Prezidentinin şərəf və ləyaqətini ləkələmə və ya alçaltma
323.1. Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin şərəf və
layaqətini kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya
vasitəsində ləkələmə və ya alçaltma —
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
549
323.2. Eyni əməllər ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə törədildikdə —
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Azərbaycan dövlətinin başçısının — Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti, habelə onun
rəhbərliyi altında yeridilən siyasət haqqında tənqidi mülahizələrlə bağlı kütləvi çıxışlara bu maddənin qüvvəsi şamil
edilmir.
M a d d ə 3 2 4 . Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan
Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər
Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi
barədə təhqiredici hərəkətlər—
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
550
M a d d ə 3 2 5 . Dövlət təltiflərini və rəsmi sənədi əldə etmə və ya satma
Hüquq verən və ya vəzifədən azad edən rəsmi sənədləri, habelə Azərbaycan
Respublikasının dövlət təltifini qanunsuz yolla əldə etmə və ya satma—
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
551
M a d d ə 3 2 6 . Rəsmi sənədləri, ştampları, möhürləri oğurlama və ya məhv etmə
326.1. Rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə
oğurlama, məhv etmə, zədələmə və ya gizlətmə—
beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək
müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
552
326.2. Dənizçinin şəxsiyyət sənədini, vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya
digər mühüm şəxsi sənədini oğurlama—
üç yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
553
ON IKINCI BÖLMƏ
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
35-ci fəsil
HƏRBİ XİDMƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 3 2 7 . Hərbi xidmət əleyhinə olan cinayətlər anlayışı
327.1. Çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər
qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş
qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama
toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları
əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan
cinayətlər hesab olunur.
327.2. Bu maddədə göstərilməmiş şəxslərin hərbi xidmət əleyhinə olan cinayətlərdə iştirakı
bu fəslin müvafiq maddələri üzrə məsuliyyətə səbəb olur.
M a d d ə 3 2 8 . Əmri icra etməmə
328.1. Rəisin qanunla müəyyən edilmiş qaydada verdiyi əmri tabelikdə olan şəxsin yerinə
yetirməkdən açıqcasına imtina etməsi, habelə əmrin başqa şəkildə qəsdən yerinə yetirilməməsi
hərbi xidmət mənafelərinə əhəmiyyətli zərər vurduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
328.2. Eyni əməllər:
328.2.1. bir qrup şəxs tərəfindən və ya qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil
dəstə tərəfindən törədildikdə;
328.2.2. ağır nəticələrə səbəb olduqda—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
328.3. Hərbi xidmətə vicdansız və ya laqeyd münasibət nəticəsində əmri icra etməmə, bu
əməllər ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
328.4. Bu Məcəllənin 328.1—328.3-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə
vaxtı və ya döyüş şəraitində törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu fəslin müvafiq maddələrində «müharibə vaxtı» dedikdə, Azərbaycan Respublikasının xarici dövlətlərlə
müharibə vəziyyətində olması başa düşülür.
2. Müharibənin elan olunmasının və ya hərbi əməliyyatların faktiki aparılmasının ilk günü və saatı müharibənin
başlanması, hərbi əməliyyatların faktiki dayandırıldığı gün və saat isə müharibənin sonu hesab edilir.
3. «Döyüş şəraiti» dedikdə, hərbi hissənin və ya bölmənin bilavasitə düşmənə qarşı durması və ya faktiki döyüş
əməliyyatı aparması başa düşülür.
554
M a d d ə 3 2 9 . Rəisə müqavimət göstərmə və ya onu qulluq vəzifəsini pozmağa
məcbur etmə
329.1. Rəisə, habelə hərbi qulluq vəzifəsini yerinə yetirən digər şəxsə müqavimət göstərmə,
zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə onu qulluq vəzifəsini pozmağa məcbur etmə—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
329.2. Eyni əməllər:
329.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
329.2.2. silah tətbiq etməklə törədildikdə;
329.2.3. sağlamlığa ağır və ya az ağır zərər vurulmaqla törədildikdə, habelə digər ağır
nəticələrə səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
329.3. Bu Məcəllənin 329.1 və 329.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə
vaxtı və ya döyüş şəraitində törədildikdə —
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 3 0 . Rəisə qarşı zorakı hərəkətlər etmə
330.1. Rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına
yüngül zərər vurma və ya onu döymə—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
330.2. Eyni əməllər:
330.2.1. bir qrup şəxs tərəfindən törədildikdə;
330.2.2. silah tətbiq etməklə törədildikdə;
330.2.3. zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurmaqla törədildikdə,
habelə digər ağır nəticələrə səbəb olduqda—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
330.3. Bu Məcəllənin 330.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə vaxtı və ya
döyüş şəraitində törədildikdə —
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 3 1 . Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə
331.1. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə
yetirilməsi ilə əlaqədar bir hərbi qulluqçunun digərini təhqir etməsi—
altı ayadək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
331.2. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə
yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini
təhqir etməsi—
bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
331.3. Hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə
yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsi—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 3 2 . Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında
qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma
332.1. Tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı
münasibətlərin nizamnamə qaydalarını pozma, zərərçəkmiş şəxsin şərəf və ləyaqətini
alçaltmaqla və ya ona qarşı zor tətbiq etməklə əlaqədar olduqda—
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya bir ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
332.2. Eyni əməllər:
332.2.1. təkrar törədildikdə;
332.2.2. iki və ya daha çox şəxs barəsində törədildikdə;
332.2.3. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
332.2.4. silah tətbiq etməklə törədildikdə;
332.2.5. zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaqla törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
332.3. Bu Məcəllənin 332.1 və ya 332.2-ci maddələrində nəzərdə tutulmuş əməllər ağır
nəticələrə səbəb olduqda—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 3 3 . Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə
333.1. Çağırış üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun öz hərbi hissəsini və ya xidmət
yerini özbaşına tərk etməsi və ya üzürlü səbəblər olmadan öz xidmət yerinə vaxtında
gəlməməsi üç gündən artıq, lakin on gündən çox olmadıqda və ya üç gündən az olsa belə, eyni
əməllər altı ay ərzində təkrar törədildikdə—
bir ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
333.2. Çağırış və ya kontrakt üzrə hərbi xidmətdə olan hərbi qulluqçunun hərbi hissədən
özbaşına getməsi və ya xidmət yerinə üzürlü səbəblər olmadan qayıtmaması on gündən artıq,
lakin bir aydan çox olmayaraq törədildikdə—
iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
333.3. Zabit heyətindən olan şəxsin, gizirin, miçmanın, müddətdən artıq hərbi xidmətdə
olan hərbi qulluqçunun və ya kontrakt üzrə xidmət edən şəxsin hissəni və ya xidmət yerini
özbaşına tərk etməsi, habelə üzürlü səbəblər olmadan xidmət yerinə vaxtında qayıtmaması on
gündən artıq, lakin bir aydan çox olmadıqda, yaxud bir il ərzində təkrarən on gündən az, lakin
üç gündən çox olduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
333.4. Bu Məcəllənin 333.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş əməllər bir aydan
artıq, lakin üç aydan çox olmayaraq törədildikdə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
333.5. İntizam xarakterli hərbi hissədə cəza çəkən hərbi qulluqçunun özbaşına getməsi—
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
333.6. Bu Məcəllənin 333.1—333.4-cü maddələrində nəzərdə tutulmuş əməllər müharibə
vaxtı və ya döyüş şəraitində törədildikdə—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Ağır şərait zəminində bu Məcəllənin 333.1 — 333.4-cü maddələrində nəzərdə tutulmuş əməlləri ilk dəfə
törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
M a d d ə 3 3 4 . Fərarilik
334.1. Fərarilik, yəni hərbi qulluqçunun xidmətdən üç aydan artıq müddətə hərbi hissədən
və ya xidmət yerindən özbaşına getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi), yaxud
müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya
xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmaması (gəlməməsi)—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
334.2. Xidməti istifadə üçün verilmiş silahı, döyüş sursatını və ya partlayıcı maddələri
oğurlamaq məqsədi olmadan aparmaqla fərarilik etmə, habelə bir qrup şəxs tərəfindən fərarilik
etmə—
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
334.3. Bu Məcəllənin 334.1 və 334.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər müharibə
vaxtı və ya döyüş şəraitində törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: Ağır şərait zəminində bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş
şəxs cinayət məsuliyyətindən azad edilə bilər.
M a d d ə 3 3 5 . Öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən
boyun qaçırma
335.1. Hərbi qulluqçunun öz sağlamlığına hər hansı zərər vurma və ya özünü xəstəliyə
vurma, sənədləri saxtalaşdırma və ya sair aldatma yolu ilə hərbi xidmətdən boyun qaçırması,
habelə hərbi xidmət vəzifəsini yerinə yetirməkdən imtina etməsi—
bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
335.2. Eyni əməllər müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 3 6 . Qarovul xidmətinin nizamnamə qaydalarını pozma
Qarovulun (növbənin) tərkibinə daxil olan şəxs tərəfindən qarovul (növbə) xidmətinin
nizamnamə qaydalarının pozulması ağır nəticələrə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 3 7 . Daxili xidmətin və ya patrul xidmətinin nizamnamə qaydalarını pozma
Hərbi hissənin gündəlik keşik dəstəsinə (qarovul və növbədən başqa) daxil olan şəxs
tərəfindən daxili xidmətin nizamnamə qaydalarını pozma, habelə patrulun tərkibinə daxil olan
şəxs tərəfindən qarnizonda patrul xidmətinin nizamnamə qaydalarını pozma ağır nəticələrə
səbəb olduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 3 3 8 . Döyüş növbəsi çəkmə qaydalarını pozma
338.1. Azərbaycan Respublikasına qəfil hücumun vaxtında aşkara çıxarılması və dəf
olunması üzrə, yaxud onun təhlükəsizliyinin təmin edilməsi üzrə döyüş növbəsi (döyüş
xidməti) çəkmə qaydalarını pozma, əgər bu əməllər dövlətin təhlükəsizlik mənafelərinə zərər
vura bilərdisə—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
338.2. Eyni əməllər dövlətin təhlükəsizlik mənafeyinə zərər vurduqda və ya sair ağır
nəticələrə səbəb olduqda —
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 3 9 . Sərhəd xidməti qaydalarını pozma
339.1. Sərhəd dəstəsinin tərkibinə daxil olan şəxs tərəfindən və ya sərhəd xidməti üzrə sair
vəzifələri yerinə yetirən şəxs tərəfindən sərhəd xidməti qaydalarını pozma, əgər bu əməllər
dövlətin təhlükəsizlik mənafelərinə zərər vura bilərdisə—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
339.2. Eyni əməllər dövlətin təhlükəsizlik mənafeyinə zərər vurduqda və ya sair ağır
nəticələrə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 4 0 . İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi
üzrə xidmət qaydalarını pozma
340.1. İctimai qaydanın mühafizəsi və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə hərbi
dəstənin tərkibinə daxil olan şəxs tərəfindən xidmət qaydalarını pozma vətəndaşların hüquq və
qanuni mənafelərinə zərər vurduqda—
bir ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya bir ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
340.2. Eyni əməl ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş
şəraitində törədildikdə—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 4 1 . Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya
hakimiyyətdən istifadə etməmə
341.1. Rəisin və ya vəzifəli şəxsin hakimiyyətdən və ya öz qulluq mövqeyindən sui-istifadə
etməsi, hakimiyyət həddini və ya qulluq səlahiyyətini aşması, hakimiyyətdən qəsdən istifadə
etməməsi, bu əməllər müntəzəm, yaxud tamahkarlıq məqsədilə və ya digər şəxsi marağa görə
törədildikdə, habelə bu əməllər əhəmiyyətli zərər vurduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
341.2. Eyni əməllər:
341.2.1. bir qrup şəxs tərəfindən törədildikdə;
341.2.2. silah tətbiq olunmaqla törədildikdə;
341.2.3. ağır nəticələrə səbəb olduqda—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
341.3. Bu Məcəllənin 341.1 və 341.2-ci maddələrində nəzərdə tutulmuş əməllər müharibə
vaxtı və ya döyüş şəraitində törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 4 2 . Qulluğa səhlənkar yanaşma
342.1. Rəisin və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşması əhəmiyyətli zərər
vurduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
342.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş
şəraitində törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 4 3 . Müharibə aparma vasitələrini düşmən üçün qoyub getmə
Rəisin, döyüş şəraiti tələb etmədiyi halda döyüş texnikasını və müharibə aparmaq üçün
başqa vasitələri düşmənə kömək etmək məqsədi olmadan döyüş meydanında qoyub getməsi—
üç ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 4 4 . Batmaqda olan hərbi gəmini tərk etmə
344.1. Batmaqda olan hərbi gəmini öz xidməti vəzifələrini axıradək yerinə yetirməyən
komandirin, habelə komandirin müvafiq sərəncamı olmadan gəminin komanda heyətinə daxil
olan şəxsin tərk etməsi—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
344.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 4 5 . Döyüş meydanını özbaşına tərk etmə və ya silah işlətməkdən boyun
qaçırma
345.1. Döyüş zamanı döyüş meydanını özbaşına tərk etmə və ya döyüş vaxtı silah
işlətməkdən boyun qaçırma—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
345.2. Eyni əməllər bir qrup şəxs tərəfindən törədildikdə və ya ağır nəticələrə səbəb
olduqda—
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 4 6 . Əsirlikdə olan hərbi qulluqçunun cinayət hərəkətləri
346.1. Əsirlikdə olan hərbi qulluqçunun başqa hərbi əsirlərə qarşı zorakılıq etməsi və ya
onlarla amansızcasına rəftar etməsi—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
346.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə
səbəb olduqda—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 4 7 . Hərbi əmlakı itirmə
Hərbi qulluqçulara xidməti istifadə üçün verilmiş silahın, döyüş sursatının, nəqliyyat
vasitələrinin, texniki təchizat əşyalarının və ya sair hərbi əmlakın saxlanması qaydalarını
pozma hərbi əmlakın itirilməsinə səbəb olduqda—
iki yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
555
M a d d ə 3 4 8 . Hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə, xarab etmə və ya məhv etmə
348.1. Silahı, döyüş sursatını, hərbi texnikanı və sair hərbi əmlakı ehtiyatsızlıqdan zədələmə
və ya məhv etmə ağır nəticələrə səbəb olduqda—
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
556
348.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 4 9 . Hərbi əmlakı qəsdən məhv etmə və ya zədələmə
349.1. Silahı, döyüş sursatını, hərbi texnikanı və ya sair hərbi əmlakı qəsdən məhv etmə və
ya zədələmə, digər cinayətin əlamətləri olmadıqda—
beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə hərbi xidmət üzrə
məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya dörd
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
557
349.2. Bu Məcəllənin 349.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:
349.2.1. təkrar törədildikdə;
349.2.2. bir qrup şəxs tərəfindən törədildikdə;
349.2.3. ağır nəticələrə səbəb olduqda;
349.2.4. müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 5 0 . Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış
qaydalarını pozma
350.1. Silahla, hərbi sursatla, radioaktiv materiallarla, partlayıcı maddələrlə, habelə
ətrafdakılar üçün yüksək təhlükə törədən maddə və əşyalarla davranış qaydalarını pozma
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına zərər vurduqda, hərbi texnikanın məhvinə və
ya sair ağır nəticələrə səbəb olduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam
xarakterli hərbi hissədə saxlama ilə cəzalandırılır.
350.2. Bu əməl ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
350.3. Bu Məcəllənin 350.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki və ya
daha çox şəxsin ölümünə səbəb olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 5 1 . Maşınları idarəetmə və istismar qaydalarını pozma
351.1. Döyüş, xüsusi və ya nəqliyyat maşınlarını idarəetmə və istismar qaydalarını pozma
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurduqda—
iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya eyni müddətə intizam
xarakterli hərbi hissədə saxlama və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə
hüququndan məhrum edilməklə və ya edilməməklə eyni müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
351.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə iki
ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
351.3. Bu Məcəllənin 351.1-ci maddəsində nəzərdə tutulmuş əməl ehtiyatsızlıqdan iki və ya
daha çox şəxsin ölümünə səbəb olduqda—
beş ilədək müddətə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməklə beş
ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 5 2 . Uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma
352.1. Hərbi uçuş aparatlarının uçuş, uçuşa hazırlıq və ya sair istismar qaydalarını pozma
ağır nəticələrə və ya ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
352.2. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 3 5 3 . Hərbi gəmiləri idarəetmə qaydalarını pozma
353.1. Hərbi gəmiləri idarəetmə və ya istismar qaydalarını pozma ağır nəticələrə və ya
ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
353.2. Eyni əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
|