AZƏrbaycan respublikasinin cinayət məCƏLLƏSİ MÜNDƏRİcat



Yüklə 2,72 Mb.
Pdf görüntüsü
səhifə11/36
tarix06.09.2017
ölçüsü2,72 Mb.
#29050
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

289
 
196.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda— 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  və  ya  edilməməklə  cinayət  nəticəsində  vurulmuş  ziyanın  üç 

misli miqdarında cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ildən beş ilədək müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
290
  
 M a d d ə   1 9 7 .  Əmtəə nişanlarından qanunsuz istifadə etmə 
197.1. Özgənin əmtəə və ya xidmət etmə nişanından, əmtəənin mənşə yerinin adından və ya 
eynicinsli  əmtəələrin  adına  oxşar  adlardan  istifadə  olunması  təkrar  törədildikdə  və  ya  xeyli 
miqdarda ziyan vurduqda— 
min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və 
ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
291
 
197.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
292
 
M a d d ə   1 9 8 .  Bilə-bilə yalan reklam etmə 
198.1.  Əmtəələr,  qulluq  və  xidmətlər  haqqında,  habelə  onların  istehsalçıları  (icraçıları, 
satıcıları)  haqqında  tamah  məqsədilə  bilə-bilə  yalan  məlumatlardan  reklamda  istifadə  etmə 
xeyli miqdarda ziyan vurduqda— 
min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri ilə 
cəzalandırılır.
293
 
198.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda— 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
 
M a d d ə   1 9 9 . İnhisarçılıq hərəkətləri və rəqabəti məhdudlaşdırma
294
 
 
199.1. Təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və ya yeni rəqiblərin bazara 
daxil  olmasının  qarşısını  almaq  məqsədilə  rəqabəti  məhdudlaşdıran  vasitələrin  tətbiqi  barədə  kartel 
sövdələşməsi,  belə  sövdələşmədə  iştirak  etmə,  yaxud  rəqabətin  qarşısının  alınmasına,  aradan 
qaldırılmasına  və  ya  məhdudlaşdırılmasına  səbəb  olan  və  ya  səbəb  ola  bilən  bazar  maneələrini  yaratma, 
məhdudlaşdırıcı fəaliyyət vasitələrindən istifadə etmə və ya digər inhisarçılıq hərəkətlərini etmə - 
cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) iki misli miqdarında cərimə edilməklə iki 
il müddətinə müəyyən vəzifə tutma və müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya 
iki  il  müddətinə  müəyyən  vəzifə  tutma  və  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə və ya edilməməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
199.2. Eyni əməllər: 
199.2.1. təkrar törədildikdə
199.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə
199.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə
199.2.4. xeyli miqdarda ziyan vurduqda və ya xeyli miqdarda gəlir əldə etməklə törədildikdə - 
üç  il  müddətinə  müəyyən  vəzifə  tutma  və  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə və  ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) üç misli miqdarında cərimə 
edilməklə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
199.3. Bu Məcəllənin 199.1-ci və ya 199.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
199.3.1. cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə
199.3.2. hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi 
ilə, habelə özgənin əmlakını məhv etməklə və ya zədələməklə və ya belə məhv etmə və ya zədələmə hədəsi 
ilə törədildikdə; 

199.3.3. külli miqdarda ziyan vurduqda və ya külli miqdarda gəlir əldə etməklə törədildikdə - 
cinayət nəticəsində vurulmuş  ziyanın  (əldə edilmiş  gəlirin) dörd  misli  miqdarında cərimə edilməklə 
yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: 
1.  Bu  Məcəllənin  199.2.4-cü  maddəsində  “xeyli  miqdar”  dedikdə  on  min  manatdan  əlli  min  manatadək  olan 
məbləğ, 199.3.3-cü maddəsində isə “külli miqdar” dedikdə əlli min manatdan artıq olan məbləğ başa düşülür. 
2.  Bu  Məcəllənin  199.1-ci  maddəsində  nəzərdə  tutulan  əməli  törətmiş  şəxs  hakimiyyət  orqanlarını  vaxtında 
xəbərdar  etməklə  və  ya  başqa  üsulla  həmin  cinayət  əməlinin  aşkar  edilməsinə  və  qarşısının  alınmasına  yardım 
etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir. 
M a d d ə   2 0 0 .   İstehlakçıları  aldatma  və  ya  pis  keyfiyyətli  məhsul  istehsal  etmə  və 
satma 
200.1.  İstehlakçıları  aldatma,  yəni  mal  satan  və  ya  əhaliyə  xidmət  göstərən  təşkilatlarda, 
həmçinin  ticarət  (xidmət)  sahəsində  fərdi  sahibkar  qismində  qeydə  alınmış  fiziki  şəxslər 
tərəfindən  malın  (xidmətin)  ölçüsünə,  çəkisinə,  hesabına,  habelə  istehlak  xüsusiyyəti  və  ya 
keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatma — 
üç  min  manatdan  beş  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  yüz  altmış  saatdan  dörd 
yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
295
 
200.2. Eyni əməllər: 
200.2.1. təkrar törədildikdə; 
200.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
200.2.3. külli miqdarda ziyan vurmaqla törədildikdə— 
beş  min  manatdan  yeddi  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum 
edilməklə altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
296
 
200.3.  Bilə-bilə  pis  keyfiyyətli  məhsulların  istehsalı,  satışa  buraxılması  və  ya  belə 
məhsulların satışı, onların keyfiyyətsiz olmasının gizlədilməsi zərərçəkmiş şəxsin sağlamlığına 
az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda — 
yeddi  min  manatdan  doqquz  min  manatadək  miqdarda  cərimə  və  ya  üç  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
297
 
200.4. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə 
səbəb olduqda — 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
Qeyd: Bu maddədə «xeyli miqdar» dedikdə, qırx manatdan beş yüz manatadək, «külli miqdar» dedikdə beş yüz 
manatdan yuxarı olan məbləğ başa düşülür.
298
 
  
 
Maddə 200-1. Dərman vasitələrinin qanunsuz dövriyyəsi 
299
 
 
200-1.1.  Bilə-bilə  keyfiyyətsiz,  normativ-texniki  sənədlərin  tələblərinə  cavab 
verməyən,  mənşəyi  məlum  olmayan,  yararlılıq  müddəti  bitmiş,  qanunla  dövlət 
qeydiyyatı  tələb  olunan,  lakin  dövlət  qeydiyyatından  keçməyən  dərman  vasitələrinin 
satışı,  satış  məqsədilə  saxlanması  və  ya  idxalı,  habelə  saxta  dərman  vasitələrinin 
istehsalı,  satışı,  satış  məqsədilə  saxlanması  və  ya  idxalı,  bu  əməllər  xeyli  miqdarda 
törədildikdə - 

iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə 
üç min manatdan beş min manatadək
  
miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
300
 
200-1.2. Eyni əməllər: 
200-1.2.1. təkrar törədildikdə; 
200-1.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
200-1.2.3. külli miqdarda törədildikdə - 
üç  ilədək müddətə müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə iki ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə 
ilə cəzalandırılır. 
200-1.3.  Bilə-bilə  keyfiyyətsiz,  normativ-texniki  sənədlərin  tələblərinə  cavab 
verməyən,  mənşəyi  məlum  olmayan,  yararlılıq  müddəti  bitmiş,  qanunla  dövlət 
qeydiyyatı  tələb  olunan,  lakin  dövlət  qeydiyyatından  keçməyən  dərman  vasitələrinin 
satışı,  satış  məqsədilə  saxlanması  və  ya  idxalı,  habelə  saxta  dərman  vasitələrinin 
istehsalı, satışı, satış məqsədilə saxlanması və ya idxalı zərərçəkmiş şəxsin sağlamlığına 
az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda – 
üç  ilədək müddətə müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  üç  ildən  beş  ilədək    müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
200-1.4.  Bu  Məcəllənin  200-1.3-cü  maddəsində  göstərilən  əməllər  ehtiyatsızlıqdan 
zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda – 
üç  ilədək müddətə müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan  məhrum  edilməklə  beş  ildən  on  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
Qeyd: Bu Məcəllənin 200-1.1-ci maddəsində “xeyli miqdar” dedikdə 
min manatdan iki min manatadək 
olan  məbləğ,  200-1.2.3-cü  maddəsində  isə  “külli  miqdar”  dedikdə  iki  min  manatdan  artıq  olan  məbləğ  başa 
düşülür
301
 
 
Maddə  200-2.  Genetik  modifikasiya  olunmuş  bitkilərin,  yaxud  müasir  biotexnoloji 
və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının və 
ya  genetik  modifikasiya  olunmuş  bitkilərin  genetik  materiallarından  istifadə  edilərək 
istehsal olunan yeyinti məhsullarının qanunsuz dövriyyəsi
302
 
200-2.1.  Elmi  tədqiqat,  sınaq  və  sərgilərdə  nümayiş  məqsədləri  üçün  nəzərdə  tutulmayan 
genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları 
ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin 
genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal etmə 
və ya satma, bu əməllər xeyli miqdarda törədildikdə - 
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan 
məhrumetmə ilə cəzalandırılır. 
200-2.2.  Elmi  tədqiqat,  sınaq  və  sərgilərdə  nümayiş  məqsədləri  üçün  nəzərdə  tutulmayan 
genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları 
ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin 
genetik materiallarından istifadə edərək yeyinti məhsullarını istehsal etmə - 

dörd min manatdan altı min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan 
məhrumetmə ilə cəzalandırılır. 
200-2.3.  Bu  Məcəllənin  200-2.1-ci  və  200-2.2-ci  maddələrində  göstərilən  əməllər  külli 
miqdarda törədildikdə - 
yeddi  min  manatdan  doqquz  min  manatadək  miqdarda  cərimə  və  ya  iki  ildən  beş  ilədək 
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
M a d d ə   2 0 1 .   Əqdin  bağlanmasına  və  ya  onun  bağlanılmasından  imtinaya  məcbur 
etmə 
201.1. Hədə-qorxu ilə tələb etmə əlamətləri olmadan, zor işlətmək, özgənin əmlakını məhv 
etmək və ya zədələmək, habelə zərərçəkmiş şəxsə və ya onun yaxın qohumlarının mənafeyinə 
əhəmiyyətli ziyan vura biləcək məlumatları yaymaq hədəsi ilə əqdin bağlanmasına və ya onun 
bağlanmasından imtinaya məcbur etmə— 
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
201.2. Eyni əməllər: 
201.2.1. təkrar törədildikdə; 
201.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə— 
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 M a d d ə   2 0 2 .   Kommersiya  və  ya  bank  sirri  olan  məlumatları  qanunsuz  yolla  əldə 
etmə və ya yayma 
202.1.  Kommersiya  və  ya  bank  sirlərini  təşkil  edən  məlumatların  toplanması  həmin 
məlumatları  yaymaq  və  ya  onlardan  qanunsuz  istifadə  etmək  məqsədi  ilə  sənədləri 
oğurlamaqla, satın almaqla və ya hədələməklə, habelə digər qanunsuz üsulla törədildikdə— 
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və 
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
303
 
202.2. Sahibkarın razılığı olmadan kommersiya və ya bank sirri olan məlumatların tamah və 
ya başqa şəxsi niyyətlə qanunsuz yolla istifadə edilməsi və ya yayılması külli miqdarda ziyan 
vurmaqla törədildikdə— 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
304
  
Maddə 202-1. İxrac nəzarətinə aid sənəd və məlumatları yayma 
305
 
202-1.1. Hüquqi və fiziki şəxslərdən alınmış ixrac nəzarəti-nə aid sənəd və məlumatların və 
ya onların məzmununun açıqlanması və ya üçüncü şəxslərə verilməsi — 
 yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və 
ya eyni müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır.
306
 
202-1.2 Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə — 
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
307
 
 
"Maddə 202-2.  İnsayder tərəfindən xidməti məlumatdan qanunsuz istifadə 
 

202-2.1. İnsayder tərəfindən ona etibar edilmiş və ya xidməti vəzifəsinə və yaxud işinə 
görə ona məlum olan xidməti istifadə üçün nəzərdə tutulmuş məlumatdan tamah və ya başqa 
şəxsi  niyyətlə  qanunsuz  olaraq  istifadə  edilməsi  və  ya  əqdlərin  bağlanması  üçün  üçüncü 
şəxslərə  verilməsi,  külli  miqdarda  ziyan  vurmaqla  və  ya  külli  miqdarda  gəlir  əldə  etməklə 
törədildikdə - 
iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə səkkiz min manatdan on min manatadək miqdarda cərimə və 
ya min manatdan üç min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə azadlığın 
məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə 
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla 
altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
308
 
202-2.2. Eyni əməllər: 
202-2.2.1. təkrar törədildikdə; 
202-2.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə - 
üç min manatdan yeddi min manatadək miqdarda cərimə edilməklə üç ilədək müddətə 
azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən 
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə 
olunmaqla dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
309
 
Qeyd: Bu Məcəllənin 202-2.1-ci maddəsində "insayder" dedikdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 
1078-46.2 və 1078-47-ci maddələrində nəzərdə tutulmuş şəxslər başa düşülür. 
 310
 
 
 M a d d ə   2 0 3 .  Qiymətli kağızların buraxılması (emissiyası) qaydalarını pozma 
203.1.  Qiymətli  kağızların  emissiya  prospektinə  bilə-bilə  etibarlı  olmayan  məlumatların 
daxil  edilməsi,  həmçinin  bilə-bilə  etibarlı  olmayan  məlumatları  özündə  əks  etdirən  emissiya 
prospektinin  təsdiq  edilməsi  və  ya  bilə-bilə  etibarlı  olmayan  emissiya  nəticələrinin  təsdiq 
edilməsi xeyli miqdarda ziyan vurduqda— 
yüz  manatdan  beş  yüz  manatadək  miqdarda  cərimə  və  ya  üç  yüz  saatdan  dörd  yüz 
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
311
 
203.2. Eyni əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə— 
iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 
eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.   
 
Maddə 203-1. Qiymətli kağızlar bazarında qiymətlərlə manipulyasiya 
 
203-1.1.  Qiymətli  kağızlar  bazarının  stabilliyinin  pozulmasına  səbəb  ola  bilən,  qiymətli 
kağızlar  bazarının  iştirakçılarının  qiymətli  kağızlarla  əqdlər  üzrə  qiymətli  kağızların  bazar 
qiymətinin  hər  hansı  bir  üsulla  əvvəlcədən  razılaşdırılmış  və  qəsdən  edilmiş  əməllər  ilə  süni 
olaraq dəyişdirilməsi, külli miqdarda ziyan vurmaqla və ya külli miqdarda gəlir əldə etməklə 
törədildikdə - 
iki  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və 
ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə müəyyən vəzifə 
tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma  hüququndan  məhrum  edilməklə  və  ya 
edilməməklə  ,  əmlakı  müsadirə  olunmaqla  iki  ildən  altı  ilədək  müddətə  azadlıqdan  məhrum 
etmə ilə cəzalandırılır. 
203-1.2. Eyni əməllər: 

203-1.2.1. təkrar törədildikdə; 
203-1.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
203-1.2.3.  kütləvi  informasiya  vasitələrindən  və  ya  ümumi  istifadədə  olan  informasiya-
telekommunikasiya şəbəkələrindən istifadə edilməklə törədildikdə - 
üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə yeddi min manatdan on min manatadək miqdarda cərimə və 
ya  üç  ilədək  müddətə  müəyyən  vəzifə  tutma  və  ya  müəyyən  fəaliyyətlə  məşğul  olma 
hüququndan məhrum edilməklə və ya edilməməklə , əmlakı müsadirə olunmaqla altı ildən oıi 
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
312
 
 M a d d ə   2 0 4 .  Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma
313
 
204.1. Satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici 
valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma
314
— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  beş  ildən  yeddi  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
204.2.  Eyni  əməllər  xeyli  miqdarda  və  ya  əvvəllər  saxta  pul  və  ya  qiymətli  kağızlar 
hazırlama 

əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə
315
— 
əmlakı  müsadirə  olunmaqla  yeddi  ildən  on  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə  ilə 
cəzalandırılır. 
204.3 Bu Məcəllənin 204.1 və ya 204.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
204.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
204.3.2. külli miqdarda törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  səkkiz  ildən  on  iki  ilədək  müddətə  azadlıqdan  məhrum  etmə 
ilə cəzalandırılır. 
 M a d d ə   2 0 5 .   Saxta  kredit  və  ya  hesab  kartlarını  və  ya  başqa  ödəniş  sənədlərini 
hazırlama, əldə etmə  və ya satma
316
 
205.1.  Qiymətli  kağız  sayılmayan  saxta  kredit  və  ya  hesab  kartlarını  və  ya  başqa  ödəniş 
sənədlərini satış məqsədi ilə hazırlama, habelə əldə etmə və ya satma
317
— 
beş  yüz  manatdan  min  manatadək  miqdarda  cərimə  olunmaqla  iki  ildən  beş  ilədək 
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
318
 
205.2. Eyni əməllər: 
205.2.1. təkrar törədildikdə; 
205.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə; 
205.2.3. külli miqdarda törədildikdə— 
əmlakı müsadirə olunmaqla dörd ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır.   
 
Maddə 205-1. Saxta aksiz markalarının dövriyyəsi
319
 
Saxta  aksiz  markalarını  hazırlama,  əldə  etmə,  saxlama,  satma,  habelə  aksiz  markası  ilə 
markalanmalı  olan  məhsulları  (malları)  saxta  aksiz  markaları  ilə  markalama,  fiziki  şəxslər 
tərəfindən pərakəndə satış obyektindən istehlak məqsədi ilə əldə etmə istisna olmaqla, saxta aksiz 
markaları ilə markalanmış məhsulları (malları) əldə etmə, saxlama və ya satma - 

min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və 
ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 
Qeyd:  Saxta  aksiz  markası  ilə  markalanmış  məhsulları  (malları)  əldə  edən,  saxlayan  və  ya  satan 
şəxs  həmin  məhsulların  (malların)  digər  şəxsdən  alınmasını  təsdiq  edən  ciddi  hesabat  blankı,  elektron 
qaimə-faktura təqdim etdikdə cinayət məsuliyyətinə cəlb olunmur. 
 
M a d d ə   205-2.  Nəzarət  markalarının  qəsdən  məhv  edilməsi,  saxtalaşdırılması, 
qeyri-qanuni yolla hazırlanması, istifadəsi və satışı
320
 
 
205-2.1.  Nəzarət  markalarının  qəsdən  məhv  edilməsi,  saxtalaşdırılması,  qeyri-
qanuni  yolla  hazırlanması,  istifadəsi  və  satışı,  əgər  bu  əməllər  nəticəsində  xeyli 
miqdarda ziyan vurulmuşdursa - 
üç  min  manat  miqdarında  cərimə  və  ya  üç  yüz  iyirmi  saatdan  dörd  yüz  səksən 
saatadək ictimai işlərlə cəzalandırılır. 
205-2.2. Eyni əməllər: 
205-2.2.1. təkrar törədildikdə; 
205-2.2.2.  qabaqcadan  əlbir  olan  bir  qrup  şəxs  və  ya  mütəşəkkil  dəstə  tərəfindən 
törədildikdə; 
205-2.2.3. külli miqdarda ziyan vurduqda - 
yeddi  min  manat  miqdarında  cərimə  və  ya  iki  ildən  dörd  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
 
 M a d d ə   2 0 6 .  Qaçaqmalçılıq 
 
206.1.  Qaçaqmalçılıq,  yəni  Azərbaycan  Respublikasının  gömrük  sərhədindən  gömrük 
nəzarətindən  kənar  və  ya  ondan  gizli,  yaxud  sənədlərdən  və  ya  gömrük  eyniləşdirilməsi 
vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan 
etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər 
əşyaların külli miqdarda keçirilməsi— 
beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
206.2.  Narkotik  vasitələrin,  psixotrop  maddələrin,  güclü  təsirli,  zəhərli,  zəhərləyici, 
radioaktiv,  partlayıcı  maddələrin  və  qurğuların,  hərbi  silahın  və  texnikanın,  (yivsiz  odlu  ov 
silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) odlu silah və yaxud döyüş sursatının, 
nüvə,  kimyəvi,  bioloji  və  digər  kütləvi  qırğın  silahlarının,  kütləvi  qırğın  silahlarının 
hazırlanmasında  istifadə  oluna  bilən  və  Azərbaycan  Respublikası  gömrük  sərhədindən 
keçirilməsinin  xüsusi  qaydaları  müəyyən  edilmiş  materialların  və  avadanlıqların,  Azərbaycan 
Respublikasının  gömrük  sərhədindən  keçirilməsi  üçün  müvafiq  qaydalar  müəyyən  edilmiş 
strateji əhəmiyyətli  xammalın, mədəni, tarixi  və ya arxeoloji sərvət olan əşyaların Azərbaycan 
Respublikasının  gömrük  sərhədindən  gömrük  nəzarətindən  kənar  və  ya  ondan  gizli,  yaxud 
sənədlərdən  və  ya  gömrük  eyniləşdirilməsi  vasitələrindən  aldatma  yolu  ilə  istifadə  etməklə, 
yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi— 
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan 
məhrum etmə ilə cəzalandırılır. 
206.3. Bu Məcəllənin 206.1 və ya 206.2-ci maddələrində nəzərdə tutulmuş əməllər: 
206.3.1. təkrar törədildikdə; 

206.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 
206.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə; 
206.3.4. gömrük nəzarətini həyata keçirən şəxsə zor tətbiq etməklə törədildikdə— 
əmlakı  müsadirə  olunmaqla  və  ya  olunmamaqla  beş  ildən  səkkiz  ilədək  müddətə 
azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 
206.4. Bu Məcəllənin 206.1 — 206.3-cü maddələrində nəzərdə tutulmuş əməllər mütəşəkkil 
dəstə tərəfindən törədildikdə— 
əmlakı müsadirə olunmaqla yeddi ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə 
cəzalandırılır. 
Yüklə 2,72 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin