əmək hüquqlarını pozma
197
Qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi
üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv
etmə—
beş yüz manatdan min manatadək miqdarda cərimə ilə cəzalandırılır.
198
M a d d ə 1 6 5 . Müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozma
165.1. Müəlliflik hüququ və ya əlaqəli hüquq obyektlərindən qanunsuz istifadə etmə, yəni
özgənin elmi, ədəbi, bədii və ya başqa əsərini öz adı ilə nəşr etdirmə və ya özgənin müəllifliyini
başqa cür mənimsəmə, bu cür əsəri qanunsuz olaraq yenidən dərc etmə və ya yayma, habelə
şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan
vurulmuşsa—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz
səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
199
165.2. Eyni əməllər:
165.2.1. təkrar törədildikdə;
165.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə—
əmlakı müsadirə olunmaqla beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
200
M a d d ə 1 6 5 - 1 . İnteqral sxem topologiyasından istifadəyə müstəsna hüququ pozma
201
165-1.1. Müəllifin və ya digər hüquq sahibinin icazəsi olmadan inteqral sxem
topologiyasının orijinal olmayan hissəsini cıxarma istisna olmaqla, bütövlükdə, yaxud onun hər
hansı bir hissəsini inteqral sxemə daxil etmə yolu ilə və ya surətini başqa şəkildə cıxarma,
habelə topologiyanın və ya həmin topologiyadan ibarət inteqral sxemi tətbiq etmə, gətirmə,
satış üçün təklif etmə, satma, yaxud başqa formada təsərrüfat dövriyyəsinə daxil etmə, əgər bu
əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa –
yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd
yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
202
165-1.2. Eyni əməllər:
165-1.2.1. təkrar törədildikdə;
165-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə -
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
203
Qeyd: Bu Məcəllənin 165-1.1-ci maddəsində "xeyli miqdar" dedikdə, min manatdan artıq olan məbləğ başa
düşülür.
204
M a d d ə 1 6 5 - 2 . Folklor nümunələrindən istifadə tələblərinin pozulması
205
165-2.1. Folklor nümunələrindən istifadə tələblərinin pozulması, əgər bu əməllər nəticəsində
xeyli miqdarda ziyan vurulmuşsa
əmlakı müsadirə olunmaqla yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya
üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
206
165-2.2. Eyni əməllər:
165-2.2.1. təkrar törədildikdə;
165-2.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə -
əmlakı müsadirə olunmaqla beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç
ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
207
Qeyd: Bu maddədə "xeyli miqdar" dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür
.
208
Maddə 165-3. Məlumat toplularından qeyri-qanuni istifadə
209
165-3.1. Məlumat toplularından qeyri-qanuni istifadə, əgər bu əməllər nəticəsində xeyli
miqdarda ziyan vurulmuşsa –
əmlakı müsadirə olunmaqla, yüz əlli manatdan beş yüz manatadək miqdarda cərimə və ya
üç yüz iyirmi saatdan dörd yüz səksən
saatadək ictimai işlərlə cəzalandırılır.
210
165-3.2. Eyni əməllər:
165-3.2.1. təkrar törədildikdə;
165-3.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə -
əmlakı müsadirə olunmaqla, beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç
ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
211
Qeyd. Bu maddədə “xeyli miqdar” dedikdə, min manatdan artıq olan məbləğ başa düşülür.
212
M a d d ə 1 6 6 . İxtiraçılıq və patent hüquqlarını pozma
166.1. İxtiraçılıq və patent hüquqlarını pozma, yəni ixtiradan və ya səmərələşdirici təklifdən
qanunsuz istifadə etmə və ya ixtira yaxud səmərələşdirici təkliflərin mahiyyəti barədə
məlumatları müəllifin razılığı olmadan və rəsmi dərc edilənədək yayma, müəllifliyi
mənimsəmə, şərikli müəllifliyə məcbur etmə, əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan
vurulmuşsa—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz
səksən saatadək ictimai işlər ilə cəzalandırılır.
213
166.2. Eyni əməllər:
166.2.1. təkrar törədildikdə;
166.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə—
beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
214
M a d d ə 1 6 7 . Dini ayinləri icra etməyə mane olma
Qanunsuz olaraq dini ayinlərin icrasına mane olma—
min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır.
215
M a d d ə 167-1. Dinə etiqad etməyə məcbur etmə
216
167-1.1. Şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və
mərasimləri yerinə yetirməyə və ya dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil
almağa məcbur etmə -
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah
işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
217
167-1.2. Şəxsi hər hansı dini quruma üzv olmağa məcbur etmə və ya şəxsin üzv olduğu
dini qurumdan çıxmasına mane olma -
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etməklə cəzalandırılır.
167-1.3. Bu məcəllənin 167-1.1 və ya 167-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
167-1.3.1. yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə;
167-1.3.2. qabaqcadan əlbir olan bir neçə qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
167-1.3.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməkdə törədildikdə -
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək
müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
218
M a d d ə 167-2. Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları,
mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal
etmə, satma və ya yayma
219
167-2.1. Müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı (kağız və elektron
daşıyıcılarında), audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa
məlumat materiallarını istehsal etmə, satış və ya yayma məqsədi ilə idxal etmə, satma və ya
yayma
220
-
beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etməklə cəzalandırılır.
167-2.2. Eyni əməllər:
167-2.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən
törədildikdə;
167-2.2.2. təkrar törədildikdə;
167-2.2.3. vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə -
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək
müddətə azadlıqdan məhrum etməklə cəzalandırılır.
M a d d ə 1 6 8 . Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə
168.1. Dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən və bu
fəaliyyətlə ictimai asayişi pozan, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya
formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla
müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik
etmə və ya belə qrupda iştirak etmə—
yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
221
168.2. Bu Məcəllənin 168.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə
yetkinlik yaşına çatmayanları cəlb etmə—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
Maddə 168-1. Dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini
pozma
222
168-1.1. İslam dininə aid ayin və mərasimlərin xaricdə dini təhsil almış Azərbaycan
Respublikasının vətəndaşı tərəfindən aparılması -
iki min manatdan beş min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
168-1.2. Əcnəbi və ya vətəndaşlığı olmayan şəxs tərəfindən dini təbliğat aparılması –
bir ildən iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
168-1.3. Bu Məcəllənin 168-1.1-ci və 168-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
168-1.3.1. təkrar törədildikdə;
168-1.3.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə -
iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 6 9 . Toplantıları keçirmə qaydasını pozma
169.1. Qanunvericiliklə qadağan olunmuş hallarda toplantılar təşkil etmə, keçirmə və ya
belə toplantılarda iştirak etmə vətəndaşların hüquq və qanuni mənafelərinin əhəmiyyətli
pozulmasına səbəb olduqda —
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
223
169.2. Toplantıların keçirilməsi zamanı toplantıda iştirak edənlər tərəfindən odlu və ya
soyuq silah, yaxud partlayıcı maddə və qurğular, eləcə də ətrafdakıların həyat və sağlamlığı
üçün təhlükə törədən sair maddə və əşyaları gəzdirmə —
beş min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə
azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə islah işləri və ya üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
224
M a d d ə 169-1. Siyasi partiyada üzvlüyə məcbur etmə
225
Siyasi partiyaya daxil olmağa və ya onun üzvlüyündə qalmağa məcbur etmə -
min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və
ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
22-ci fəsil
YETKİNLİK YAŞINA ÇATMAYANLAR VƏ AİLƏ MÜNASİBƏTLƏRİ
ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 1 7 0 . Yetkinlik yaşına çatmayanı cinayətkar fəaliyyətə cəlb etmə
170.1. On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər
vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etmə—
üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
170.2. Eyni əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıyan şəxs
tərəfindən törədildikdə—
üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
170.3. Bu Məcəllənin 170.1 və ya 170.2-ci maddələrində nəzərdə tutulmuş əməllər zor tətbiq
etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı
cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etmə—
beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 7 1 . Yetkinlik yaşına çatmayanları fahişəliyə və ya əxlaqsız əməllərə cəlb
etmə
171.1. Yetkinlik yaşına çatmayanı fahişəliyə və ya digər əxlaqsız əməllərə cəlb etmə—
üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
171.2. Eyni əməllər:
171.2.1. zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə;
171.2.2. mütəşəkkil dəstə tərəfindən törədildikdə—
171.2.3. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik yaşına
çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına çatmayanlara
nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi
və ya digər işçisi tərəfindən törədildikdə —
226
dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 171-1. Uşaq pornoqrafiyasının dövriyyəsi
227
171-1.1. Uşaq pornoqrafiyasını yayma, reklam etmə, satma, başqasına vermə,
göndərmə, təklif etmə, əldə edilməsinə şərait yaratma, yaxud yaymaq və ya reklam
etmək məqsədilə hazırlama, əldə etmə və ya saxlama –
səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya beş ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
171-1.2. Eyni əməllər:
171-1.2.1. təkrar törədildikdə;
171-1.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar
birlik (təşkilat) tərəfindən törədildikdə;
171-1.2.3. xeyli miqdarda gəlir əldə etməklə törədildikdə;
171-1.2.4. yetkinlik yaşına çatmayanın valideynləri və ya üzərinə qanunla yetkinlik
yaşına çatmayanı tərbiyə etmək vəzifəsi qoyulmuş digər şəxslər və ya yetkinlik yaşına
çatmayanlara nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya
digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən törədildikdə;
228
171-1.2.5. təqsirkar üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində
törədildikdə;
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu Məcəllənin 171-1-ci maddəsinin məqsədləri üçün “uşaq pornoqrafiyası”
dedikdə, yetkinlik yaşına çatmayan şəxsin və ya yetkinlik yaşına çatmayan
təsəvvürünü yaradan şəxsin aşkar seksual xarakterli hərəkətlərdə real və ya
simulyasiya edilmiş iştirakını əks etdirən, yaxud seksual məqsədlərlə yetkinlik yaşına
çatmayanların cinsi orqanlarını əks etdirən istənilən əşyalar və ya materiallar, o
cümlədən aşkar seksual hərəkətlərdə iştirak edən yetkinlik yaşına çatmayan şəxsi əks
etdirən realistik təsvirlər başa düşülür.
2. Bu Məcəllənin 171-1.2.3-cü maddəsində "xeyli miqdar" dedikdə, min manatdan artıq olan
məbləğ başa düşülür.
M a d d ə 1 7 2 . Özgənin uşağını dəyişdirmə
Tibb müəssisələrində uşağın mühafizəsi və ya ona qayğı göstərilməsi vəzifəsini daşıyan
şəxs tərəfindən tamah məqsədilə, intiqam və sair alçaq niyyətlə özgənin uşağını dəyişdirmə—
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 7 3 . (Çıxarılıb)
229
M a d d ə 1 7 4 . Qanunsuz olaraq övladlığa götürmə
Uşaqların övladlığa götürülməsi, qəyyumluğa (himayəyə) və ya himayədar ailəyə tərbiyə
olunmaq üçün verilməsi ilə bağlı qanunsuz hərəkətlər tamah məqsədi ilə törədildikdə—
230
yüz manatdan üç yüz manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən
vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya
edilməməklə bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
231
M a d d ə 1 7 5 . Övladlığa götürmə sirrini yayma
Övladlığa götürənin iradəsi ziddinə olaraq övladlığa götürmə faktını xidməti və ya peşə
sirri kimi qorumağa borclu olan şəxs və ya digər şəxs tərəfindən tamah, qisas və ya sair alçaq
niyyətlə yayma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən
fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ilədək
müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
232
M a d d ə 1 7 6 . Uşaqlara və ya valideynlərə kömək göstərməkdən qərəzli boyun
qaçırma
233
176.1. Əmək qabiliyyəti olan və işləyən valideynlər tərəfindən yetkinlik yaşına çatmayan
uşağın (uşaqların), habelə yetkinlik yaşına çatmış, lakin əmək qabiliyyəti olmayan övladların
saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti ödəməkdən qərəzli olaraq
boyun qaçırma—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya yüz doxsan saatdan iki yüz qırx
saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək azadlıqdan məhrum
etmə ilə cəzalandırılır.
234
176.2. Əmək qabiliyyəti olan və işləyən övlad (övladlar) tərəfindən əmək qabiliyyəti
olmayan valideynlərin saxlanması üçün məhkəmə tərəfindən müəyyən edilmiş vəsaiti
ödəməkdən qərəzli olaraq boyun qaçırma—
beş yüz manatadək miqdarda cərimə və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
235
Maddə 176-1. Qadını nikaha daxil olmağa məcbur etmə
176-1.1. Qadını nikaha daxil olmağa məcbur etmə -
iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
176-1.2. Eyni əməllər nikah yaşına çatmayan şəxs barəsində törədildikdə -
üç min manatdan dörd min manatadək miqdarda cərimə və ya dörd ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
236
DOQQUZUNCU BÖLMƏ
İQTİSADİ SAHƏDƏ CİNAYƏTLƏR
23-cü fəsil
MÜLKİYYƏT ƏLEYHİNƏ OLAN CİNAYƏTLƏR
M a d d ə 1 7 7 . Oğurluq
177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —
yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd
yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
237
177.2. Eyni əməllər:
177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
177.2.2. təkrar törədildikdə;
177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz
daxil olmaqla törədildikdə;
177.2.3-1. elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından
istifadə edilməklə törədildikdə;
238
177.2.3-2. neft kəmərlərinə, dövlət və ya ictimai əhəmiyyətli təbii qaz, rabitə, elektrik, istilik
enerjisi, su, kanalizasiya, dəmir yolu xətlərinə münasibətdə törədildikdə;
177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla
və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
239
177.3. Eyni əməllər:
177.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
177.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
177.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla altı ildən on iki ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
240
1. Bu Məcəllənin 177.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər
sahibinə otuz manatdan min manatadək ziyan vurulduğu hallarda yaranır.
241
2. Bu Məcəllənin 177—187, 189 və 189-1-ci maddələrində «xeyli miqdar» dedikdə, min manatdan yeddi min
manatadək olan məbləğ, «külli miqdar» dedikdə isə yeddi min manatdan artıq olan məbləğ başa düşülür.
242
3. Bu Məcəllənin 177—185-ci, habelə 213-3,217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən
hər hansı birini və ya bir neçəsini törətmiş şəxs tərəfindən bu Məcəllənin 177—185-ci maddələri ilə nəzərdə tutulmuş
cinayətlərin hər hansı birinin yenidən törədilməsi onların təkrar törədilməsi hesab olunur.
243
4. Bu fəslin maddələrində, habelə bu Məcəllənin digər maddələrində talama və ya hədə-qorxu ilə tələb etməyə
görə əvvəllər məhkum olunmuş şəxs dedikdə, bu Məcəllənin 177—183, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə
tutulmuş bir və ya bir neçə cinayətlərə görə məhkumluğu olan şəxs başa düşülür.
M a d d ə 1 7 8 . Dələduzluq
178.1. Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını
ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə—
yüz manatdan yeddi yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd
yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
244
178.2. Eyni əməllər:
178.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
178.2.2. təkrar törədildikdə;
178.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
üç min manatdan beş min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla
və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
245
178.3. Eyni əməllər:
178.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
178.3.2. külli miqdarda ziyan vurmaqla törədildikdə;
178.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 7 9 . Mənimsəmə və ya israf etmə
179.1. Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama—
yüz manatdan beş yüz manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz
səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
246
179.2. Eyni əməllər:
179.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
179.2.2. təkrar törədildikdə;
179.2.3. şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə;
179.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
iki min manatdan üç min manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və
ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
247
179.3. Bu Məcəllənin 179.1 və ya 179.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
179.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
179.3.2. külli miqdarda törədildikdə;
179.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on iki ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 8 0 . Soyğunçuluq
180.1. Soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—
iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
180.2. Eyni əməllər:
180.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
180.2.2. təkrar törədildikdə;
180.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz
olaraq girməklə törədildikdə;
180.2.4. insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə
törədildikdə;
180.2.5. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla dörd ildən səkkiz ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
180.3. Eyni əməllər:
180.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
180.3.2. zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə;
180.3.3. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla yeddi ildən on üç ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
M a d d ə 1 8 1 . Quldurluq
181.1. Quldurluq, yəni özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış
şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli zorakılıqla və ya belə zorakılıq tətbiq ediləcəyi
hədəsi ilə bağlı olan basqın—
əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən səkkiz ilədək müddətə azadlıqdan
məhrum etmə ilə cəzalandırılır.
181.2. Eyni əməllər:
181.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
181.2.2. təkrar törədildikdə;
181.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz
olaraq girməklə törədildikdə;
181.2.4. zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə;
181.2.5. silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə—
əmlakı müsadirə olunmaqla səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə
ilə cəzalandırılır.
181.3. Eyni əməllər:
181.3.1. mütəşəkkil dəstə tərəfindən törədildikdə;
181.3.2. külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə;
181.3.3. zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə;
181.3.4. əvvəllər talama və ya hədə-qorxu ilə tələb etməyə görə iki dəfə və ya daha çox
məhkum edilmiş şəxs tərəfindən törədildikdə—
əmlakı müsadirə olunmaqla on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə
cəzalandırılır.
M a d d ə 1 8 2 . Hədə-qorxu ilə tələb etmə
182.1. Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının
şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya
onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya
əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə—
üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ildən beş ilədək müddətə
azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
182.2. Eyni əməllər:
182.2.1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;
182.2.2. təkrar törədildikdə;
182.2.3. zor tətbiq etmə ilə törədildikdə;
182.2.4. xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə—
Dostları ilə paylaş: |