AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə18/36
tarix06.09.2017
ölçüsü2,72 Mb.
#29050
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

507
 
 üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  ,  əmlakı  müsadirə  olunmaqla  dörd  ildən  səkkiz  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır

311.2. Vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  ,  əmlakı  müsadirə  olunmaqla  beş  ildən  on  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
508
 
311.3. Bu Məcəllənin 311.1 və ya 311.2-ci maddələri ilə nəzərdə tutulmuş əməllər: 
311.3.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən; 
3.11.3.2. təkrar törədildikdə; 
311.3.3. külli miqdarda törədildikdə; 
311.3.4. hədə-qorxu tətbiq olunmaqla törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  səkkiz  ildən  on  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə 
ilə cəzalandırılır.
509
 
Qeyd: Bu Məcəllənin 311.3.3-cü maddəsində "külli miqdar" dedikdə, beş min manatdan artıq olan 
məbləğ başa düşülür.
510
 
 
Ma d d ə 3 1 2. Rüşvət vermə (aktiv rüşvətxorluq) 
511
 
 
312.1.  Rüşvət  vermə,  yəni  xidməti  vəzifəsinin  (səlahiyyətlərinin)  icrası  ilə  əlaqədar  hər 
hansı  hərəkətin  edilməsi  və  ya  belə  hərəkətin  edilməsindən  imtina  olunması  müqabilində 
vəzifəli  şəxsə  onun  özü  və  ya  üçüncü  şəxslər  üçün  birbaşa  və  ya  dolayı  yolla,  şəxsən  və  ya 
vasitəçidən  istifadə  etməklə  maddi  və  sair  nemət,  imtiyaz  və  ya  güzəşt  təklif  olunması,  vəd 
edilməsi və ya verilməsi –
512
 

 min manatdan iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla iki 
ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
513
 
312.2. Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona 
rüşvət vermə və ya təkrar rüşvət vermə— 
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
514
 
Qeyd:  Rüşvət  verən  şəxs  vəzifəli  şəxs  tərəfindən  tətbiq  edilən  hədə-qorxu  nəticəsində  rüşvət 
verdikdə  və  ya  rüşvət  vermə  haqqında  müvafiq  dövlət  orqanına  könüllü  məlumat  verdikdə  cinayət 
məsuliyyətindən azad edilir.   
 
M a d d ə 3 1 2 - 1. Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) 
515
 
 
312-1.1. Şəxs tərəfindən öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək 
vəzifəli  şəxsin  qərarına  qanunsuz  təsir  etmək  məqsədilə  özü  və  yaxud  üçüncü  şəxslər  üçün

birbaşa  və  ya  dolayı  yolla,  şəxsən  və  ya  vasitəçidən  istifadə  etməklə
  maddi  və  sair 
nemətin,  imtiyazın  və  ya  güzəştin  istənilməsi  və  ya  alınması
,  yaxud  bu  barədə  təklif  və  ya 
vədin qəbul edilməsi
-
516
 
 üç  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  əmlakı  müsadirə 
olunmaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
517
 
312-1.2.  Şəxsə  öz  həqiqi  və  ya  güman  edilən  təsir  imkanlarından  istifadə  edərək  vəzifəli 
şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və 
ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və 
ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsi – 
518
 
min manatdan iki min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla iki 
ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
519
 
 M a d d ə   3 1 3 .  Vəzifə saxtakarlığı 
520
 
Vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs , eləcə də vəzifəli şəxs olmayan dövlət qulluqçusu və 
ya  yerli  özünüidarə  orqanı  qulluqçusu  tərəfindən  rəsmi  sənədlərə  və  ya  informasiya 
resurslarına  bilə-bilə  yalan  məlumatların  daxil  edilməsi,  habelə  göstərilən  sənədlərdə  və  ya 
informasiya  resurslarında  onların  həqiqi  məzmununu  təhrif  edən  düzəlişlərin  edilməsi,  bu 
əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə—
521
 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum  edilməklə , əmlakı müsadirə olunmaqla iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
522
 
 M a d d ə   3 1 4 .  Səhlənkarlıq 
314.1. Səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz 
xidməti  vəzifəsini  yerinə  yetirməməsi  və  ya  lazımi  qaydada  yerinə  yetirməməsifiziki  və  ya 
hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla 
qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  yüz  qırx  saatdan  dörd  yüz 
altmış  saatadək  ictimai  işlər  və  ya  iki  ilədək  müddətə  islah  işləri  və  ya  altı  ayadək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
523
 

314.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə 
səbəb olduqda— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
M a d d ə   3 1 4 - 1 .   Dövlətin  müstəsna  mülkiyyətində  olan  torpaq  sahələrinə  dair 
qanunsuz qərar qəbul etmə
524
 
314-1.1.  Vəzifəli  şəxs  tərəfindən  dövlətin  müstəsna  mülkiyyətində  olan  torpaq  sahələrinin 
bələdiyyələrin,  fiziki  və  ya  hüquqi  şəxslərin  mülkiyyətinə,  istifadəsinə  və  ya  onlara  icarəyə  verilməsi 
haqqında qanunsuz qərar qəbul etmə — 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan 
məhrum edilməklə, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
314-1.2.  Vəzifəli  şəxs  tərəfindən  dövlətin  müstəsna  mülkiyyətində  olan  və  özgəninkiləşdirilməsi 
qanunla  qadağan  edilən  torpaq  sahələrinin  bələdiyyə  mülkiyyətinə  və  ya  xüsusi  mülkiyyətə  verilməsi 
haqqında qərar qəbul etmə — 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan 
məhrum edilməklə, beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
314-1.3.  Bu  Məcəllənin  314-1.1-ci  və  314-1.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər  Xəzər 
dənizinin  (gölünün)  Azərbaycan  Respublikasına  mənsub  olan  bölməsinin  sahilboyu  20-50  metrlik 
zolağının altında olan torpaqlara münasibətdə törədildikdə -  
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan 
məhrum edilməklə, yeddi ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 
 
 
Maddə  314-2.  Qanunla  müəyyən  olunmuş  qaydaları  pozmaqla  torpaq  sahələri  ayırma, 
yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə
525
 
314-2.1.  Ərazilərin  zonalaşdırılması,  tikintinin  növü  və  miqyası  ilə  bağlı  müfəssəl  qaydaları  və 
yaşayış  məntəqələrində  yanaşı  sahələrdə  tikinti  aparılmasının  əsas  şərtlərini  pozmaqla  vəzifəli  şəxs 
tərəfindən  tikinti  və  ya  quraşdırma  işlərinin  aparılmasına  icazə  vermə,  yaxud  barəsində 
məlumatlandırma icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə-
526
 
bir  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya 
müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  üç 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
314-2.2.  Ərazilərin  zonalaşdırılması,  tikintinin  növü  və  miqyası  ilə  bağlı  müfəssəl  qaydaları  və 
yaşayış  məntəqələrində  yanaşı  sahələrdə  tikinti  aparılmasının  əsas  şərtlərini  pozmaqla  vəzifəli  şəxs 
tərəfindən magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, 
metropolitenin,  dəmir  yolu  qurğularının,  müdafiə  obyektlərinin,  su  təchizatı  və  kanalizasiya 
sistemlərinin,  texniki  qurğularının,  neft  buruqlarının,  avtomobil  yollarının  və  ya  suların 
mühafizə zonalarında torpaq sahələri və ya kənd təsərrüfatı təyinatlı torpaq sahələrini ayırma, yaxud 
tikinti  və  ya  quraşdırma  işlərinin  aparılmasına  icazə  vermə,  yaxud  barəsində  məlumatlandırma 
icraatı tətbiq edilən tikililərlə bağlı irad təqdim etməmə-
527
 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya 
müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  iki  ildən  dörd  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
314-2.3.  Bu  Məcəllənin  314-2.1  və  314-2.2-ci  maddələri  ilə  nəzərdə  tutulmuş  əməllər  ağır 
nəticələrə səbəb olduqda - 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  dörd  ildən  səkkiz  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə 
ilə cəzalandırılır.
528
 
 

Maddə 314-3. Qanunvericiliklə müəyyən olunmuş qaydaları pozmaqla aparılan tikinti 
işlərinin qarşısının alınmaması 
 
314-3.1.  Müvafiq  dövlət  orqanının  vəzifəli  şəxsinin  öz  vəzifələrinə  səhlənkar  yanaşması 
nəticəsində  bu  Məcəllənin  222.1-ci,  222-1.1-ci  və  222-2.1-ci  maddələrində  nəzərdə  tutulmuş 
əməllərin qarşısının alınmaması - 
bir  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya 
müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
314-3.2.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  sağlamlığına  ağır  və  ya  az  ağır 
zərərin vurulmasına səbəb olduqda - 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən dörd ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
314-3.3.  Eyni  əməllər  ehtiyatsızlıqdan  zərərçəkmiş  şəxsin  ölümünə  və  ya  digər  ağır 
nəticələrə səbəb olduqda - 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə dörd ildən altı ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
529
 
34-cü fəsil 
İDARƏETMƏ QAYDASI ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
 
 M a d d ə   3 1 5 .   Hakimiyyət  nümayəndəsinə  qarşı  müqavimət  göstərmə  və  ya  zor 
tətbiq etmə 
315.1. Hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən həyat və sağlamlıq 
üçün  təhlükəli  olmayan  zor  tətbiq  etməklə  müqavimət  göstərmə,  xidməti  vəzifələrini  yerinə 
yetirməsi  ilə  əlaqədar  ona  və  ya  onun  yaxın  qohumlarına  qarşı  belə  zor  tətbiq  etmə  və  ya  zor 
tətbiq etmə hədəsi ilə hədələmə –
530
 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
315.2. Bu Məcəllənin 315.1-ci maddəsində göstərilən şəxslərə qarşı həyat və sağlamlıq üçün 
təhlükəli olan zor tətbiq etmə – 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
 M a d d ə   3 1 6 .   Cinayət  prosesində  iştirak  edən  şəxslər  barəsində  tətbiq  edilən 
təhlükəsizlik tədbirləri haqqında məlumatları yayma 
316.1. Cinayət haqqında müvafiq orqanlara məlumat vermiş və ya cinayətin aşkar edilməsi, 
qarşısının alınması, yaxud açılmasında iştirak etmiş şəxs, zərərçəkmiş şəxs, onun nümayəndəsi, 
şübhəli  şəxs,  təqsirləndirilən,  onların  müdafiəçiləri  və  nümayəndələri,  cinayət  işi  üzrə  mülki 
iddiaçı,  mülki  cavabdeh,  onların  nümayəndələri,  şahid,  ekspert,  mütəxəssis,  tərcüməçi,  hal 
şahidi və ya onların yaxın qohumları barəsində tətbiq edilən təhlükəsizlik tədbirləri haqqında 
məlumatların  yayılması,  əgər  bu  əməl  qulluq  mövqeyi  ilə  əlaqədar  ona  etibar  edilən  və  ya 
məlum olan şəxs tərəfindən törədilərsə— 

beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və 
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
531
 
316.2. Eyni əməllər ağır nəticələrə səbəb olduqda— 
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
Maddə  316-1.  İnsan  alverindən  zərərçəkmiş  şəxs  haqqında  konfidensial  məlumatları 
yayma 
532
 
316-1.1.  İnsan  alverindən  zərərçəkmiş  şəxs  haqqında  konfidensial  məlumatları  qanunsuz 
toplama, yaxud qəsdən yayma –  
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  yüz  qırx  saatdan  dörd  yüz 
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
533
 
316-1.2.  Eyni  əməllər  təqsirkar  şəxs  tərəfindən  öz  qulluq  mövqeyindən  istifadə  etməklə 
törədildikdə -  
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və 
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
534
 
316-1.3. Eyni əməllər ağır nəticələrə səbəb olduqda –  
bir ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
Qeyd:  Bu  maddədə  "konfidensial  məlumat"  dedikdə,  yayılması  insan  alverindən  zərər  çəkmiş  şəxsin,  onun 
yaxın qohumlarının, habelə insan alverinə qarşı mübarizəyə yardım göstərən şəxslərin həyat və sağlamlığına təhlükə 
yaradan hər hansı məlumat başa düşülür. 
 
Maddə  316-2.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasına  və  ya  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  həyata  keçirilən 
tədbirlər haqqında məlumatları yayma 
535
 
 
316-2.1.  Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
leqallaşdırılmasına qarşı həyata keçirilən tədbirlər haqqında şəxsə qulluq mövqeyi ilə əlaqədar 
etibar  edilmiş  və  ya  məlum  olmuş  məlumatların,  qanunla  nəzərdə  tutulmuş  hallar  istisna 
olmaqla yayılması -  
min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə  müəyyən 
vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.  
316-2.2.  Terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  həyata  keçirilən  tədbirlər  haqqında 
şəxsə  qulluq  mövqeyi  ilə  əlaqədar  etibar  edilmiş  və  ya  məlum  olmuş  məlumatların,  qanunla 
nəzərdə tutulmuş hallar istisna olmaqla yayılması -  
iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən 
vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
 
 M a d d ə   3 1 7 .   Cəzaçəkmə  müəssisələrinin  və  ya  istintaq  təcridxanalırının  normal 
fəaliyyətini pozma 
317.1.  Cəzaçəkmə  müəssisəsinin  və  ya  istintaq  təcridxanasının  əməkdaşını,  habelə 
məhkumu  onun  islah  olunmasına  mane  olmaq  və  ya  ictimai  vəzifələrini  yerinə  yetirməsinə 
görə ondan intiqam almaq məqsədi ilə zor tətbiq etməklə hədələmə— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

317.2.  Bu  Məcəllənin  317.1-ci  maddəsində  göstərilən  şəxslər  barəsində  onların  həyat  və 
sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə— 
beş ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
317.3.  Bu  Məcəllənin  317.1  və  ya  317.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
mütəşəkkil  dəstə  tərəfindən  və  ya  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə 
törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
Maddə  317-1.  Cəzaçəkmə  müəssisələrində  və  ya  istintaq  təcridxanalarında  saxlanılan 
şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi 
536
 
317-1.1.  Cəzaçəkmə  müəssisələrində  və  ya  istintaq  təcridxanalarında  saxlanılan  şəxslərə 
qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və 
ya ötürülməsi -  
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
537
 
317-1.2. Eyni əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -  
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə üç min manatdan beş min manatadək miqdarda cərimə və ya 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
538
 
 
Maddə 317-2. Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs 
tərəfindən  qadağan  olunmuş  əşyaların  hazırlanması,  saxlanılması,  gəzdirilməsi,  daşınması 
və ya istifadəsi  
317-2.1.  Cəzaçəkmə  müəssisələrində  və  ya  istintaq  təcridxanalarında  saxlanılan  şəxs 
tərəfindən  qadağan  olunmuş  əşyaların  hazırlanması,  saxlanılması,  gəzdirilməsi,  daşınması  və 
ya istifadəsi - 
altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
317-2.2. Eyni əməllər təkrar törədildikdə - 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   3 1 8 .  Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə 
318.1.  Azərbaycan  Respublikasının  mühafizə  olunan  dövlət  sərhədini  müəyyən  edilmiş 
sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə— 
iki yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
539
 
318.2. Bu Məcəllənin 318.1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan 
bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq 
etmə hədəsi ilə törədildikdə— 
540
 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş siyasi sığınacaq hüququndan istifadə etmək 
məqsədi ilə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini keçmə qaydalarını pozmaqla Azərbaycan 
Respublikasına gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxsə, onun hərəkətlərində başqa cinayət tərkibi yoxdursa, 
bu maddənin müddəaları şamil edilmir.  
M a d d ə   3 1 8 -1. Qanunsuz miqrasiyanın təşkili
541
 
318-1.1.  Əcnəbi  və  ya  vətəndaşlığı  olmayan  şəxsin  Azərbaycan  Respublikasına  qanunsuz 
gəlməsini,  Azərbaycan  Respublikası  ərazisində  qanunsuz  qalmasını,  Azərbaycan  Respublikası 

ərazisindən  qanunsuz  tranzit  keçidini  və  ya  hər  hansı  şəxsin  Azərbaycan  Respublikasından 
qanunsuz getməsini təşkil etmə -  
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri 
və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
318-1.2. Eyni əməllər: 
318-1.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
318-1.2.2. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə; 
318-1.2.3. təkrar törədildikdə; 
318-1.2.4. insan həyatı üçün təhlükəli üsulla törədildikdə - 
iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  iki  ildən  beş  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   318-2.  Xarici  dövlətin  vətəndaşlığını  qəbul  etmiş  Azərbaycan  Respublikasının 
vətəndaşı tərəfindən bu barədə məlumatın verilməməsi
542
 
Xarici  dövlətin  vətəndaşlığını  qəbul  etmiş  Azərbaycan  Respublikasının  vətəndaşı  tərəfindən  bu 
barədə 
müvafiq icra hakimiyyəti orqanına
 bir ay müddətində yazılı məlumatın verilməməsi-  
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən 
saatadək ictimai işlər ilə cəzalandırılır. 
M a d d ə   3 1 9 .   Azərbaycan  Respublikasının  dövlət  sərhədini  qanunsuz  olaraq 
dəyişmə 
319.1. Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq dəyişmək məqsədi ilə 
sərhəd nişanlarını götürmə, yerini dəyişmə və ya məhv etmə— 
iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır.
543
 
319.2. Eyni əməllər təkrar törədildikdə və ya ağır nəticələrə səbəb olduqda— 
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 2 0 .   Rəsmi  sənədləri,  dövlət  təltiflərini,  möhürləri,  ştampları,  blankları 
saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə 
544
 
320.1.  Hüquq  verən  və  ya  vəzifədən  azad  edən  vəsiqəni  və  ya  digər  rəsmi  sənədi  istifadə 
etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, yaxud ya bu cür sənədi satma, habelə 
eyni  məqsədlə  Azərbaycan  Respublikasının  saxta  dövlət  təltifini,  ştampı,  möhürü,  blankı 
hazırlama və ya satma— 
min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
545
 
320.2.  Bu  Məcəllənin  320.1-ci  maddəsində  göstərilmiş  bilə-bilə  saxta  sənədlərdən  istifadə 
etmə— 
iki  yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  iki  yüz  qırx  saatdan  üç  yüz 
saatadək  müddətə  ictimai  işlərlə  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
546
 
 M a d d ə   3 2 1 .  Hərbi xidmət keçməkdən boyun qaçırma 
321.1. Qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya 
səfərbərlik üzrə çağırışdan boyun qaçırma— 

iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
321.2. Eyni əməllər müharibə vaxtı törədildikdə — 
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   3 2 2 .  Özbaşınalıq 
322.1.  Özbaşınalıq,  yəni  qanunla  və  ya  digər  normativ  hüquqi  aktla  müəyyən  edilmiş 
davranış qaydasına zidd olaraq qanuniliyi vətəndaş və ya təşkilat tərəfindən təkzib edilən hər 
hansı hərəkətin özbaşına törədilməsi mühüm ziyan vurduqda— 
beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək 
ictimai  işlər  və  ya  bir  ilədək  müddətə  islah  işləri  və  ya  altı  ayadək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
547
 
322.2. Eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə— 
min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ildən iki ilədək müddətə islah 
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
548
 
 M a d d ə   3 2 3 .   Azərbaycan  dövlətinin  başçısının  —  Azərbaycan  Respublikası 
Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin