etmə
236.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakına təhrik etmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
236.2. Eyni hərəkətlər:
236.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə ;
236.2.2. təkrar törədildikdə;
236.2.3. bilə-bilə yetkinlik yaşına çatmayan, iki və ya daha çox şəxs barəsində törədildikdə;
236.2.4. zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə törədildikdə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
236.3. Bu Məcəllənin 236.1 və 236.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olduqda—
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 3 7 . Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri
kultivasiya etmə
382
237.1. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkmə, yetişdirmə, onları
(onların hissələrini) toplama, habelə çətənə, xaşxaş növlərini və ya tərkibində narkotik
maddələr olan digər bitkiləri kultivasiya etmə—
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
383
237.2. Eyni hərəkətlər:
237.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
237.2.2. təkrar törədildikdə;
237.2.3. külli miqdarda törədildikdə —
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 3 8 . Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün
tiryəkxanalar təşkil etmə və ya saxlama
238.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin istehlakı üçün tiryəkxanalar təşkil
etmə, saxlama və ya bu məqsədlər üçün binalar vermə —
dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
238.2. Eyni hərəkətlər:
238.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə;
238.2.2. təkrar törədildikdə —
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 3 9 . Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən
reseptləri tibbi göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma
Narkotik vasitələri və psixotrop maddələri əldə etmək hüququ verən reseptləri tibbi
göstəricilər olmadan qanunsuz vermə və ya saxtalaşdırma—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
M a d d ə 2 4 0 . Güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz
dövriyyəsi
240.1. Narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya
zəhərli maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma
və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün
avadanlığı qanunsuz satma—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.2. Eyni hərəkətlər:
240.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
240.2.2. təkrar törədildikdə—
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.3. Bu Məcəllənin 240.1 və 240.2-ci maddələrində göstərilən əməllər:
240.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
240.3.2. güclü təsir edən maddələrə münasibətdə külli miqdarda törədildikdə—
384
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
240.4. Güclü təsir edən və ya zəhərli maddələrin istehsalı, əldə edilməsi, uçotu, saxlanması,
buraxılması daşınması və ya göndərilməsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların
talanmasına və ya başqa mühüm ziyan vurulmasına səbəb olduqda—
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
385
Qeyd: Bu Məcəllədə göstərilən, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan
güclü təsir edən və zəhərli maddələr, habelə güclü təsir edən maddələrin külli miqdarı qanunla
müəyyən edilir.
386
M a d d ə 2 4 1 . Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz
dövriyyəsindən əldə edilmiş pul vəsaitini və ya digər əmlakı leqallaşdırma
387
241.1. Narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsindən
əldə edilmiş pul vəsaitlərindən və ya digər əmlakdan istifadə etməklə maliyyə
əməliyyatları və digər əqdlər həyata keçirmə, habelə sahibkarlıq və ya digər iqtisadi
fəaliyyətin həyata keçirilməsi üçün göstərilən vəsaitlərdən və ya digər əmlakdan
istifadə etmə —
şərti maliyyə vahidi məbləğinin iki min mislindən beş min mislinədək miqdarda
cərimə və ya iki ilədək müddətə islah işləri və ya dörd ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
241.2. Eyni hərəkətlər:
241.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
241.2.2. təkrar törədildikdə;
241.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla dörd ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
241.3. Bu Məcəllənin 241.1 və 241.2-ci maddələrində göstərilən əməllər:
241.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
241.3.2. külli miqdarda törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
27-ci fəsil
İCTİMAİ MƏNƏVİYYAT ƏLEYHİNƏ CİNAYƏTLƏR
M a d d ə 2 4 2 . Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma
Pornoqrafik materialları və ya əşyaları yayma və ya reklam məqsədilə qanunsuz hazırlama,
yayma, reklam etmə, habelə pornoqrafik xarakterli nəşrlər, kino və ya video materiallar, şəkillər
və sair əşyalar ilə qanunsuz ticarət—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə iki min manatdan dörd min manatadək
miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
388
M a d d ə 2 4 3 . Fahişəliyə cəlb etmə
243.1. Gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə—
389
iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi
saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
390
243.2. Eyni əməllər:
243.2.1. şəxsin köməksiz vəziyyətindən, fiziki və ya psixi qüsurlarından istifadə etməklə
törədildikdə;
243.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 4 4 . Əxlaqsızlıq yuvaları saxlama
244.1. Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu
məqsədlər üçün mənzil sahələri vermə—
dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri
və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
244.2. Eyni əməllər:
244.2.1. təkrar törədildikdə;
244.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 244–1. Qumarxana təşkil etmə və ya saxlama
391
244-1.1. Qumarxana, yəni qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya
saxlama –
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
244-1.2. Eyni əməllər:
244-1.2.1. təkrar törədildikdə;
244-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik
(cinayətkar təşkilat) tərəfindən törədildikdə -
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 244-1-ci maddəsində “qumar oyunu” dedikdə, pul vəsaitləri, maddi və sair nemət
(uduş) barəsində oynanılan və uduşu qeyri-müəyyənlikdən və ya təsadüfdən asılı olan oyun başa
düşülür.
2. Lotereyalara və idman mərc oyunlarına bu maddənin qüvvəsi şamil edilmir.
M a d d ə 2 4 5 . Qəbir üzərində təhqiredici hərəkət
Qəbir və ya meyit üzərində təhqiredici hərəkət—
iki ilədək müddətə islah işləri və ya beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 2 4 6 . Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama
Dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və
ya korlama—
beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
392
28-ci fəsil
EKOLOJİ CİNAYƏTLƏR
M a d d ə 2 4 7 . İşlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi (qorunması)
qaydalarını pozma
Sənaye, kənd təsərrüfatı, elmi və digər obyektlərin layihələşdirilməsi, yerləşdirilməsi,
tikintisi, istismara buraxılması və istismarı zamanı ətraf mühitin mühafizəsi qaydalarına riayət
olunması üçün cavabdeh şəxslər tərəfindən bu qaydaların pozulması radioaktiv fonun
əhəmiyyətli dərəcədə dəyişməsinə, insan sağlamlığına zərər vurulmasına və ya heyvanların
kütləvi məhvinə və ya digər ağır nəticələrə səbəb olduqda—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
M a d d ə 2 4 8 . Ekoloji cəhətdən təhlükəli maddələrin və tullantıların dövriyyəsi
qaydalarını pozma
248.1. Təhlükəli tullantıların qadağan olunmuş növlərinin istehsalı, müəyyən edilmiş
qaydaların pozulması ilə radioaktiv, bakterioloji, kimyəvi maddələrin və tullantıların
daşınması, saxlanması, basdırılması, istifadəsi və ya sair dövriyyəsi, əgər bu əməllər insan
sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyan vurma təhlükəsi yaratdıqda—
iki yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
393
248.2. Eyni əməllər ətraf mühitin çirklənməsinə, zəhərlənməsinə, insan sağlamlığına zərər
vurulmasına və ya heyvanların kütləvi məhvinə səbəb olduqda və ya təhlükəli ekoloji vəziyyət
zonasında törədildikdə—
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
248.3. Bu Məcəllənin 248.1 və ya 248.2-ci maddələrində nəzərdə tutulmuş əməllər
ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya insanların kütləvi xəstələnməsinə səbəb
olduqda—
üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 4 9 . Baytarlıq qaydalarını və bitki xəstəliklərinə və ziyanvericilərinə qarşı
müəyyən edilmiş mübarizə qaydalarını pozma
249.1. Baytarlıq qaydalarının pozulması, ehtiyatsızlıqdan epizootiyanın yayılmasına və ya
digər ağır nəticələrə səbəb olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
394
249.2. Bitki xəstəliklərinə və ya ziyanvericilərinə qarşı müəyyən edilmiş mübarizə
qaydalarının pozulması ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
395
M a d d ə 2 5 0 . Suyu (su mənbələrini) çirkləndirmə
250.1. Yerüstü və ya yeraltı suların, istifadə olunan su mənbələrinin çirkləndirilməsi,
tükənməsi və ya onların təbii xassələrinin başqa cür dəyişdirilməsi, heyvanlar və ya bitki
aləminə, balıq və digər su bioresurslarına, meşə və ya kənd təsərrüfatına əhəmiyyətli zərərin
vurulmasına səbəb olduqda—
396
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya beş ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki
ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
397
250.2. Eyni əməllər insan sağlamlığına zərər vurulmasına və ya heyvanların kütləvi
məhvinə səbəb olduqda, habelə qoruqların ərazisində və ya təhlükəli yaxud fövqəladə ekoloji
vəziyyət zonasında törədildikdə—
beş yüz manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri
və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
398
250.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 5 1 . Atmosferi (havanı) çirkləndirmə
251.1. Çirkləndirici maddələrin havaya buraxılması qaydalarının pozulması və ya
avadanlıqların, qurğuların və digər obyektlərin istismarı qaydalarının pozulması havanın
çirkləndirilməsinə və ya onun təbii xassələrinin başqa cür dəyişilməsinə səbəb olduqda—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir
ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
399
251.2. Eyni əməllər insan sağlamlığına zərər vurulmasına səbəb olduqda—
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
400
251.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 5 2 . Dəniz mühitini çirkləndirmə
252.1. Dəniz mühitini quruda olan mənbələrdən çirkləndirmə, yaxud nəqliyyat
vasitələrindən və ya dənizdə quraşdırılmış süni qurğulardan insan sağlamlığı və dənizin canlı
sərvətləri üçün zərərli olan, yaxud dənizdən qanuni istifadəyə mane olan maddələri və ya
materialları tullama və ya basdırma qaydalarını pozmaqla dəniz mühitini çirkləndirmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir
ilədək müddətə islah işləri ilə cəzalandırılır.
401
252.2. Eyni əməllər insan sağlamlığına, heyvanlar və bitki aləminə, balıq və digər su
bioresurslarına, ətraf mühitə, istirahət zonalarına və ya qanunla qorunan digər maraqlara
əhəmiyyətli zərər vurulmasına səbəb olduqda—
min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
402
252.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 5 3 . Sahilyanı şelf haqqında Azərbaycan Respublikasının qanunvericiliyini
pozma
253.1. Qanunsuz olaraq Azərbaycan Respublikasının sahilyanı şelfində tikililər və ya başqa
qurğular ucaltma, onların ətrafında təhlükəsizlik zonasını yaratma, habelə quraşdırılan
tikililərin və dəniz gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi vasitələrinin tikintisi,
istismarı, mühafizəsi və ya ləğv olunması qaydalarını pozma—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
403
253.2. Azərbaycan Respublikasının sahilyanı şelfində xarici hüquqi və fiziki şəxslər
tərəfindən təbii sərvətlərin tədqiqi, kəşfiyyatı, işlənməsi və başqa işlər görülməsi, əgər bu
hərəkətlərin həyata keçirilməsi Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası
müqavilələrdə və ya Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının verdiyi xüsusi
icazədə nəzərdə tutulmamışdırsa—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 5 4 . Torpaqları korlama
254.1. Saxlanması, istifadə edilməsi yaxud daşınması zamanı gübrələrlə, təhlükəli kimyəvi
və ya bioloji maddələrlə davranış qaydalarının pozulması nəticəsində təsərrüfat və ya başqa
fəaliyyətin zərərli məhsulları ilə torpaqların zəhərlənməsi, çirkləndirilməsi yaxud onların başqa
cür korlanması, insanların sağlamlığına və ya ətraf mühitə əhəmiyyətli ziyanın vurulmasına
səbəb olduqda—
yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək
müddətə islah işləri ilə cəzalandırılır.
404
254.2. Eyni əməllər fövqəladə və təhlükəli ekoloji vəziyyət zonasında törədildikdə—
iki ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
254.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 2 5 5 . Yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma
Dağ-mədən müəssisələrinin və ya yeraltı qurğuların, faydalı qazıntıların çıxarılması ilə
əlaqəsi olmayan layihələşdirilməsi, yerləşdirilməsi, tikintisi, istismara buraxılması və ya
istismarı zamanı yerin təkinin qorunması və istifadə edilməsi qaydalarının pozulması, habelə
faydalı qazıntıların yerləşdiyi ərazidə qanunsuz tikinti aparılması əhəmiyyətli zərərə səbəb
olduqda—
yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə
tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir ilədək
müddətə islah işləri ilə cəzalandırılır.
405
M a d d ə 2 5 6 . Balıq və digər su bioresurslarını qanunsuz tutma
406
256.1. Balıq və digər su bioresurslarının qanunsuz tutulması xeyli miqdarda ziyan vurduqda
—
407
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
408
256.2. Eyni əməllər:
256.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə;
256.2.2. özüyeriyən və özüüzən nəqliyyat vasitəsindən və ya partlayıcı və ya kimyəvi
maddələrdən və ya balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb olan vasitələrdən
istifadə etməklə törədildikdə;
409
256.2.3. qoruqların ərazisində və ya fövqəladə yaxud təhlükəli ekoloji vəziyyət zonasında
törədildikdə—
410
yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
411
256.3. Bu Məcəllənin 256.1-ci və ya 256.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya qabaqcadan əlbir olan bir qrup şəxs
yaxud mütəşəkkil dəstə tərəfindən törədildikdə—
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
412
Qeyd: Bu Məcəllənin 256.1-ci maddəsində «xeyli miqdar» dedikdə, dörd yüz manatdan min manatadək olan
məbləğ, 256.2.2-ci maddəsində «külli miqdar» dedikdə isə min manatdan artıq olan məbləğ
başa düşülür.
413
M a d d ə 2 5 7 . Balıq və digər su bioresurslarının qorunması qaydalarını pozma
414
Körpülərin, bəndlərin tikintisi, partlayış işlərinin və ya digər işlərin həyata keçirilməsi,
habelə suburaxıcı qurğuların istismarı balıq və digər su bioresurslarının qorunması qaydalarını
pozmaqla törədildikdə və bu əməllər balıq və digər su bioresurslarının kütləvi məhvinə səbəb
olduqda—
415
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya bir
ilədək müddətə islah işləri ilə cəzalandırılır.
416
M a d d ə 2 5 8 . Qanunsuz ov etmə
258.1. Lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş
vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz iyirmi
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
417
258.2. Eyni əməllər:
258.2.1. külli miqdarda ziyan vurulmaqla törədildikdə;
258.2.2. partlayıcı maddələrdən və ya quşların və heyvanların kütləvi məhvinə səbəb olan
başqa üsullardan istifadə etməklə törədildikdə;
258.2.3. ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə;
258.2.4. qoruqların ərazisində və ya ekoloji fəlakət və fövqəladə ekoloji vəziyyət zonasında
törədildikdə—
yüz manatdan min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
418
258.3. Bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulan əməllər:
258.3.1. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
258.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə—
altı yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək azadlığın
məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
419
Dostları ilə paylaş: |