AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə12/36
tarix06.09.2017
ölçüsü2,72 Mb.
#29050
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

Qeyd:  
1.  Bu  Məcəllənin  206.1-ci  maddəsində  «külli  miqdar»  dedikdə,  keçirilən  qaçaqmalçılıq  əşyalarının  dəyərinin 
dörd min manatdan yuxarı olan məbləğ başa düşülür.
321
 
2. Bu Məcəllənin 206.2-ci maddəsində "mədəni, tarixi və ya arxeoloji sərvət olan əşyalar" dedikdə, Azərbaycan 
Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısına daxil edilmiş mədəni sərvətlər başa düşülür. 
 M a d d ə   2 0 7 .   Azərbaycan  Respublikasının  və  xarici  ölkələrin  incəsənət,  tarixi, 
arxeoloji sərvəti olan əşyaları Azərbaycan Respublikasına qaytarmama 
Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq  qaytarılması  məcburi  olan 
Azərbaycan  Respublikasının  hüdudlarından  kənara  çıxarılmış  Azərbaycan  Respublikasının  və 
xarici ölkələrin incəsənət, tarixi və arxeoloji sərvəti olan əşyaların müəyyən edilmiş müddətdə 
Azərbaycan Respublikasına qaytarmama— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 0 8 .  Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama 
208.1. Təşkilat rəhbərləri tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində 
əldə  edilmiş  və  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  olaraq  Azərbaycan 
Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli 
miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
208.2. Eyni əməllər: 
208.2.1. külli miqdarda törədildikdə; 
208.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə— 
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd:  Bu  maddədə  «xeyli  miqdar»  dedikdə,  qaytarılmamış  xarici  valyuta  vəsaitlərinin  iyirmi  min  manatdan, 
«külli miqdar» dedikdə, otuz min manatdan yuxarı olan məbləğ başa düşülür.
322
 
 M a d d ə   2 0 9 .  Gömrük ödənişlərinin ödənilməsindən yayınma 
209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma— 
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə 
cəzalandırılır.
323
 
209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər: 
209.2.1. təkrar törədildikdə; 
209.2.2. külli miqdarda törədildikdə— 

iki min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri 
və eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
324
 
Qeyd: 
1. Bu maddədə «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük ödənişlərinin iki min manatdan, «külli miqdar» 
dedikdə, dörd min manatdan yuxarı olan məbləğ başa düşülür.
325
 
2.  Bu  Məcəllənin  209.1  və  209.2.2-ci  maddələrində  nəzərdə  tutulan  əməlləri  ilk  dəfə  törətmiş  şəxs  cinayət 
nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.   
 M a d d ə   2 1 0 .  Müflisləşmə zamanı qanunsuz hərəkətlər 
210.1.  Borclu  təşkilatın  rəhbəri  və  ya  mülkiyyətçisi,  habelə  fərdi  sahibkar  tərəfindən 
müflisləşmə  zamanı  və  ya  müflisləşmə  güman  edilən  zaman  əmlakın  və  ya  əmlak 
öhdəliklərinin,  əmlak  haqqında  məlumatların,  onun  miqdarının,  olduğu  yerin,  yaxud  əmlak 
haqqında  digər  məlumatların  gizlədilməsi,  əmlakın  digərinin  sahibliyinə  verilməsi,  əmlakın 
özgəninkiləşdirilməsi və ya məhv edilməsi, habelə iqtisadi fəaliyyəti əks etdirən mühasibat və 
ya  digər  hesabat  sənədlərinin  gizlədilməsi,  məhv  edilməsi  və  ya  saxtalaşdırılması  xeyli 
miqdarda ziyan vurduqda— 
cinayət nəticəsində vurulmuş ziyanın iki misli miqdarında cərimə və ya iki ilədək müddətə 
islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
326
 
210.2. Borclu təşkilatın rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən özünün 
müflis olduğunu bilə-bilə digər kreditorların mənafeyinə ziyan vurmaqla ayrı-ayrı kreditorların 
əmlak  tələblərinin  təmin  edilməsi,  habelə  müflisləşmiş  borclunun  üstünlük  verdiyi  kreditor 
tərəfindən  əmlakın  qəbul  edilməsinin  digər  kreditorlara  ziyan  vurduğunu  bilə-bilə  həmin 
əmlakın qəbul edilməsi külli miqdarda ziyan vurduqda— 
cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
327
 
 
 M a d d ə   2 1 1 .  Qəsdən müflisləşmə 
211.1. Qəsdən müflisləşmə, yəni kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə 
fərdi  sahibkar  tərəfindən  özünün  və  ya  digər  şəxslərin  manefeyi  naminə  qəsdən  ödəmə 
qabiliyyətsizliyinin yaradılması və ya artırılması xeyli miqdarda ziyan vurduqda— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  eyni  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
 
 
211.2.  Eyni  əməllər  külli  miqdarda  ziyan  vurduqda  və  ya  digər  ağır  nəticələrə  səbəb 
olduqda— 
iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 1 2 .  Saxta müflisləşmə 
212.1.  Saxta müflisləşmə,  yəni  kommersiya  təşkilatının  rəhbəri  və  ya  mülkiyyətçisi,  habelə 
fərdi  sahibkar  tərəfindən  kreditorlara  olan  borcun  ödənilməsini  təxirə  salmaq  və  ya  möhlət 
almaq,  habelə  borcun  azaldılmasına  nail  olmaq  və  ya  borcu  ödəməkdən  yayınmaq  üçün 
kreditorları  aldatmaq  məqsədi  ilə  özünü  bilə-bilə  yalandan  ödəmə  qabiliyyəti  olmayan  elan 
etməsi xeyli miqdarda ziyan vurduqda— 
iki  min  manatdan  dörd  min  manatadək  miqdarda  cərimə  və  ya  bir  ilədək  müddətə  islah 
işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
328
 

212.2.  Eyni  əməllər  külli  miqdarda  ziyan  vurduqda  və  ya  digər  ağır  nəticələrə  səbəb 
olduqda— 
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
  Maddə   213. Vergi ödəməkdən yayınma
 
KM1
 
213.1. Xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial  sığorta haqlarını ödəməkdən 
yayınma  -  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  min  manatdan  iki  min  manatadək 
miqdarda  cərimə  və  ya  iki  ilədək  müddətə  islah  işləri  və  ya  üç  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
329
 
213.2. Eyni əməllər: 
213.2.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
213.2.2.  külli  miqdarda  törədildikdə  -  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya 
müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən 
yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Qeyd: 
1.  Bu  maddədə  "xeyli  miqdar”  dedikdə,  iki  min  manatdan  əlli  min  manatadək  olan  məbləğ,  "külli  miqdar" 
dedikdə isə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür.
330
 
2.  Bu  Məcəllənin  213.1-ci  və  213.2-ci  maddələrində  nəzərdə  tutulan  əməlləri  ilk  dəfə  törətmiş  şəxs  cinayət 
nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur.
 
331
 
M a d d ə   2 1 3 - 1 .   Aksiz  markası  ilə  markalanmalı  olan  məhsulları  (malları)  belə 
marka  olmadan  satma,  satış  məqsədi  ilə  saxlama,  istehsal  binasının  hüdudlarından  kənara 
çıxarma və ya idxal etmə
, belə məhsulların (malların) nağd qaydada alğı-satqısı
332
  
213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli 
miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və 
ya idxal etmə -  
əmlakı  müsadirə  olunmaqla  min  manatdan  üç  min  manatadək  miqdarda  cərimə  və  ya  bir 
ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır.
333
  
213-1.2. Eyni əməllər:  
213-1.2.1. külli miqdarda törədildikdə;  
213-1.2.2. təkrar törədildikdə;  
213-1.2.3. qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə -  
əmlakı  müsadirə  olunmaqla  beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır.
334
  
213-1.3. Pivənin və tütün
 
məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası 
ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları 
(malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma -
335
 
min manatdan iki min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və 
ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
213-1.4. Eyni əməllər külli miqdarda törədildikdə - 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  iki  ilədək  müddətə  azadlıqdan  məhrumetmə  ilə 
cəzalandırılır.
336
 
Qeyd:  Bu  Məcəllənin  213-1.1-ci  maddəsində  “xeyli  miqdar”  dedikdə  beş  yüz  manatdan  iki  min 
manatadək  olan  məbləğ,  213-1.2-ci  maddəsində  “külli  miqdar”  dedikdə  iki  min  manatdan  yuxarı  olan 

məbləğ, 213-1.3-cü maddəsində “xeyli miqdar” dedikdə əlli manatdan min manatadək olan məbləğ, 213-
1.4-cü maddəsində “külli miqdar” dedikdə isə min manatdan yuxarı olan məbləğ başa düşülür.
337
 
 
Maddə 213-2. Qiymətli metalları və qiymətli daşları dövlətə satmaqdan yayınma
338
  
 
Qiymətli  metallar  və  qiymətli  daşlar  hasil,  istehsal  etmiş  subyektlər  tərəfindən  yerin 
təkindən  hasil  olunmuş  qiymətli  metallar  və  qiymətli  daşlar,  standarta  uyğun  affinaj  edilmiş 
qiymətli  metallar,  habelə  rekuperasiya  edilmiş  qiymətli  daşlar  çeşidlənmiş  şəkildə  satılarkən, 
onları ilkin olaraq dövlətə satmaqdan yayınma, əgər bu əməl xeyli miqdarda törədilibsə - 
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri 
və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ildən  üç  ilədək  müddətə  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.
339
 
Qeyd: bu maddədə “xeyli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür.
340
 
 
Maddə 213-3. Dövlət əyar damğalarını saxtalaşdırma 
 
213-3.1. Qiymətli metallar və qiymətli daşlardan zərgərlik və digər məişət məmulatlarının 
hazırlanması  (istehsalı)  ilə  məşğul  olan  şəxslər  tərəfindən  dövlət  əyar  damğalarını 
saxtalaşdırma- 
min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri 
və  ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  bir  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır.
341
 
213-3.2. Eyni əməllər bir il ərzində təkrar törədildikdə- 
bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
ONUNCU BÖLMƏ 
İCTİMAİ TƏHLÜKƏSİZLİK VƏ İCTİMAİ QAYDA ƏLEYHİNƏ OLAN 
CİNAYƏTLƏR 
25-ci fəsil 
İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
 
M a d d ə   2 1 4 .  Terrorçuluq 
342
 
214.1.  Terrorçuluq,  yəni  ictimai  təhlükəsizliyi  pozmaq,  əhali  arasında  vahimə  yaratmaq, 
yaxud  dövlət  hakimiyyət  orqanları  və  ya  beynəlxalq  təşkilatlar  tərəfindən  qərar  qəbul 
edilməsinə  təsir  göstərmək  məqsədilə  insanların  həlak  olması,  onların  sağlamlığına  zərər 
vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş 
verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər 
(terror aktı)
 törətmə, habelə 
həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmə -
343
 
əmlakı müsadirə olunmaqla on ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.
344 
 
214.2. Eyni əməllər: 
214.2.1.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs,  mütəşəkkil  dəstə  və  ya  cinayətkar  birlik 
(cinayətkar təşkilat) tərəfindən törədildikdə; 

214.2.2. təkrar törədildikdə; 
214.2.3.  odlu  silahdan  və  silah  qismində  istifadə  olunan  predmetlərdən  istifadə  etməklə 
törədildikdə; 
214.2.4. ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda; 
214.2.5.  beynəlxalq  tədbirin  keçirildiyi  vaxt  və  ya  kütləvi  tədbirin  keçirildiyi  yerdə 
törədildikdə -
345
 
əmlakı müsadirə olunmaqla on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə 
və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
346
 
Qeyd: Terrorçuluq əməlinin hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar 
etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin 
tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir. 
 
M a d d ə   2 1 4 - 1 .  Terrorçuluğu maliyyələşdirmə 
347
 
Əldə  olunma  mənbəyindən  asılı  olmayaraq,  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın 
tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə bu Məcəllənin 102, 214, 
214-2, 214-3,
 
215,  219,  219-1,  226,  227,  277,  278,  279,  280
, 282 və 283-1-ci
  maddələrində  nəzərdə  tutulmuş 
əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən hazırlanmasının, təşkil olunmasının və ya 
törədilməsinin  maliyyələşdirilməsi  üçün,  yaxud  göstərilən  cinayətlərin  törədilməsi  məqsədilə 
şəxsin  və  ya  hə-min  məqsədlə  yaradılan  qrupun  (dəstənin,  təşkilatın)  təmin  edilməsi  üçün 
istifadə  olunacağım  bilərək  pul  vəsaitlərinin  və  ya  digər  əmlakın  qəsdən  toplanılması  və  ya 
verilməsi -
348
 
əmlakı müsadirə olunmaqla 
on ildən on dörd
 ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır.
349
 
Qeyd: 
1. Pul vəsaitlərinin və ya digər əmlakın terror aksiyalarının törədilməsində və ya törədilməsinə cəhddə faktiki 
istifadə  olunmaması  və  ya  konkret  terror  aksiyası  ilə  əlaqədar  olmaması  əmələ  görə  cinayət  məsuliyyətini  aradan 
qaldırmır. 
2.  Bu  Məcəllənin  214-1-ci  maddəsi  ilə  nəzərdə  tutulan  əməli  törətmiş  şəxs  hakimiyyət  orqanlarını  vaxtında 
xəbərdar  etməklə  və  ya  başqa  üsulla  bu  cür  terrorçuluq  əməlinin  qarşısının  alınmasına  yardım  etdikdə  və  onun 
əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.
350
  
 
Maddə 214-2. Terrorçuluğa açıq çağırışlar
351
 
 
Bu Məcəllənin 102, 214, 214-3, 215, 219, 219-1, 226, 227, 277, 279 və ya 282-ci maddələrində 
nəzərdə  tutulmuş  əməllərin  törədilməsinə  açıq  çağırışlar  etmə,  habelə  bu  cür  məzmunlu 
materiallar yayma - 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
Maddə 214-3. Terrorçuluq məqsədi ilə təlim keçmə
352
 
 
214-3.1. Bu Məcəllənin 102, 214, 215, 219, 219-1, 226, 227, 277 və ya 282-ci maddələrində 
nəzərdə tutulmuş əməllərin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, odlu 
silahdan,  partlayıcı  maddələrdən  və  ya  qurğulardan,  zəhərli  maddələrdən,  digər  ümumi 
təhlükəli üsullardan və ya texniki vasitələrdən istifadə hazırlığı üzrə təlim alma - 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
214-3.2. Bu Məcəllənin 214-3.1-ci maddəsində nəzərdə tutulan təlimləri təşkil etmə və ya 
keçirmə - 
doqquz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Qeyd:  Bu  Məcəllənin  214-3-cü  maddəsi  ilə  nəzərdə  tutulan  əməli  törətmiş  şəxs  hakimiyyət 
orqanlarını  vaxtında  xəbərdar  etməklə  və  ya  başqa  üsulla  bu  cür  təlimlərin  keçirilməsində  nəzərdə 
tutulan  məqsədlər  üzrə  cinayət  əməllərinin  qarşısının  alınmasına,  belə  təlimlərdə  iştirak  etmiş,  belə 
təlimləri  təşkil  etmiş,  maliyyələşdirmiş  şəxslərin  aşkar  edilməsinə  yardım  etdikdə  və  onun  əməlində 
başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir. 
 
 M a d d ə   2 1 5 .  Adamları girov götürmə 
215.1.  Girov  götürülən  şəxsin  azad  olunması  şərti  ilə  dövləti,  təşkilatı  və  ya  vətəndaşı  hər 
hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə ºəxsi girov 
götürmə və ya saxlama— 
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
215.2. Eyni əməllər: 
215.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
215.2.2. təkrar törədildikdə; 
215.2.3. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; 
215.2.4.  odlu  silahdan  və  ya  silah  qismində  istifadə  edilən  əşyalardan  istifadə  etməklə 
törədildikdə; 
215.2.5. bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 
215.2.6. təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə; 
215.2.7. iki və ya daha çox şəxs barəsində törədildikdə; 
215.2.8. tamah niyyəti ilə törədildikdə— 
on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
215.3.  Bu  Məcəllənin  215.1  və  ya  215.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və 
ya digər ağır nəticələrə səbəb olduqda— 
on iki ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməli törətmiş şəxs könüllü və ya hakimiyyət orqanlarının tələbi ilə girov 
götürüləni azad edərsə, onun əməlində başqa cinayət tərkibinin əlamətləri olmadıqda, cinayət məsuliyyətindən azad 
edilir. 
 M a d d ə   2 1 6 .  Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə 
İnsanların  həlak  olmasına,  əhəmiyyətli  əmlak  ziyanının  vurulmasına  və  ya  sair  ictimai 
təhlükəli  nəticələrin  baş  verməsinə  səbəb  ola  biləcək  hazırlanan  partlayış,  yanğın  və  başqa 
hərəkətlər barəsində bilə-bilə yalan məlumat vermə— 
beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
353
 
 M a d d ə   2 1 7 .  Banditizm 
217.1.  Təşkilatlara  və  ya  ayrı-ayrı  şəxslərə  basqın  etmək  məqsədilə  sabit  silahlı  qruplar 
(bandalar) təşkil etmə, belə qruplara (bandalara) rəhbərlik etmə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
217.2.  Sabit  silahlı  qruplarda  (bandalarda)  və  ya  onların  törətdikləri  basqınlarda  iştirak 
etmə— 

əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  yeddi  ildən  on  iki  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 1 8 .  Cinayətkar birlik (təşkilat) yaratma 
218.1.  Ağır  və  ya  xüsusilə  ağır  cinayətlər  törətmək  məqsədilə  cinayətkar  birlik  (təşkilat) 
yaratma,  habelə  belə  birliklərə  (təşkilatlara)  və  ya  onların  tərkib  hissəsi  olan  struktur 
bölmələrinə  rəhbərlik  etmə,  həmçinin  ağır  və  ya  xüsusilə  ağır  cinayətlərin  törədilməsi  üçün 
plan  və  şərtlərin  işlənib  hazırlanması  məqsədilə  mütəşəkkil  dəstələrin  təşkilatçılarının, 
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyini yaratma— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  səkkiz  ildən  on  beş  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
218.2.  Cinayətkar  birlikdə  (təşkilatda),  habelə  mütəşəkkil  dəstələrin  təşkilatçılarının, 
rəhbərlərinin və ya sair nümayəndələrinin birliyində iştirak etmə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
218.3.  Bu  Məcəllənin  218.1  və  ya  218.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər  şəxs 
tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla on ildən on beş ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 1 9 .  Hava və ya su nəqliyyatı gəmisini, yaxud dəmir yolu qatarını qaçırma 
219.1.  Hava  və  ya  su  nəqliyyatı  gəmisini,  yaxud  dəmir  yolu  qatarını  qaçırma,  habelə  belə 
gəmiləri və ya qatarı qaçırmaq məqsədilə ələ keçirmə— 
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
219.2. Eyni əməllər: 
219.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
219.2.2.  həyat  və  sağlamlıq  üçün  təhlükəli  olan  zor  tətbiq  etməklə  və  ya  belə  zor  tətbiq 
etmək hədəsi ilə törədildikdə; 
219.2.3. silah və ya silah qismində istifadə edilən əşya tətbiq etməklə törədildikdə; 
219.2.4. təkrar törədildikdə— 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
219.3.  Bu  Məcəllənin  219.1  və  ya  219.2-ci  maddələrində  nəzərdə  tutulmuş  əməllər 
mütəşəkkil dəstə tərəfindən törədildikdə və ya ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və 
ya digər ağır nəticələrə səbəb olduqda— 
on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
M a d d ə   2 1 9 - 1 .   Dəniz quldurluğu 
354
 
219-1.1.  Dəniz  quldurluğu,  yəni  özgənin  əmlakını  ələ  keçirmək  məqsədi  ilə  zor  tətbiq 
etməklə və ya zor tətbiq etmə hədəsi ilə dəniz və çay gəmisinə edilən basqın - 
beş ildən on ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
219-1.2. Eyni əməllər: 
219-1.2.1. bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
219-1.2.2. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə - 

əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  səkkiz  ildən  on  iki  ilədək  azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır.  
219-1.3. Eyni əməllər: 
219-1.3.1. təkrar törədildikdə;  
219-1.3.2. mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə; 
219-1.3.3. ehtiyatsızlıqdan şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  on  iki  ildən  iyirmi  ilədək  azadlıqdan 
məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 2 0 .  Kütləvi iğtişaş 
220.1.  Zorakılıqların,  talanların,  yanğınların  törədilməsi,  əmlakın  məhv  edilməsi,  odlu 
silahın,  partlayıcı  maddələrin  və  ya  qurğuların  tətbiq  edilməsi,  yaxud  hakimiyyət 
nümayəndəsinə  silahlı  müqavimət  göstərilməsi  ilə  müşayiət  olunan  kütləvi  iğtişaşları  təşkil 
etmə və ya belə iğtişaşlarda iştirak etmə— 
dörd ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
220.2.  Hakimiyyət  nümayəndəsinin  qanuni  tələblərinə  fəal  şəkildə  tabe  olmamağa  və 
kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə— 
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum 
etmə ilə cəzalandırılır.
355
 
 M a d d ə   2 2 1 .  Xuliqanlıq 
221.1. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik 
ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi 
ilə,  habelə  özgənin  əmlakının  məhv  edilməsi,  yaxud  zədələnməsi  ilə  müşayiət  edilən  qərəzli 
hərəkətlər— 
üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri 
və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 356
 
221.2. Eyni əməllər: 
221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə; 
357
 
221.2.2.  ictimai  qaydanın  qorunması  üzrə  vəzifəni  yerinə  yetirən  və  ya  ictimai  qaydanın 
pozulmasının  qarşısını  alan  hakimiyyət  nümayəndəsinə  və  ya  digər  şəxsə  müqavimət 
göstərməklə törədildikdə— 
iki  ilədək  müddətə  islah  işləri  və  ya  beş  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
221.3.  Xuliqanlıq,  silahdan  və  ya  silah  qismində  istifadə  edilən  əşyaları  tətbiq  etməklə 
törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.  
  
Maddə  222.  Tikinti,  mədən  işlərinin  və  sair  işlərin  aparılmasının  təhlükəsizlik 
Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin