yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə yetirilməməsi 
hərbi xidmət mənafelərinə əhəmiyyətli zərər vurduqda— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə  intizam 
xarakterli  hərbi  hissədə  saxlama  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
328.2. Eyni əməllər: 
328.2.1. bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil 
dəstə tərəfindən törədildikdə; 
328.2.2. ağır nəticələrə səbəb olduqda— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
328.3.  Hərbi  xidmətə  vicdansız  və  ya  laqeyd  münasibət  nəticəsində  əmri  icra  etməmə,  bu 
əməllər ağır nəticələrə səbəb olduqda— 
iki  ilədək  müddətə  intizam  xarakterli  hərbi  hissədə  saxlama  və  ya  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
328.4.  Bu  Məcəllənin  328.1—328.3-cü  maddələrində  nəzərdə  tutulmuş  əməllər  müharibə 
vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Qeyd: 
1.  Bu  fəslin  müvafiq  maddələrində  «müharibə  vaxtı»  dedikdə,  Azərbaycan  Respublikasının  xarici  dövlətlərlə 
müharibə vəziyyətində olması başa düşülür. 
2. Müharibənin elan olunmasının və ya hərbi əməliyyatların faktiki aparılmasının ilk günü və saatı müharibənin 
başlanması, hərbi əməliyyatların faktiki dayandırıldığı gün və saat isə müharibənin sonu hesab edilir. 
3. «Döyüş şəraiti» dedikdə, hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş 
əməliyyatı aparması başa düşülür. 
554
  
 
 M a d d ə   3 2 9 .   Rəisə  müqavimət  göstərmə  və  ya  onu  qulluq  vəzifəsini  pozmağa 
məcbur etmə 
329.1. Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərmə, 
zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə onu qulluq vəzifəsini pozmağa məcbur etmə— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə  intizam 
xarakterli  hərbi  hissədə  saxlama  və  ya  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
329.2. Eyni əməllər: 
329.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən 
törədildikdə; 
329.2.2. silah tətbiq etməklə törədildikdə; 
329.2.3.  sağlamlığa  ağır  və  ya  az  ağır  zərər  vurulmaqla  törədildikdə,  habelə  digər  ağır 
nəticələrə səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
329.3.  Bu  Məcəllənin  329.1  və  329.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər  müharibə 
vaxtı və ya döyüş şəraitində törədildikdə — 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 3 0 .  Rəisə qarşı zorakı hərəkətlər etmə 
330.1. Rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına 
yüngül zərər vurma və ya onu döymə— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə  intizam 
xarakterli  hərbi  hissədə  saxlama  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
330.2. Eyni əməllər: 
330.2.1. bir qrup şəxs tərəfindən törədildikdə; 
330.2.2. silah tətbiq etməklə törədildikdə; 
330.2.3.  zərərçəkmiş  şəxsin  sağlamlığına  az  ağır  və  ya  ağır  zərər  vurmaqla  törədildikdə, 
habelə digər ağır nəticələrə səbəb olduqda— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
330.3. Bu Məcəllənin 330.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya 
döyüş şəraitində törədildikdə — 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 3 1 .  Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə 
331.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə 
yetirilməsi ilə əlaqədar bir hərbi qulluqçunun digərini təhqir etməsi— 

altı  ayadək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  eyni  müddətə  intizam 
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
331.2. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə 
yetirilməsi  ilə  əlaqədar  rəisin  öz  tabeliyində  olan  şəxsi,  habelə  tabelikdə  olan  şəxsin  öz  rəisini 
təhqir etməsi— 
bir  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  bir  ilədək  müddətə  intizam 
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
331.3. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə 
yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 3 2 .   Tabelik  münasibətlərində  olmayan  hərbi  qulluqçular  arasında 
qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma 
332.1.  Tabelik  münasibətlərində  olmayan  hərbi  qulluqçular  arasında  qarşılıqlı 
münasibətlərin  nizamnamə  qaydalarını  pozma,  zərərçəkmiş  şəxsin  şərəf  və  ləyaqətini 
alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda— 
iki  ilədək  müddətə  intizam  xarakterli  hərbi  hissədə  saxlama  və  ya  bir  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
332.2. Eyni əməllər: 
332.2.1. təkrar törədildikdə; 
332.2.2. iki və ya daha çox şəxs barəsində törədildikdə; 
332.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən 
törədildikdə; 
332.2.4. silah tətbiq etməklə törədildikdə; 
332.2.5. zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
332.3.  Bu  Məcəllənin  332.1  və  ya  332.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər  ağır 
nəticələrə səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 3 3 .  Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə 
333.1. Çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət 
yerini  özbaşına  tərk  etməsi  və  ya  üzürlü  səbəblər  olmadan  öz  xidmət  yerinə  vaxtında 
gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmadıqda və ya üç gündən az olsa belə, eyni 
əməllər altı ay ərzində təkrar törədildikdə— 
bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
333.2.  Çağırış  və  ya  kontrakt  üzrə  hərbi  xidmətdə  olan  hərbi  qulluqçunun  hərbi  hissədən 
özbaşına getməsi və ya xidmət yerinə üzürlü səbəblər olmadan qayıtmaması on gündən artıq, 
lakin bir aydan çox olmayaraq törədildikdə— 
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
333.3.  Zabit  heyətindən  olan  şəxsin,  gizirin,  miçmanın,  müddətdən  artıq  hərbi  xidmətdə 
olan  hərbi  qulluqçunun  və  ya  kontrakt  üzrə  xidmət  edən  şəxsin  hissəni  və  ya  xidmət  yerini 
özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on 

gündən artıq, lakin bir aydan çox olmadıqda, yaxud bir il ərzində təkrarən on gündən az, lakin 
üç gündən çox olduqda— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
333.4.  Bu  Məcəllənin  333.2  və  333.3-cü  maddələrində  nəzərdə  tutulmuş  əməllər  bir  aydan 
artıq, lakin üç aydan çox olmayaraq törədildikdə— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
333.5. İntizam xarakterli hərbi hissədə cəza çəkən hərbi qulluqçunun özbaşına getməsi— 
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
333.6.  Bu  Məcəllənin  333.1—333.4-cü  maddələrində  nəzərdə  tutulmuş  əməllər  müharibə 
vaxtı və ya döyüş şəraitində törədildikdə— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Ağır şərait zəminində bu Məcəllənin 333.1 — 333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə 
törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. 
 M a d d ə   3 3 4 .  Fərarilik 
334.1. Fərarilik, yəni hərbi qulluqçunun xidmətdən üç aydan artıq müddətə hərbi hissədən 
və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi), yaxud 
müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya 
xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi)— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
334.2.  Xidməti  istifadə  üçün  verilmiş  silahı,  döyüş  sursatını  və  ya  partlayıcı  maddələri 
oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik etmə, habelə bir qrup şəxs tərəfindən fərarilik 
etmə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
334.3.  Bu  Məcəllənin  334.1  və  334.2-ci  maddələri  ilə  nəzərdə  tutulmuş  əməllər  müharibə 
vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:  Ağır  şərait  zəminində  bu  Məcəllənin  334.1-ci  maddəsində  nəzərdə  tutulmuş  əməlləri  ilk  dəfə  törətmiş 
şəxs cinayət məsuliyyətindən azad edilə bilər. 
 M a d d ə   3 3 5 .   Öz  sağlamlığına  zərər  vurmaqla  və  ya  sair  üsulla  hərbi  xidmətdən 
boyun qaçırma 
335.1.  Hərbi  qulluqçunun  öz  sağlamlığına  hər  hansı  zərər  vurma  və  ya  özünü  xəstəliyə 
vurma,  sənədləri  saxtalaşdırma  və  ya  sair  aldatma  yolu  ilə  hərbi  xidmətdən  boyun  qaçırması, 
habelə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etməsi— 
bir  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə  intizam 
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
335.2. Eyni əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 3 6 .  Qarovul xidmətinin nizamnamə qaydalarını pozma 
Qarovulun  (növbənin)  tərkibinə  daxil  olan  şəxs  tərəfindən  qarovul  (növbə)  xidmətinin 
nizamnamə qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda— 

iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 3 7 .  Daxili xidmətin və ya patrul xidmətinin nizamnamə qaydalarını pozma 
Hərbi  hissənin  gündəlik  keşik  dəstəsinə  (qarovul  və  növbədən  başqa)  daxil  olan  şəxs 
tərəfindən daxili xidmətin nizamnamə qaydalarını pozma, habelə patrulun tərkibinə daxil olan 
şəxs  tərəfindən  qarnizonda  patrul  xidmətinin  nizamnamə  qaydalarını  pozma  ağır  nəticələrə 
səbəb olduqda— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə  intizam 
xarakterli  hərbi  hissədə  saxlama  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
 M a d d ə   3 3 8 .  Döyüş növbəsi çəkmə qaydalarını pozma 
338.1.  Azərbaycan  Respublikasına  qəfil  hücumun  vaxtında  aşkara  çıxarılması  və  dəf 
olunması  üzrə,  yaxud  onun  təhlükəsizliyinin  təmin  edilməsi  üzrə  döyüş  növbəsi  (döyüş 
xidməti)  çəkmə  qaydalarını  pozma,  əgər  bu  əməllər  dövlətin  təhlükəsizlik  mənafelərinə  zərər 
vura bilərdisə— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  eyni  müddətə  intizam 
xarakterli  hərbi  hissədə  saxlama  və  ya  üç  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
338.2.  Eyni  əməllər  dövlətin  təhlükəsizlik  mənafeyinə  zərər  vurduqda  və  ya  sair  ağır 
nəticələrə səbəb olduqda — 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 3 9   .  Sərhəd xidməti qaydalarını pozma 
339.1. Sərhəd dəstəsinin tərkibinə daxil olan şəxs tərəfindən və ya sərhəd xidməti üzrə sair 
vəzifələri  yerinə  yetirən  şəxs  tərəfindən  sərhəd  xidməti  qaydalarını  pozma,  əgər  bu  əməllər 
dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə  intizam 
xarakterli  hərbi  hissədə  saxlama  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
339.2.  Eyni  əməllər  dövlətin  təhlükəsizlik  mənafeyinə  zərər  vurduqda  və  ya  sair  ağır 
nəticələrə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 4 0 .  İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi 
üzrə xidmət qaydalarını pozma 
340.1.  İctimai  qaydanın  mühafizəsi  və  ictimai  təhlükəsizliyin  təmin  edilməsi  üzrə  hərbi 
dəstənin tərkibinə daxil olan şəxs tərəfindən xidmət qaydalarını pozma vətəndaşların hüquq və 
qanuni mənafelərinə zərər vurduqda— 
bir  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  bir  ilədək  müddətə  intizam 
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
340.2.  Eyni  əməl  ağır  nəticələrə  səbəb  olduqda,  habelə  müharibə  vaxtı  və  ya  döyüş 
şəraitində törədildikdə— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

 M a d d ə   3 4 1 .   Hakimiyyətdən  sui-istifadə  etmə,  hakimiyyət  həddini  aşma  və  ya 
hakimiyyətdən istifadə etməmə 
341.1. Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə 
etməsi,  hakimiyyət  həddini  və  ya  qulluq  səlahiyyətini  aşması,  hakimiyyətdən  qəsdən  istifadə 
etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə 
törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
341.2. Eyni əməllər: 
341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə; 
341.2.2. silah tətbiq olunmaqla törədildikdə; 
341.2.3. ağır nəticələrə səbəb olduqda— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
341.3.  Bu  Məcəllənin  341.1  və  341.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər  müharibə 
vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 4 2 .  Qulluğa səhlənkar yanaşma 
342.1. Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması əhəmiyyətli zərər 
vurduqda— 
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
342.2.  Eyni  əməllər  ağır  nəticələrə  səbəb  olduqda,  habelə  müharibə  vaxtı  və  ya  döyüş 
şəraitində törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 4 3 .  Müharibə aparma vasitələrini düşmən üçün qoyub getmə 
Rəisin,  döyüş  şəraiti  tələb  etmədiyi  halda  döyüş  texnikasını  və  müharibə  aparmaq  üçün 
başqa vasitələri düşmənə kömək etmək məqsədi olmadan döyüş meydanında qoyub getməsi— 
üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 4 4 .  Batmaqda olan hərbi gəmini tərk etmə 
344.1.  Batmaqda  olan  hərbi  gəmini  öz  xidməti  vəzifələrini  axıradək  yerinə  yetirməyən 
komandirin, habelə komandirin müvafiq sərəncamı olmadan gəminin komanda heyətinə daxil 
olan şəxsin tərk etməsi— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə  intizam 
xarakterli hərbi hissədə saxlama və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
344.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 4 5 .   Döyüş  meydanını  özbaşına  tərk  etmə  və  ya  silah  işlətməkdən  boyun 
qaçırma 

345.1.  Döyüş  zamanı  döyüş  meydanını  özbaşına  tərk  etmə  və  ya  döyüş  vaxtı  silah 
işlətməkdən boyun qaçırma— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
345.2.  Eyni  əməllər  bir  qrup  şəxs  tərəfindən  törədildikdə  və  ya  ağır  nəticələrə  səbəb 
olduqda— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 4 6 .  Əsirlikdə olan hərbi qulluqçunun cinayət hərəkətləri 
346.1.  Əsirlikdə  olan  hərbi  qulluqçunun  başqa  hərbi  əsirlərə  qarşı  zorakılıq  etməsi  və  ya 
onlarla amansızcasına rəftar etməsi— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
346.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə 
səbəb olduqda— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 4 7 .  Hərbi əmlakı itirmə 
Hərbi  qulluqçulara  xidməti  istifadə  üçün  verilmiş  silahın,  döyüş  sursatının,  nəqliyyat 
vasitələrinin,  texniki  təchizat  əşyalarının  və  ya  sair  hərbi  əmlakın  saxlanması  qaydalarını 
pozma hərbi əmlakın itirilməsinə səbəb olduqda— 
iki  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə 
məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə  intizam  xarakterli  hərbi  hissədə  saxlama  və  ya  üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
555
   
 M a d d ə   3 4 8 .  Hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etmə 
348.1. Silahı, döyüş sursatını, hərbi texnikanı və sair hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə 
və ya məhv etmə ağır nəticələrə səbəb olduqda— 
beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə 
məhdudlaşdırma  və  ya  iki  ilədək  müddətə  intizam  xarakterli  hərbi  hissədə  saxlama  və  ya  üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
556
 
348.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
 M a d d ə   3 4 9 .  Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə 
349.1. Silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və 
ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda— 
beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə 
məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya dörd 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
557
 
349.2. Bu Məcəllənin 349.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 
349.2.1. təkrar törədildikdə; 
349.2.2. bir qrup şəxs tərəfindən törədildikdə; 
349.2.3. ağır nəticələrə səbəb olduqda; 
349.2.4. müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə— 

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
 M a d d ə   3 5 0 .  Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış 
qaydalarını pozma 
350.1.  Silahla,  hərbi  sursatla,  radioaktiv  materiallarla,  partlayıcı  maddələrlə,  habelə 
ətrafdakılar  üçün  yüksək  təhlükə  törədən  maddə  və  əşyalarla  davranış  qaydalarını  pozma 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurduqda, hərbi texnikanın məhvinə və 
ya sair ağır nəticələrə səbəb olduqda— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  eyni  müddətə  intizam 
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır. 
350.2. Bu əməl ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
350.3. Bu Məcəllənin 350.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki və ya 
daha çox şəxsin ölümünə səbəb olduqda— 
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 5 1 .  Maşınları idarəetmə və istismar qaydalarını pozma 
351.1.  Döyüş,  xüsusi  və  ya  nəqliyyat  maşınlarını  idarəetmə  və  istismar  qaydalarını  pozma 
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda— 
iki  ilədək  müddətə  hərbi  xidmət  üzrə  məhdudlaşdırma  və  ya  eyni  müddətə  intizam 
xarakterli  hərbi  hissədə  saxlama  və  ya  üç  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarəetmə 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  eyni  müddətə  azadlıqdan  məhrum  etmə 
ilə cəzalandırılır. 
351.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda— 
üç  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarəetmə  hüququndan  məhrum  edilməklə  iki 
ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
351.3. Bu Məcəllənin 351.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki və ya 
daha çox şəxsin ölümünə səbəb olduqda— 
beş  ilədək  müddətə  nəqliyyat  vasitələrini  idarəetmə  hüququndan  məhrum  edilməklə  beş 
ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 5 2 .  Uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma 
352.1.  Hərbi  uçuş  aparatlarının  uçuş,  uçuşa  hazırlıq  və  ya  sair  istismar  qaydalarını  pozma 
ağır nəticələrə və ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
352.2. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 5 3 .  Hərbi gəmiləri idarəetmə qaydalarını pozma 
353.1.  Hərbi  gəmiləri  idarəetmə  və  ya  istismar  qaydalarını  pozma  ağır  nəticələrə  və  ya 
ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda— 
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
353.2. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 

Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin